|

İMAM
HÜSEYN (Ə), AŞURA VƏ MƏHƏRRƏMLİYƏ AİD SUALLAR VƏ CAVABLAR TOPLUSU
MÜƏLLİF QURUPU
ÇEVİRƏN:
ƏLƏDDİN MƏLİKOV
RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ
Kitabın adı:
İMAM HÜSEYN (Ə)A AİD SUALLAR VƏ CAVABLAR TOPLUSU
Müəllif:
MÜƏLLİFLƏR QURUPU
Mütərcim:
ƏLƏDDİN MƏLİKOV
Rəyçi:
TOFİQ ƏSƏDOV
Kampyuterə yığan:
FƏRQANƏ MƏLİKOVA
Nəşr edən:
Kitabın adı:
İMAM HÜSEYN (Ə)A AİD SUALLAR VƏ CAVABLAR TOPLUSU
Müəllif: Müəllif qurupu
Mütərcim: Ələddin Məlikov
Rəyçi: Tofiq Əsədov
Kampyuterə yığan: Məlikova Fərqanə
Çap tarixi: 2010
Tiraj: 3000
Qiyməti: 4 Manat
İSBN:
Çapxana: Kövsər
Növbəti çap: Birinci
Faks:
Poçt kodu:
E- mail: Salamlar_1982@mail.ru
MÜNDƏRİCAT
Birinci Sual 12
İmamın Müaviyənin həyat dövründə qiyam etməməsinin səbəbləri 12
İkinci Sual 21
İmamın Mədinədə qiyam etməməsi 21
Üçüncü Sual 26
İmamın Məkkəyə tərəf hərəkət etməsi 26
Dördüncü Sual 30
İmamın Məkkədən xaric olması 30
Beşinci Sual 34
İmamın Kufəni seçməsi 34
Altıncı Sual 54
İmam Hüseyn (ə) Yəmənə getməməsinin səbəbləri 54
Yeddinci Sual 57
Kufəlilərin imam Hüseynə (ə) xəyanəti 57
Səkkizinci Sual 71
Kərbəlada susuzluq 71
Doqquzuncu Sual 76
Aşura günü İmam Hüseyn (ə) öz düşmənlərindən su istədimi? 76
Onuncu Sual 79
İmam Hüseynin (ə)- ın mübarək başı harada dəfn olunub? 79
On birinci Sual 86
İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi? 86
On ikinci Sual 91
İmam Hüseyn (ə) şəhid olacağını bilirdisə, niyə qiyam etdi? 91
On üçüncü Sual 94
Nə üçün İmam Hüseyn (ə) ailəsini özü ilə qiyama apardı? 94
On dördüncü Sual 99
Nə üçün İmam Hüseyn möcüzə ilə düşmənini məhv etmədi? 99
On beşinci Sual 103
Kərbəla qiyamında qadınların nə kimi rolu olmuşdur? 103
On altıncı Sual 117
Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi? 117
On yeddinci Sual 124
Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik? 124
On səkkizinci Sual 129
İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir? 129
On doqquzuncu Sual 133
Aşura qiyamının nəticəsi nə oldu? 133
İyirminci Sual 146
Kərbəla qiyamı bizə nə öyrədir? 146
İyirmi birinci Sual 165
Aşura namazı və onun dəyəri 165
Obraz (şəbih çıxartmaq) 171
Əzadarlıq bayrağı (ələm) 172
Əza məclislərində musiqi alətlərindən istifadə etmək (təbil, baraban, şeypur)
173
Şeypur, ney və flutun əza məclislərində çalınmağının hökmü nədir? 174
Təbildən və sinicdən (İran musiqi aləti, saza oxşayır) əzadarlıq məclisində və
bundan savayı istifadə etmək olarmı? 175
Əza məclislərində baş yarmaq olarmı? 176
Gizlin surətdə baş yarmaq olarmı? 177
Bədənə zəncir vurmağın hökmü nədir? 178
Sinə vuran zaman soyunmağın hökmü nədir? 179
İmam Hüseyn (ə) məclisində kişi və qadın birlikdə olan zaman soyunub sinə
vurmağın hökmü nədir? 179
Əzadarlıq zamanı (sinə vuran zaman) atılıb düşməyin hökmü nədir? 180
Mərsiyə demək 181
Bəzən qadınların əzadarlıq məclislərində səs gücləndiricinin çoxluğundan onların
səsi küçədən keçən naməhrəmin qulağına çatır. Bu əməlin hökmü nədir? 181
Əzadarlıq və namaz 182
Aşurada nəzr etmək 184
MÜTƏRCİMDƏN
Allahın adı ilə
Tarixin ən önəmli hadisəsi olan "Aşura vaqiəsi" təkcə böyük bir hadisə yox, eyni
zamanda böyük bir mədəniyyətdir. Bu mədəniyyətin ən böyük cilvəsi, zülmün
qarşısında əyilməmək, haqq, ədalət və mənəviyyatın dirçəlməsi uğrunda daim
mübarizə aparmaqdır. Həyatda izzətlə, şərəflə, mərdcəsinə yaşamaq və yalnız Uca
Yaradanın qarşısında baş əymək kimi prinsiplər də, bu hadisənin bir mədəniyyət
olaraq önəmli çağırışlarından sayırlar. Deməli sadaladığımız müqəddəs duyğuları
sabit şəkildə insanlarda qoruyub saxlamaq üçün, bu hadisəni, dini və vicdani bir
borc kimi, həmişə xatırlamaq lazımdır.
Sonda bu dəyərli kitabın işıq üzü görməsində zəhməti olmuş hər kəsə dərin
təşəkkürümü bildirirəm.
GİRİŞ
Bəzən elə düşünülür ki, "Aşura günü" İmam Hüseyn (ə)- ın məzlumcasına məğlub
olduğu bir gündür. Halbu ki, İslam ideologiyasına əsasən, İmam Hüseyn (ə)- ın
səhabələri ilə birlikdə şəhid olması, qadın və uşaqlarının əsir düşməsi, bütün
əmlakının düşmən tərəfindən qarətə məruz qalması, məğlubiyyət demək deyil.
İslama görə məğlubiyyət, insanın hədəfinə, məqsədinə və qarşısına qoyduğu
ideyaya bağlıdır. İmam Hüseyn (ə) düzgün məqsədlə qiyam etdi. Nəticədə öz qanı
bəhasına da olsa belə haqqı dirçəltdi.
Bildiyimiz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini islahat prinsipi
əsasında həyata keçirmişdir. O, dəfələrlə bu məsələyə toxunub xalqa belə
müraciət edirdi: Ey camaat! Allahın Rəsulu (s) buyururdu ki, hər kəs zalım
sultanın Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə qarşı
çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini sındırdığını görüb ona qarşı
üsyan etməsə, Tanrı həmin zalım sultanın günahında onu da şərik edər...1 «
İqbal Lahuri deyir: »İmam Hüseyn (ə) düşünülmüş şəkildə, müsəlmanların izzətini,
şərəfini qorumaq üçün şəhadətə hazır oldu.2 «
İmam Hüseyn (ə) qiyamının təqvimi:3
1
Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 27- si, Cümə
2
İmam Hüseyn və Vəlid arasında ikinci görüş
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Şənbə
3
İmamın mədinədən çıxması
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Bazar gecəsi
4
Məkkəyə giriş
Hicri Qəmərinin 60- cı ili, Şəban ayının 3- ü, Cümə gecəsi
5
Məkkədə qalmaq
Hicri Qəmərinin 60- cı ili, Şəban, Ramazan, Şəvval, Zilədə və Zilhəccənin
səkkizinci gününədək. Yəni Dörd ay və beş gün.
6
Küfəlilərin ilk məktublarının İmama çatması
Hicri Qəmərinin 60- cı ili, Ramazan ayının 10- u, Çərşənbə
7
Müslimin Məkkədən çıxması
Hicri Qəmərinin 60- cı ili, Ramazanın 15- i,
8
Müslimin Küfəyə girişi
Hicri Qəmərinin 60- cı ili, Şəvvalın 5- i,
9
Müslimin şəhadəti
Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i,
10
İmamın Məkkədən çıxması
Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i,
11
İmamın Kərbəla diyarına çatması
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü,
12
Ömər ibn Sədin Kərbəlaya girişi
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü,
13
Ömər ibn Səd tərəfdən ordunun tənzimlənməsi və onun İmam ilə görüşləri
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ündən 6- sınadək,
14
İmamın ordusunun su əldə etməkdən qarşısının alınması
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 7- si
15
İmamın ordusuna ilkin hücumlar
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 9- u
16
Aşura hadisəsi
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 10- u
17
Əsirlərin Kərbəla diyarından köçü
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 11-i
BİRİNCİ BÖLÜM
AŞURA BARƏDƏ SUAL VƏ CAVABLAR
1
Birinci Sual
İmamın Müaviyənin həyat dövründə qiyam etməməsinin səbəbləri
Sual:
Niyə imam Hüseyn (ə) Müviyənin yaşadığı dövrdə qiyam etmədi?
Cavab:
İmam Hüseyn (ə) on bir il imamlıq dövrünü (49- 60) Müaviyənin yaşadığı zamana
təsadüf edir. Amma belə demək olmaz ki, imam (ə) onun yaşadığı dövürdə tam sakit
qalmış və Müaviyənin bütün cinayətlərinə göz yummuşdur. Əksinə imam Hüseynin (ə)
Müaviyənin cinayətləri qarşısında susmamasına və onun bütün cinayətlərinə etiraz
etməsinə ən böyük dəlilərimizdən biri imamın Müaviyyəyə yazdığı etiraz
məktublarıdır. İmam (ə) öz məktublarında Müaviyyənin hökümətini müsəlmanlar üçün
böyük fitnə ocağı olduğunu qeyd edərək onu doğru yola hidayət olmasını tələb
edir və həmçinin İslamın böyük şəxsiyyətlərini qətlə yetirməkdə ittiham edir.4
İmam Müaviyənin hakimiyyətinə çoxlu etirazlar etməklə onun xilafətinin ilahi
olmadığını şübhə altına aparır və bunu tərk etməməyi özünə İlahi vəzifə
bilirdi.5
Amma "İmam (ə) niyə Müaviyə ilə müharibə etmir?" Sualına gəldikdə isə belə cavab
verə bilərik ki," baxmayaraq ki, bu sualın cavabını İmamın (ə) söylədiklərində
görmək mümkündür. Amma bunun köklü surətdə tarixi təhlillərə ehtiyacı var. biz
burada o təhlillərin bir neçəsini nəzərinizə çatdıraraq mövzumuzu
yekunlaşdırırıq:
A) İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülhnamə.
İmam Hüseyn (ə) Müaviyəyə yazdığı cavab məktublarının birində ona "İmam Həsənin
(ə) sülhnaməsinə əməl edəcəyini və onu heç vaxt sındırmayacağını yazır.6
Amma bu sualda nəzərdən yayınmır ki, məgər Müaviyə sülhnamənin mürəkkəbi
qurumamış Kufədə ona əməl etməyəcəyini elan etmədimi?7 Belə olan halda İmam niyə
sülhnaməyə axıra kimi sadiq qalacağını söyləyir?
Bu sualı bir neçə cavabla, cavablandırmaq olar:
1)- Əgər Müaviyənin sülhnamə barəsində dediklərinə daha diqqətlə yanaşsaq,
Müaviyənin sülhnaməni tamamilə etibarsız saymadığının şahidi olarıq. Müaviyə
deyir:
«إنی کنت منیت الحسن أشیاء و اعطیته أشیاء»
"Mən Həsənə bir neçə şeylər vədə verdim" mümkündür Müaviyənin vədə verdiyi
şeylər sülhnamənin mətninə uyğun olsun. Və ya tam əksinə olsun. Yəni bunu
Maüaviyənin sülhnamə barəsində dediyi sözdən nəticə çıxarmaq olmaz.
Bunu da qeyd edək ki, Müaviyə sülhnamənin mətnini batil və qeyri qanuni
saymayıb.(baxmayaraq ki, tam onun əksinə əməl edib).
2)- Gərəkdir ki, Müaviyə ilə həzrət Əlinin (ə) siyasətləri arasında qoyduğumuz
fərqin, İmam Hüseynlə Müaviyə arasında olduğunu bilək.
Müaviyənin hakimiyyətində olan siyasəti, elə bir yoldur ki, ona hakimiyyət
uğrunda hər bir çirkinliyə əl atmağa icazə verir. Tarixin səhifələrində buna
olduqca çox rast gəlmək olur. Məsələn: Osmanın qətlindən öz xeyrinə istifadə
etməsi, Təlhə ilə Zübeyri həzrət Əliyə qarşı çıxarması, Siffeyn döyüşündəki
hiylələri, Quranın qələbəyə xatir nizələrə vurması və sair.
Amma imam Hüseynin (ə) qəlbində elə bir qiymətli üsul məktəb (İslam qanunları və
şiə məktəbi) var idi ki, heç vaxt onu zahiri qələbəsi üçün ayaq altına qoymazdı.
Necə ki, həzrət Əli (ə) Müaviyənin hiylələri qarşısında demişdir:
«و لن اطلب النصر بالجور»
"Mən heç vaxt hiylə və zülm yolu ilə qələbə əldə etməyə hazır deyiləm."8
Bu səbəbdən İmam Hüseyn (ə) heç vaxt qardaşı İmam Həsənin (ə) Müaviyə ilə
bağladığı sülhnaməyə göz yumaraq qiyam etməzdi.
3)- Əgər o dövrə hakim olan şəraiti nəzərə alsaq, İmamın niyə qiyam etmədiyi
daha da yaxşı aydınlaşar. Çünki, Müaviyənin hakimiyyət dairəsi olduqca geniş idi
(Hicaz, Yəmən, İraq Şam və...) Bununla yanaşı başda Şam şəhəri olmaqla bütün
şəhərlərdə və məntəqələrdə Müaviyənin siyasəti, dəyanəti və bir çox ona
yaraşmayan fəziləti barəsində təbliğlər aparılırdı. Bundan əlavə əhli- beyt
tərəfdarlarından başqa demək olar ki, müsəlmanların çoxu onun siyasətinin
tərəfdarı idilər. Müaviyənin hiyləsi və bacaracağı bir həddə çatmışdır ki, o
hətta həzrət Əlinin (ə) zamanında Osmanın müdafiəsinə qalxmamaqla yanaşı özünü
asanlıqla xalqın arasında "mərhum xəlifənin intiqamını alan yeganə şəxs" kimi
tanıtdırdı. İşi o yerə çatdırdı ki, bütün Şam xalqı onunla bərabər xəlifənin
intiqamını almaq üçün səfərbər oldular. Aydın məsələdir ki, İmam Həsəni (ə)
tənha qoyan və xilafətin əlindən alan bu qüdrət asanlıqla İmam Hüseyni (ə)
məğlub edər və onu bütün İslam dünyasına əhdinə əməl etməyən, dindən xaric olan
əqidəsində süst olan şəxs kimi tanıtdırardı. Həmçinin bütün müsəlmanların
niyyətini peyğəmbər (s) ailəsinə qarşı mənfi cəhətə yönəldərdi. Bu zaman nə
İmamın, nə də onun tərəfdarlarının haqq olan fəryadı müsəlmanların qulağına
yetişərdi.
B) Müaviyənin şəxsiyyəti
İmamın qiyamına mane olan ikinci səbəb Müaviyənin müsəlmanlar arasında olan
məqamı idi. Başda Şam əhalisi olmaqla yanaşı müsəlmanların çoxusu onu, peyğəmbər
səhabəsi, "kitab vəhy" (peyğəmbərin vəhyin yazan) peyğəmbərin xanımının qardaşı,
mömin bir şəxs kimi tanıyırdılar. Müsəlmanların nəzərinə əsasən Müaviyənin İslam
dünyasına böyük xidmətləri olmuşdur. Bundan əlavə onun yaş baxımından İmam Həsən
(ə) və İmam Hüseyndən (ə) böyük olması xalq arasında daha layiqli olmasını
bildirirdi. Hətta imam Hüseyn (ə) bu barədə yazdığı məktublarda xatırlatmışdır.9
V) Müaviyənin siyasətcil və hiyləgər olması
İmam Həsənlə (ə) Müaviyənin arasında sülh müqaviləsi bağlanandan sonra Müaviyə
peyğəmbər (s) ailəsini aradan aparmağa çalışırdı. Hətta imam Həsəni (ə)
zəhərləyib şəhadətə çatdırmağa belə nail olmuşdur.10 Amma buna baxmayaraq ilk
baxışda məsələnin bu yerdə olmasını başa düşmək çox çətin idi. O peyğəmbər (s)
ailəsinə qarşı olan kin- küdurətini nəinki nümayiş etdirərək biruzə vermir,
əksinə zahirdə onlara məhəbbəti olduğunu əks etdirirdi. Onun İmam Həsənə (ə) və
İmam Hüseynə (ə) göndərdiyi hədiyyələri buna misal vurmaq olar.11
Müaviyənin bu hiyləgərliyi o, ölənə kimi davam etdi. Hətta ölüm zamanında Yezidə
olan sifarişlərindən biri də bu idi ki, İmam Hüseynlə (ə) müharibə edərsə, onu
qətlə yetirməsin.12
Müaviyənin belə bir siyasət nümayiş etdirməsinin əsas səbəbləri bu idi ki, xalqı
özünə cəlb etsin və öz xilafətinə şəri don geyindirsin. Həmçinin hədiyyə
göndərməsi də bu qəbildəndir. Hətta İmamlara hədiyyə göndərərkən onlara belə
yazmışdır: Mən Hindin oğluyam. Bu hədiyyələri məndən qəbul edin və bilin ki, nə
məndən qabaq nə də məndən sonra belə bir hədiyyələri sizə ərməğan edən olacaq"
Müaviyə bu sözü deməklə məsum İmamlara minnət qoymaq istəmişdir.
İmam Hüseyn (ə) onun cavabında minnətin yersiz olduğunu yazmış və demişdir: And
olsun Allaha nə səndən qabaq nə də səndən sonra heç kəs bizdən fəzilətli cavan
tapmayacaq ki, bu hədiyyələri ona versin.13
Müaviyə yaxşı bilidri ki, peyğəmbər (s) ailəsi ilə açıq- aşkar düşmənçilik etmək
heç vaxt nəticə verməyəcək. Əksinə o, bu əməllə xalqı özündən çiyrindirib onlara
tərəf hidayət edəcək. Bundan əlavə Müaviyə, hal- hazırkı dövründə İmam Hüseyni
(ə) onun hakimiyyəti, üçün ciddi xətər hesab etmirdi. Amma mövcud olan şəraitdən
olduqca düzgün istifadə etmək, bu xətəri birdəfəlik və ya uzunmüddətli
zərərləşdirmək istəyirdi.
Amma bunun müqabilində İmam (ə) da Müaviyənin nüfuzunun və qüdrətinin aradan
getməsi və azalması üçün fürsəti əldən vermirdi. Onun bütün cinayətlərini və
bidətlərini və olmayan əməlləri) müsəlmanlar arasında faş edir, ona bu barədə
məktublar yazmaqla tutduğu cinayətlərdən xəbərdar edirdi.14 Həmçinin Müaviyənin
ölümündən sonra Yezidə qarşı açıq- aşkar mübarizəyə qalxır. Bundan əlavə İmam
(ə) yaxşı bilirdi ki, Müaviyənin və siyasəti qarşısında mübarizəyə qalxarsa,
hökümətin güclü təbliği nəticəsində Müaviyə müsəlmanların nəzərində qalib
çıxacaq və Müaviyənin haqq olduğunu deyəcəklər.
Q) Qiyamın şərait baxımından real olmamağı.
Baxmayaraq ki, İmam Həsənin (ə) şəhadət xəbəri yayılan kimi bəzi Kufəlilər İmama
(ə) beyət etdiklərini15 və onun qiyam əmrini gözlədiklərini yazmışdılar, amma
İmam (ə) onların sözlərinə məhəl qoymamışdır. Çünki, İmam (ə) Müaviyənin
hakimiyyətinin qüdrət dairəsini yaxşı bilirdi. Bundan əlavə də Siffeyn döyüşündə
və imam Həsənə yardımçı olmaq məsələsində Kufəlilərin vəfasızlıqlarından da
xəbərdar idi. Bu səbəbdən Müaviyə ilə müharibə etməsi qalib gəlməsi mövcud olan
reallıqla uyğun gəlmirdi. İmam yaxşı bilirdi ki, bu döyüşdə özünü və
səhabələrini mənfi nəticə olaraq şəhid edəcəkdir. Amma Yezidlə mübarizəyə qalxan
zaman- şərait bütün bu yazdıqlarımızın tam şəkildə əksinə idi.
2
İkinci Sual
İmamın Mədinədə qiyam etməməsi
Sual:
Hansı səbəblərə əsasən İmam (ə) öz qiyamını Mədinədən başlamamışdır?
Cavab:
Bu sualı cavablandırmaq üçün dəqiq tarixi araşdırmalara egtiyac vardır. Həmçinin
Mədinə şəhərinə zaman və məkan baxımından qiyam üçün əlverişli olmasına diqqət
yetirmək lazımdır:
İmam Hüseynın (ə) Mədinədə qiyam etməməsinin səbəbləri:
1. İmam (ə) Mədinədə olan zaman, Müaviyənin ölüm xəbəri rəsmi surətdə
yayılmamışdı. Bu səbəbdən əhalinin çoxu onun ölümündən xəbərsiz idilər.
2. Mədinə müsəlmanları Yezidin hakimiyyəti ilə Müaviyənin xilafətinin fərqini
hələ dərk etməmişdilər. Baxmayaraq ki, İmam (ə) başda olmaqla, Əbdullah ibni
Zübeyr, Əbdullah ibni Ömər, Əbdürəhman ibni Əbu Bəkr və çox şəxsiyyətlər onun
faqsiqliyini, şərab içdiyini, meymun oynatdığını və bir sözlə əyyaşlığını
bilirdilər,16 amma ümumi müsəlmanlar hələ də Müaviyənin xilafətinin təsiri
altında idilər. bu səbəbdən Müaviyənin ölüm xəbərini eşidən kimi kiçik bir
təbliğat nəticəsində ona beyət etdilər.17
3. Mədinə şəhəri strateji baxımdan heç bir qiyam üçün əhəmiyətli və faydalı
deyildi.
Mədinə müsəlmanlarının (xüsusən Ənsarın) peyğəmbər (s) ailəsinə çoxlu məhəbbət
bəsləmələrinə baxmayaraq onların yolunda ölməyə razı deyildilər. Həmçinin bu
sözümüzə "Səqifə" məsələsin nümunə gətirə bilərik. Bundan əlavə Həzrət Əli (ə)
"Cəməl" döyüşü üçün Mədinəlilərdən kömək istəyəndə onlar əmirəlmömininə müsbət
cavab vermişdilər. Bu səbəbdən İmam Əli (ə) 40018 və ya 70019 nəfərlə on min
nəfərlik qoşuna müqavimət göstərmək üçün hərəkət etmişdir.
4. Mədinə müsəlmanları peyğəmbərin (s) vəfatından sonra şeyxlərin (Əbu Bəkr və
Ömər) ən qatı ardıcıllarına çevrilmiş və onların icra etdiyi sünnətləri qoruyub
saxlamışdılar. Məsələn: Ömərin ölümü zamanı "Şura" əhli Həzrət Əliyə (ə) bir
şərtlə beyət edirdilər ki, gərək şeyxlərin yolunu davam etdirsin." Həzrət Əli
(ə) peyğəmbərin (s) yolunu getdiyini söyləyəndə ondan üz döndərib Osmana tərəf
getdilər.20 Osmandan sonra isə Həzrət Əlinin (ə) xilafətə gəlməsində əsas
səbəblər Mədinəlilərdən deyil əksinə başqa şəhərlərdən hicrət etmiş
müsəlmanların israrı oldu.
5. İmamın Mədinədə qiyam etməməsinin əsas səbəblərindən biri də, Qureyşin bir
çox şəxsiyyətlərinin və Bəni- üməyyə "birləşməsinin" Mədinədə hakimiyətdə olması
idi. Məsələn: Mərvan və onun tərəfdarları imamın qiyamına böyük mane ola
biləcək, şəxsiyyətlər idilər.
6. Mədinə şəhəri və əhalisi o qədər də böyük deyildi ki, İmam (ə) orada qiyam
etməklə Kufə, Bəsrə, Şam kimi şəhərləri fəth edə bilsin. Mədinə həm cəmiyyət və
həmdə ərazi baxımından digər şəhərlərdən olduqca kiçik idi.
7. Mədinə müsəlmanlarının Bəni- Üməyyə hakimiyyətinə tabeçilikləri o həddə
çatmışdı ki, Müaviyənin əmri ilə "hər namazdan sonra Həzrət Əliyə (ə) lənət
oxunması" deyiləndə çox az miqdarda insan buna etiraz etmişdi. Peyğəmbər (s)
ailəsindən savayı minbərlərdə lənət oxunmasına qarşı açıq- aşkar kimsə etiraz
etməmişdir.21
8. Mədinənin hakimi Vəlid ibni Utbə Müaviyənin ölüm xəbərini eşidən kimi
Mədinədə bütün müxalif qüvvələri nəzarət altına almışdır. Onun ən böyük qorxusu
hakimiyyətin onun əlindən sivrilib, müxalif qüvvələrin əlinə keçməsi idi. Bu
səbəbdən İmamın (ə) Mədinədə qiyam etməsi və ya Mədinədən qiyamını başlaması heç
bir reallığa söykənmirdi.
Bütün bunlardan əlavə, tarix bizə nişan verir ki, Mədinə şəhəri, qiyam etmək
üçün heç vaxt əlverişli olmamışdır. Çünki, İmamlardan (ə) sonra orada qiyam edən
"Ələvilər" və başqa mövcud olan hakimiyyətə qarşı çıxan quruplaşmalar heç vaxt
öz işlərində müvəffəq olmamışdılar. Məsələn: Hicrətin 63- cü ili Mədinənin
sakinləri Yezidin hakimiyyətinə qarşı çıxdıqları zaman (bu tarixdə hurrə
hadisəsi kimi məşhurdur) çox asanlıqla məğlub olmuşdurlar.22 Həmçinin Məhəmməd
ibni Abdullah (nəfsi zəkiyyə) Ələvilər tərəfindən qiyam etdikdə (145 m)23 və ya
Hüseyn ibni Əli (ə) (şəhidi fəx) Mədinəlilərə arxalanıb hakimiyyətə qarşı
çıxdıqda (169 h. q.)24 çox asanlıqla məğlub olmuşdurlar.
Bu səbəbdən İmamın (ə) Mədinədə qiyam etməsi heç bir həqiqətə uyğun deyildi.
3
Üçüncü Sual
İmamın Məkkəyə tərəf hərəkət etməsi
Sual:
Nə üçün imam (ə) hərəkətin başlanğıcında Mədinədən Məkkəyə getdi?
Cavab:
İmam Hüseynin (ə) Mədinədən çıxmasının əsas səbəblərindən biri də, Yezidin
Mədinənin hakimi, Vəlid ibni Ütbəyə yazdığı məktub olmuşdur. Yezid məktubunda
Vəliddən ona beyət etməyən şəxslərdən məcburi surətdə beyət almasını tələb
etmişdi. Təbii ki, beyət etməyənlərdən biri də İmam Hüseyn (ə) idi. İmam da öz
növbəsində yaxşı bilirdi ki, Vəlid beyət almazsa, onu rahat buraxmayacaq.25
Düzdür ki, Vəlid İmamın qanını tökməkdən qorxurdu və bu işin nəticəsini
bilirdi.26 Amma Bəni- Üməyyə və xüsusən də Mərvan Vəlidi bu işə məcbur edirdi.
Yezid "Vəlidə" müxalif şəxslərdən beyət al" əmrini verdikdə Mərvan belə deyir:
"Mənim nəzərim budur ki, bu saat onların beyət etməsi üçün adam göndər. Əgər
beyət etməsələr başlarını kəs. Çünki, onlar Müaviyənin ölümündən xəbərdar
olsalar, bizim işimiz olduqca çətin olacaq. Onların hərəsi bir tərəfə gedərək
müsəlmanları öz ətraflarına toplayaraq qiyama qalxacaqlar."27
Bu səbəbdən İmam Mədinəni tərk etmək qərarına gəlir. İmam (ə) yaxşı bilirdi ki,
bir müddət sonra Mədinə şəhəri ona və peyğəmbər (s) ailəsi üçün olduqca xətərli
olacaq. Odur ki, bütün ailəsi və səhabələri ilə birlikdə Mədinə şəhərini tərk
edir. İmam Hüseyn (ə) Mədinəni tərk edərkən, Musanın (ə) Misri tərk edərkən
oxuduğu ayəni oxuyur.
Çünki İmam özünü Mədinədə asudə hiss etmirdi.28
«فَخَرَجَ مِنْهَا خَائِفاً يَتَرَقَّبُ قَالَ رَبِّ
نَجِّنِى مِنَ الْقَوْمِ الظَّالِمِينَ»
(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini)
gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat
ver»!.29
Musa düşməndən qorxu və intizar içində Misirdən Mədyənə tərəf çıxıb:
Pərvərdigara mənə bu zalım tayfanın əlindən nicat ver! Dedi:
İmam Hüseyn (ə) Məkkəyə getmək qərarına gələn zaman heç bir tayfanın və
şəhərlərin Müaviyənin ölümündən xəbəri yox idi. Hətta İmama (ə) beyət və dəvət
məktublarıda gəlməmişdi. Bu səbəbdən də heç bir şəhərdə hakimiyyətə qarşı etiraz
səsləri baş qaldırmamışdı.
İmam (ə) belə bir şəhər seçməli idi ki, orada tam asudə surətdə öz layihələrini
həyata keçirməli və öz fikirlərindən müsəlmanları agah etməli idi.
İmam Hüseynin (ə) Məkkə şəhərini seçməkdə əsas hədəfi, Məkkənin iki cəhətdən
onun üçün əlverişli olması idi. Birinci Məkkənin əmin olması
«وَمَن دَخَلَهُ كَانَ آمِناً»
«Kim ora daxil olsa amandadır (amanda olmalıdır)» .30
(Hər kəs ora daxil olsa amanda olacaqdır) və bütün müsəlmanların orada
cəmləşməsi idi. Çünki, bütün müsəlman şəhərlərindən Məkkəyə həcc və ömrə
ziyarətinə gələnlər olurdu. İmam (ə) bu vasitə ilə həm müsəlmanların hazırkı
vəziyyətindən xəbər tutur və həm də onlara Yezidlə müxalif olduğunu çatdırırdı.
İmam (ə) bu yolla demək olar ki, yaxın şəhərlərdən xəbərdar olurdu. (Bəsrə və
Kufə kimi).
Bu minvalla İmam Hüseyn (ə) hicrətin 60- cı ili, cümə axşamı şaban ayının üçü
Məkkə şəhərinə daxil olur və həmin ilin axırı, yəni zil- həccə ayının səkkizi
oranı tərk edir.31
4
Dördüncü Sual
İmamın Məkkədən xaric olması
Sual:
İmam Hüseynin (ə) həcc əməllərini tamamlamamış Məkkəni tərk etməsinin əsas
səbəblərini açıqlayın.
Cavab:
Suala cavab verməzdən öncə bunu qeyd etmək istəyirik ki, İmam Hüseyn (ə) Məkkəni
tərk edən zaman həcc mərasimi başlamamışdı. Bu səbəbdən də deyə bilmərik ki,
İmam (ə) öz həccini natamam və başa vurmamış Məkkəni tərk edib." Bildiyimiz kimi
İmam Hüseyn (ə) zilhəccə ayının səkkizində "yəvmul təraviyyə"də32 (یوم الترویه)
Məkkə şəhərini tərk etmişdir.33 Bir halda ki, həcc əmələrinin vacib günü
zilhəccənin doqquzundan başlayır. Bu səbəbdən demək olmaz ki, İmam (ə) həcc
əməllərini yarımçıq surətdə tərk etdi. Amma bunu da qeyd etmək lazımdır ki, İmam
(ə) Məkkədə qaldığı zamanda "ümrə" ziyarətini yerinə yetirmişdir. Ümrə
ziyarətini yerinə yetirmək həcc əməllərinə giriş kimi sayılmaz.34
İmam Hüseynin (ə) tarixini mütaliə edərkən belə bir sual qaçılmazdır ki, "bütün
müsəlmanların həcc əməlləri üçün Məkkəyə gəldikləri bir zamanda, İmam (ə) niyə
birdən- birə Məkkəni tərk etmək fikrinə düşür? Çünki hacıların Məkəyə toplanması
İmam üçün daha əlverişli imkanlar yaradırdı. İmam (ə) bu imkandan istifadə edib
bütün islam dünyasını qəflətdən oyada bilərdi. Niyə İmam (ə) belə bir yaranmış
fürsəti əldən verdi?
Bu sualların cavablarının geniş olduğuna baxmayaraq iki əsas dəlillə burada
cavablandırmaqla kifayətlənirik.
1. Yezid tərəfindən müəyyənləşdirilmiş xətərin baş verməsi ehtimalı.
İmam Hüseyn (ə) Məkkəni tərk edib Kufəyə getməsinə Məkkənin bir çox
şəxsiyyətləri etiraz edir. İmamın onlara verdiyi cavablardan belə başa düşmək
olur ki, İmam (ə) həcc mərasimini vaxtı ona sui- qəsd olunmasını dəqiq bilirdi.
Məsələn: İbni Abbasın cavabında belə buyurur: "And olsun Allaha! Məkədən bir
qarış çöldə ölmək mənim üçün Məkkənin daxilində ölməkdən daha üstün və
əzizdir".35
Abdullah ibni Zübeyrə isə belə buyurur: And olsun Allaha! Məkkədən bir qarış da
olsa kənarda ölmək mənim üçün Məkkədə ölməkdən yaxşıdır. And olsun ki, əgər mən
heyvanların yuvasında olsam belə məni oradan çölə çəkib və gətirəcəklər.36 Amma
qardaşı Məhəmməd Hənəfiyyə ilə danışarkən, Yezidin adamlarının onu həcc vaxtı
şəhadətə yetirəcəklərini açıq- aşkar deyir.37 Çünki bəzi tarixi mənbələrə
istinad edib deyə bilərik ki, Yezid bir neçə dəstəni İmama (ə) sui- qəsd etmək
üçün Məkkəyə göndərmişdi.38
Məkkənin ehtiramına xatir
İmam Hüseynin (ə) əvvəlki cavablarından belə məlum olur ki, o Məkkədə qan
tökülməsinin və Kəbə evinin ehtiramının qorunması üçün Məkkə şəhərini tərk edir.
İmam (ə) bu çirkin əməlin bəni- Üməyyənin etməsini güman etsə də Məkkədə qan
tökülməsinə heç vaxt razı olmur. Bundan hətta Abdullah ibni Zübeyridə xəbərdar
edir. (Çünki bu hadisədən sonra Abdullah ibni Zübeyr Məkkənin hörmətini ayaqlar
altına ataraq orada qan tökür). İmam (ə) onunla ataraq orada İmam onunla
söhbətlərində buyurur: "Atam Əli (ə) mənə xəbər verib ki, Məkkədə bir nəfər
qurbanlıq qoç kimi öldürüləcək. Mən o qurbanlıq qoç olmaq istəmirəm.39
«إن أبی حدثنی ان لها کبشا به تستحل حرمتها فما أحب ان
اکون انا ذالک الکبش»
5
Beşinci Sual
İmamın Kufəni seçməsi
Sual:
Nə üçün imam Hüseyn (ə) qiyam etmək üçün Kufəni seçdi?
Cavab:
Bu sual, bütün İslam tarixi boyunca sünni, həmdə şiə mühəqqiq və tarixçilərinin
ən düşündürücü məsələlərindən biri olmuşdur. Hər bir din alimi bu məsələyə öz
düşündüyü kimi cavab vermiş və onu sübuta yetirmişdir. O cavablardan bir
neçəsini burada qeyd edirik:
1. İmam Hüseyn (ə) öz siyasi hərəkətində məğlubiyyətə uğradı. Onun bu
məğlubiyyətinə səbəb qiyam üçün Kufəni seçməsi oldu.
2. İslamın böyük şəxsiyyətlərindən olan Abdullah ibni Cəfər (xanım Zeynəbin
həyat yoldaşı)40, Abdullah ibni Abbas41, Abdullah ibni Muti42, Musəvvər ibni
Məxrəmə43 və Məhəmməd Hənəfiyyə44 İmam Hüseynə (ə) çox təkid etdilər ki, qiyam
üçün Kufəyə getməsin. Çünki onların Kufədən heç bir xoş təssüratları yox idi.
İmam Əliyə (ə) və İmam Həsənə (ə) etdikləri xəyanət hələ də insanların zehnində
idi.
Amma İmam (ə) onların dediklərini eşitməyib Kufəyə yollanır. Bu yerdədir ki,
bəzi tarixçilər o cümlədən ibni Xadun, İmamın, (ə) siyasi səhvə yol verdiyini
iddia edirlər.45
İbni Abbas və bir çox zəmanənin böyükləri, İmamın Kufəyə deyil, Yəmən və başqa
şəhərlərə getməsini məsləhət bilirlər. İbni Abbas, İmam Hüseynin (ə) getməkdə
israrlı olduğunu görüb ona deyir: "Görürəm getməkdə çox israrlısan. Amma Kufəyə
deyil, Yəmənə getsən, daha yaxşı olar. Ora sənin hədəfin üçün daha əlverişli
olar. Çünki, Yəmən torpaqları çox genişdir. Orada insanları daha tez ətrafında
cəm edib, öz hədəfin üçün, başqa şəhərlərə göndərə bilərsən."46
Nə üçün İmam Hüseyn (ə) bu nəzəri qəbul etmədi?
Şiə tarixçilərindən savayı, bir çox sünni tarixçiləri və hətta Şərqşunaslar bu
sualın cavabını şiə kəlamının mənbələrinə əsasən təhlil etdikdə belə qərara
gəlirlər ki, İmam bu işdə səhvə yol verib. Amma şiə tarixçiləri bu sualın
cavabında iki nəzəriyyə bəyan edirlər.
Şəhadət nəzəriyyəsi
Bu nəzəriyyə aşağıdakı dəlillər əsasındadır:
1). Bütün İmamlar, (ə) İmamət məqamına çatanda, onlar üçün ömürlərindən bir
səhifə açılır. Bunun nəticəsində İmamlar, (ə) öz həyat tərzlərini şəhid olana
kimi müşahidə edirlər.
Bu səbəbdən də onlar, ömürlərini necə müşahidə edirlərsə, onun əsasında da
yaşayırlar.47
2). İmam Hüseyn (ə) öz ömür səhifəsini belə görmüşdür: "Döyüş, öldür və şəhid
ol. Bu yolda özünlə köməkçilər götür. Bil ki, onlar yalnız səninlə şəhid
olacaqlar."
«قاتل فاقتل و تقتل واخرج باقوام للشهادة لا شهادة لهم
الا معک»
İmam Hüseyn (ə) Allahın bu istəyi əsasında hərəkət edir. Yəni öz şəhadəti ilə
barışmaqdan qeyri çarəsi qalmır. O, öz həyat tərzini və başına gələnləri
Məkkədən Kufəyə gedərkən ikinci dəfə yuxuda görür. Yuxuda peyğəmbəri (s) onu,
başına gələcəklərdən xəbərdar edir,48 İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyə
"niyə getdiyini" soruşduqda ona belə deyir: Peyğəmbər (s) yuxuda mənim yanıma
gəlib dedi: Ey Hüseyn! Şəhadətə tərəf hərəkət et".
«یا حسین اخرج فان الله قد شاء ان یراک قتیلا»
Deməli, İmam Hüseyn başına gələnlrdən xəbərdar olaraq hərəkət edib, o həzrət çox
böyük müvəffəqiyyətlə bu işi yerinə yetirdi. Bir halda ki, ondan sonra heç bir
İmam üçün belə vəzifə təyin olunmamışdır.49
Deməli, İmam Hüseyn (ə) Kufəyə getməkdə Allahın istəyin yerinə yetirir. Yəni
Allah- Taalanın razılığı onun Kufəyə yola düşməsində idi. Bundan əlavə İmam
Hüseyn (ə) zəmanəsinin ən elmli, siyasətçi, aqil insanı idi. Öz zəmanəsində
kamillikdə ondan üstün kimsə yox idi. Bu səbəbdən də İmam (ə) Kufəliləri ibni
Abbas və başqalarından yaxşı tanıyırdı. İmam (ə) yaxşı bilirdi ki, Kufəlilər
əhdə- vəfa etməyəcəklər və nəinki ondan üz döndərəcəklər, hətta ona qarşı
əllərinə qılınc da götürəcəklər. nəhayət öz dəvətçilərinin xəyanəti ilə şəhadətə
yetişəcək.
Bir çox nəzər sahibləri və tarixçilər İmamın (ə) bu "şəhadət"ini müxtəlif
bəyanlarla təfsir etmişlər. Bir çoxları bu şəhadətin insanlar üçün əmr- be məruf
və nəhy əz münkər (yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək) kimi təfsir
edirlər. Bəziləri isə İmam Hüseynin (ə) qanını "İslam ağacının suyu" kimi təfsir
edirlər Yəni, İmam (ə) öz qanı ilə qurumaqda olan İslamı suvardı və onu yenidən
yaşıllaşmağa və çiçəklənməyə doğru sövq etdi.
Bu qan "İslamın möhkəmlənməsinə və Bəni- Üməyyənin rüsvay olub puç olmasına
səbəb oldu. Bundan əlavə, Bəni- Üməyyə bu cinayətdən sonra İslam tarixində bir
daha başını uca tuta bilmədi.
Amma bəzi şiə olmayan tarixçilər və mühəqqiqlər heç bir əsaslı möhkəm dəlilə
söykənməyən nəzərlər bəyan etmişlər. O cümlədən o nəzərlərdən biri də budur:
"İmam Hüseyn (ə) öz şəhadəti ilə öz ardıcılarının günahlarına kəffarə oldu və
şiələrə nicat verdi."
Eyni bu inanc xristiyan əqidəsinin əsas stünlarından olan "Fidyə" mövzusunun
bənzəridir.
Xristianların inancına əsasən İsa (ə) çarmıxa çəkilməklə bütün Xristian aləminə
Adəmin günahlarından nicat verdi.50"
Şəhadət nəzəriyyəsinin iradları:
1). İmam Hüseynin (ə) şəhadət mövzusunda xüsusi təyinatı olması, yəni bu
şəhadətin onun üçün "yazı" "taleh" olması, İmamın (ə) insanlar üçün nümunə və
nicat mənbəyi olmasını aradan aparır. Həmçinin, özündən sonra gələn İmamların da
fəzilətinə xələl yetirir. Amma bir halda ki, bütün insanlara İmama itaət etmək
və onun əmirlərini yerinə yetirmək vacibdir.
2). İmam Hüseynin (ə) bəzi cümlələri bu nəzəriyyə ilə əks mənaları kəsb edir.
İmam (ə) öz səhabələrinə buyurur:
«لکم فیّ اسوة»
"Mən sizin üçün nümunəyəm,"51 amma bir İmam ki, yalnız yazılmış proqramlar
əsasındadır və öz iradəsi ilə heç bir addım atmır necə başqalarına nümunə ola
bilər:
3) Düzdür ki, İmamın (ə) Kərbəlada şəhid olmasına peyğəmbər (s) və Həzrət Əli
(ə) bir sıra işarələr etmişdirlər.
Həmçinin İmamın (ə) bəzi kəlamlarında da bunu müşahidə etmək olar. Amma bu o
demək deyil ki, İmam (ə) Kərbəlaya və ya Kufəyə məhz şəhid olmaq üçün getmişdir.
Yəni İmam Hüseynin (ə) qiyamının əsas səbəbi onun şəhid olması deyildir.
Əksinə İmamın (ə) qiyam etməkdə və Kufəyə getməkdə ümdə hədəflərini onun öz
kəlamlarında müşahidə etmək olar. Misal üçün, İmam (ə) Məkkədən Kufəyə gedərkən
qardaşı Məhəmməd Hənəfiyyəyə buyurur:
«... و انما خرجت لطلب الاصلاح فی امة جدی، ارید أن آمر
بالمعروف وانهی عن المنکر و اسیر بسیرة جدی و أبی علی ابن ابیطالب»
"Mənim Məkədən getməyimə əsas səbəb, cəddim Rəsulullahın (s) ümmətini islah
etmək, onları doğru yola yönəltmək, pis işlərdən çəkindirmək və Rəsulullahın (s)
və atam Əlinin (ə) əsas üslublarını diriltməkdir."52
İmamın bu cümlələrindən"ümmətin islahı, hidayəti və zalımlara qarşı üsyün" başa
düşülür
İmam (ə) heç vaxt öz hərəkatında şəhid olmağı əsas hədəf təyin etməmişdir.
2) İslam hakimiyyətinin qurulması
"Sərvərəm İmam Hüseyn (ə) Kufəyə İslam hakimiyyəti qurmağa getmirdi. Amma
verilən vədələrdən və yazılan məktublardan sonra qələbəyə nail olacağına
inanaraq yola düşür."
Bəzi yazıçıların nəzərinə əsasən53 Seyid Murtəza (ləqəbi: Elmul Huda 355- 436)
insanların imam Hüseynin (ə) qiyamı haqqında verdikləri sualın cavabında
demişdir.54
Yuxarıda qeyd etdiyimiz (Seyid Murtəzanın nəzəri) nəzər, demək olar ki, heç bir
şiə tarixçisi və alimi tərəfindən qəbul olunmamışdır. Əksinə, Şeyx Tusi, seyid
ibni Tavus, Əllamə Məclisi və bir çox alimlər bu nəzəri bir- başa rədd
etmişdilər.55 Həmçinin müasir tarixçilər də. Yəni təhlillərlə, sünni alimlərinin
və şərqşunasların bu mövzuda olan şübhələrinə yetərincə cavab vermişdirlər. O
cümlədən şəhid Mütəhhəri və doktor Əli Şəriəti bu məsələdə bəzi şərqşunas və
sünni alimləri ilə həmfikir olan müasir alimlərlə müxalif olmuşlar.56 Çünki bu
nəzəri təsdiq edən tarixçilər, İmam Hüseynin (ə) qeyb aləmindən xəbərsiz
olduğunu demək istəyirlər. Yəni bu cavabın nəticəsi belə olur.
Amma İmam Hüseynin (ə) qiyam və Kufədə hakimiyyət qurması üçün, Məkkədən Kufəyə
getməsini, demək olar ki, bütün şiə tarixçiləri qəbul edir. O cümlədən mərhum
Ayətullah Xumeyni (rh) Hüseynin müqəddəs qiyamının əsas səbəbini "Yezid
hakimiyyətini rüsvay etmək və əsil İslam hakimiyyəti qurmaq" olduğunu müxtəlif
bəyanlarla təsdiq etmişdir. O, İmam Hüseynin (ə) inqilabını böyük saleh və İslam
hakimiyyəti uğrunda olduğunu bəyan edərək deyir:
1). "İmam Hüseyn, (ə) Müslim ibni Əqli Kufəyə göndərdi ki, o, insanları haqq
yola dəvət etsin və onlardan beyət almaqla İslam inqilabının təməlini qoysun.
Həmçinin bununla fasiq Yezid hakimiyyətinə son qoysun" (6, 3, 1350. Nəcəf
şəhəri)57
2). "İmam Hüseynin (ə) Məkkəyə gəlişi və oradan tələsik çıxması böyük bir siyasi
hərəkat idi.
Bu siyasi hərəkatın əsas hədəfi bəni- üməyyə hakimiyyətini oradan aparmaq idi.
Əgər bu siyasi hərəkat olmasaydı, İslam dini aradan getmiş olardı"58 (6, 3,
1350, Nəcəf şəhəri)
3). "İmam Hüseynin gəlişi İslam inqilabı üçün idi. Əgər hər kəs desə ki, "İmam
(ə) inqilab üçün gəlməmişdi" səhv edir. Hakimiyyət onların haqqıdır."59
İmamın İslam inqilabı üçün qiyam etməsinə dəlillərimiz:
1). İmam Hüseynin (ə) qiyamı və hakimiyyət üçün Kufəyə getməsinə ən vazeh
dəlilimiz, İmamın (ə) öz kəlamlarında açıq- aşkar müşahidə olunur. İmam (ə)
Mədinədən Məkkəyə tərəf hərəkət edən zaman, üç əsas hədəf üçün getdiyini bəyan
edir. İmam ictimaiyyətin ümumi islah olmasını insanları, yaxşı işə dəvət edib-
pis işdən çəkindirməkdə və peyğəmbərin (s) və İmam Əlinin (ə) tarixini və
sünnəsini bərpa edib ona əməl etməkdə gördüyünü deyir.60
Məlum məsələdir ki, hər hansı bir ictimai islah üçün, ən gözəl əlverişli üsul
İslam qanunlarının hakimiyyətdə bərpa olmasıdır.
İnsanları yaxşı işlərə sövq etmək və pis işlərdən çəkindirmək üçün fasiq və
fasid strukturların məhv olması lazımdır. Əgər onlar məhv olmasa ictimai
sağlamlığın bərpası mümkün deyildir. Həmçinin İmam Hüseynin (ə) "Peyğəmbər (s)
və Həzrət Əlinin sünnəsini "bərpa etməkdən əsas hədəfi, İslam hakimiyyətinin
qurulması idi.
2). Kufəlilərin (İmam onların arasında olmadan) İmama (ə) məktub yazıb, o
Həzrəti Kufədə onlara hakim olmasını istəməkləri, İmamın da eyni zamanda onlara
naib (Müslüm ibni Əqil) göndərməyi və sonra özü də Kufəyə tərəf yollanmağı,
İmamın (ə) hakimiyyət üçün Kufəyə getməyinə bir dəlildir. Kufəlilərin məktub
yazmaqda da əsas hədəfləri bu idi ki, onlar Yezidin hakimiyyətini "İlahi
xilafət" kimi qəbul etməmişdirlər. Onlar İmamın (ə) gəlişi və Kufədə hakim
olmasını "İlahi xilafət" kimi qəbul edirdilər. O cümlədən Kufənin böyükləri,
Süleyman ibni Sörəd Xəzai, Museyb ibni Nəcbərə Həbib ibni Məzahirin yazdıqları
məktubda belə oxuyuruq:
«إنه لیس علینا امام، فاقبل لعل الله ان یجمعنا بک علی
الحق...»
"Bizim Allah tərəfindən seçilmiş rəhbərimiz yoxdur. Bizə tərəf gəl ki, bəlkə
Allahın razılığını qazanaraq haqq olan cəmiyyətlər sırasına qoşula bildik."61
3). İmam Hüseynin (ə) Kufəlilərə yazdığı məktubdan və Müslim ibni Əqili
göndərməyindən belə nəticə alırıq ki, İmam (ə) qiyam etməklə Kufədə hakimiyyət
qurmaq istəyib. İmam (ə) Kufəlilərə yazdığı məkrubda belə deyir:
«وقد فهمت کلّ الذی اقتصصتم و ذکرتم و مقالة جلکم إنه لیس
علینا امام فاقبل لعل الله أن یجمعنا بک علی الهدی و الحق»
"Mən sizin məktublarınızdan belə başa düşdüm ki, sizin İmamınız yoxdur62 və sizə
adil hakim lazımdır."
4). İmamın (ə) digər yazdıqları məktublardan və onun məzmunundan İmamın (ə)
Kufədə hakimiyyət qurmaq istəməsindən xəbər verir. Çünki, İmam (ə) hakimiyyətin
əsas şərtlərini İslam qanunlarının əsasında olduğunu bəyan edir. Məktubların
birində belə yazır:
«فلعمری ما الامام الا العامل بالکتاب و الآخذ بالقسط
والدائن بالحق و الحابس نفسه علی ذاتالله»
"And olsun canıma! O şəxslər imam ola bilər ki, Allahın kitabının dərinliyini
bilsin, haqq- ədalət tərəfdarı olsun və haqqı icra etmək üçün Allaha xatir
əlindən gələni əsirgəməsin."63
5). Müslim ibni Əqilin Kufədəki fəaliyyətləri, həmçinin onun beyət alması,64
beyət edənlərin adlarının yazılması və sayılması (18 min nəfər)65 İmamın (ə)
İslam hakimiyyəti qurmasından xəbər verir.
6) Bəni- Üməyyə tərəfdarlarının kufədə təşvişə düşmələri və Kufə hakimiyyətinin
xətərdə olduğunu hiss etmələri, Müslimin gəlişindən qorxmaları və Yezidə məktub
yazmaları İmamın Kufə hakimiyyətini ələ keçirməyindən xəbər verir. Məktubda
deyilirdi:
«فإن کان لک بالکوفة حاجة فابعث إلیها رجلاً قویاً ینفذ
امرک و یعمل مثل عملک فی عدوّک»
"Əgər Kufəyə ehtiyacın varsa, bura siyasətdə güclü və düşmənlə amansız olan bir
nəfəri bura göndər. O şəxs sənin dediklərinə əməl etməlidir."66
7) Müslim ibni Əqilin İmama (ə) dəvət məktubu yazması və Kufəlilərin onun yolunu
səbirsizliklə gözləmələrini deməsindən, eyni zamanda da İmam (ə) onun sözünü
təyid edib. Qeys ibni Müsəhhərədən cavab məktubu göndərməsi, İmam (ə) üçün
Kufədə qiyam şəraitinin yaranmasından xəbər verir.67 İmam (ə) məktubda onlara
belə deyir:
«... فإن کتاب مسلم بن عقیل جاءنی یخبرنی فیه بحسن رأیکم
و اجتماع ملأکم علی نصرنا والطلب بحقنا فسألت الله أن یحسن لنا الصنع و أن یثیبکم
علی ذالک اعظم الاجر و قد شخصت الیکم من مکة یوم الثلثا لثمان مضین من ذیالحجة یوم
الترویه فإذا اقدم علیکم رسولی فانکمشوا أمرکم
و جدوا فانی قادم علیکم فی أیامی هذه»
"Müslümün məktubunu aldım. Bizə öz haqqımızı almaqda köməkçi olduğunuz üçün,
Allah- Taala sizə gözəl hədiyylər versin. Mən sizin məktubunuzdan sonra Məkədən
həcc əməllərini yerinə yetirməmiş, sizə tərəf gəlirəm. Mənim qasidim sizə çatan
kimi öz işlərinizə daha da ciddi yanaşın. Bütün işlərinizi ciddiyyətlə yerinə
yetirin. Mən də tezliklə gəlib sizə yetişəcəyəm."68
Bu nəzəriyyənin əsas iradları
Bu nəzəriyyənin iki əsas iradı vardır ki, onları aşağıda qeyd edirik:
1). Bu nəzəriyyə şiənin əqidəvi məsələləri (İmamın qeyb aləmindən xəbərdar
olmas) ilə istqamətdə qərarlaşır.
2). Bu nəzəriyyənin nəticəsi, İmamın (ə) öz siyasi hərəkatında xətaya yol
verməsidir.
Mövzumuz tarixi təhlil olduğu üçün kəlam elmidə aid olan mövzulara (ismət, elmi
qeyb və sair) toxunmuruq. O cümlədən burada olan iradlara və sübutları, tarix
elmi təhlilləri çərçivəsində cavablandıracağıq. Amma bunu da qeyd edək ki, bu
mövzunu kəlam elmi çərçivəsində də həll etmək olar. İslam hökumətinin qurulması
üçün bütün görülən təhlillər və tədbirlər olduqca dəqiq olmalı və bu işdə hər
kəs öz vəzifəsinə dəqiq əməl etməlidir. Bu işi görmək istəyən şəxslər gərək
bütün ictimai vəziyyəti nəzərə almalı və inqilabın baş tutmasının hansı
vəziyyətdə baş verməsini dəqiq ölçüb- biçməlidir. Amma təbii ki, nəticə Allahın
ixtiyarındadır. Yəni hər kəs islam dini üçün öz vəzifəsini tamamlayaraq yerinə
yetirsə, onun qalib gəlməməyi onun özü üçün mühüm olmalı, deyil.
Həmçinin İmam Hüseyn (ə) bütün ictimai səhnələri yoxlayanda və qasidin
(Müslimin) ona hər şeyin hazır olduğunu deyəndən sonra İmam (ə) bu addımı
atmışdır. Baxmayaraq ki, Kufəlilər ibni Abbasın dediklərini feli surətdə
doğrultdular, amma İmam (ə) burada heç bir xətaya yol verməmişdir.
İmamın qiyam etməsi ağıllı və zəkalı idi.
Əgər hər hansı bir siyasi şəxsiyyət, öz qiyamı üçün, müxtəlif vasitələrlə təhqiq
edərək ortaq məxrəcə gəlib addım atarsa və gözlənilmədən hər hansı bir hadisə
kamil surətdə qələbəni aradan apararsa, bu yerdə kimsə onu müttəhim etməzlər
Bizim tarixi təhlillərimizə əsasən İmam Hüseyn (ə) Kufənin bütün ictimai və
siyasi mövqelərini dəqiq araşdırmış və qiyam üçün münasib vaxt olduğunu
bildirmişdir. Çünki, Kufəlilər ilk dəfə Müaviyənin xilafəti dövründə İmamı (ə)
qiyam üçün Kufəyə dəvət etmişdilər. Amma İmam (ə) vəziyyəti dəqiq araşdırdıqdan
sonra onlara rədd cavabı vermişdi.69 Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə belə bu
məsələyə müsbət rəy verməyə icazə verməmişdir.70 Heç bu dəfə də qətiyyən
Kufəlilərin sözünə etibar etməmiş ən yaxın adamını, Müslim ibni Əqili vəziyyətlə
yaxından tanış olmaq üçün Kufəyə göndərmişdir.
Müslim bir ay Kufədə qalıb vəziyyətlə yaxından tanış olduqdan sonra, İmama (ə)
şəxsən dəvət məktubu yazmışdır. İmam (ə)- da hər şeyin tam məsləhət olduğunu
bilərək sürətlə Məkkədən hərəkət etdi. Əlbəttə Məkkədən çıxmağının bir səbəbi də
canının xətərdə olmağı idi.
Amma gözlənilməyən amillər səbəb oldu İmam (ə) Kufəyə gedib çıxa bilmədi.
Məsələn: Kufənin hakiminin dəyişməsi, yəni Noman ibni Bəşirin yerinə, Abdullah
ibni Ziyadın gəlməsi, Kufəlilərin beyətlərini sındırmaları və sair. İmamın (ə)
qiyamının baş tutmamasına səbəb oldu.
«کان یزید ابغض الناس فی عبیدالله بن زیاد»
Belə demək olmaz ki, Yezidin adamları, o cümlədən ibni Ziyad yaxşı
siyasətçidirlər. İbni Ziyadın Kufəyə gəlməsinə əsas səbəb, Yezidin onunla olan
düşmənçiliyi idi.71 Çünki Yezid xeyli vaxt idi ki, ibni Ziyadı Bəsrə72
hakimliyindən çıxarmaq üçün bəhanələr axtarırdı. Kufədə baş verən hadisələr buna
bir bəhanə idi. Amma ibni Ziyad Kufənin hazırkı vəziyyətindən istifadə etməyi
yaxşı bacardı. Əgər Müslim ibni Əqilində elə geniş imkanı olsaydı. O da ibni
Ziyad kimi istifadə edə bilərdi. Yəni hətta Müslim Kufədə qiyam edib hakimiyyəti
ələ keçirə bilərdi. Məsələn, əgər şərik ibni Uvr və İmarət ibni Əbdusselul
məsləhətin qəbul edib, haninin evində ibni Ziyadı öldürsəydi, İmam (ə) gəlməzdən
öncə hakimiyyəti ələ ala bilərdi.73
Deməli deyə bilərik ki, İmam Hüseynin (ə) məsələyə baxışı ilə ibni Abbasın
iyirmi il bundan öncə olan baxışında geniş fərq vardır. Çünki, ibni Abbas Həzrət
Əlinin dövründə olan insanların dəyanətinə istinad edərək rəy verirdi.
Amma İmam (ə) işlərdən agah olub getmək qərarına gəlmişdir. Bundan əlavə İmam
Süleyman ibni Sərd, Həbib ibni Məzahir və ibni Əqil kimi şəxsiyyətlərin
dəvətindən sonra getmək qərarına gəlmişdir. Bir halda ki, ibni Abbas və
başqalarının İmamın (ə) getməməsinə heç bir dəlilləri yox idi. Həmçinin
Kufəlilərin İmama (ə) qoşulub qiyam etməkdə, fikirləri müxtəlif idi:
Birincisi, çoxları Kufənin keçmiş şərafətini özünə qaytarmaq istəyirdi. Çünki,
Müaviyənin hakimiyyətindən öncə Kufə İslam dünyasının paytaxtı sayılırdı. Amma
Bəni- Üməyyə ailəsi paytaxtı Şama köçürərək Kufəliləri, qapalı şəraitdə saxlamaq
niyyətində idilər. Kufəlilərin bəziləri bu tilsimi qırmaq üçün İmama (ə) qoşulub
qiyam etmək istəyirdilər.
İkinci dəlil budur ki, Bəni- Üməyyə hüquq baxımından özləri ilə Kufəlilərin
arasında xeyli fərq qoyurdular. Xüsusən peyğəmbər (s) ailəsi ilə dostluq edən
qəbilələri və adi insanları incidir və onlara zülm edirdilər.
Üçüncü dəlil isə insanların öz zəkaları idi. Onlar, Yezidin hakimiyyəti ilə
peyğəmbər (s) ailəsinin hakimiyyətini yaxşı müqayisə edib, nəticə ala
bilirdilər. İmam Hüseynin (ə) ictimai ədaləti layiqincə yerinə yetirəcəyində heç
bir Kufəlinin şəkki yox idi. Bu məsələyə də diqqət etmək lazımdır ki, heç kəs
Yezidi siyasətçi, öz işlərində ağıllı və savadlı hakim kimi tanımırdı. Əksinə
onu əqidəsində süst, meymunbaz və heç bir ictimai fəaliyyəti olmayan şəxs kimi
tanıyırdı. Bu səbəbdən də, İmamın (ə) qələbə ehtimalı olduqca çox idi. Yezidin
əsil xilafət kürsüsündə zəifliyi və Kufədə də Bəşir ibni Nomanın zəifliyi İmamın
(ə) qalib gəlməsi və bütün İslam dünyasını ələ keçirməsi qaçılmaz idi.
Deməli, bütün bu saydıqlarımızdan və təhlillərimizdən belə nəticə alırıq ki,
İmamın (ə) Kufədə qiyam etməsi, qiyam üçün Kufəni seçməsi təbiət aləminin
qanunlarına əsasən, olduqca düz və yerində olan bir oyanış idi. Amma
gözlənilmədən baş verən hadisələr əsas nəticəni tam əksinə olaraq qərarlaşdırdı.
Yəni heç kəsin gözləmədiyi halda bütün işlər tam əksinə olaraq nəticə verdi.
Əlbəttə bu hadisələrin heç biri -İmamın siyasətinə irad və xələl gətirə bilməz.
6
Altıncı Sual
İmam Hüseyn (ə) Yəmənə getməməsinin səbəbləri
Sual:
İmam Hüseyn (ə) nə üçün öz qityamını möhkəmlətmək üçün (şiələrin tərəfdarı olan)
Yəmən şəhərinə getmədi?
Cavab:
Bildiyimiz kimi çox görkəmli şəxsiyyətlər, o cümlədən ibni Abbas imam (ə)
Məkkəni tərk edərkən ona Yəmənə getməyi məsləhət bilmişdir. Yəmən şəhərinin
müsəlmanları, peyğəmbər ailəsinə məhəbbət bəslədiyi üçün, imamın (ə) qiyamı üçün
çox əlvürişli idi.74
Təəccüblüdür. Görəsən imam (ə) nə üçün Yəmən şəhərini özünə qərargah seçmədi?
Bu sualın cavabı üçün gərək aşağıdakı mətləblərə diqqət yetirək:
1. Yəmən əhalisinin həzrət Əlidən (ə) onun ailəsindən xoş təəssüratları olmasına
baxmayaraq,75 heç vaxt qərargah baxımından Xütə ilə müqayisə etmək olmazdı.
Çünki, Kufə şəhəri, həm çiəliyin mərkəzi baxımından, həm də strateji baxımdan
imamın qiyamı üçün əlverişli idi.
2. Yəmən müsəlmanlarının keçmişinə nəzər saldıqda, onların süst əhval ruhiyyədə
olduqlarının şahidi oluruq. Yəmənlilər, həzrət Əlinin xilafəti dövründə
Müaviyənin kiçik bir hücumu qarşısında aciz qalaraq öz başçılarını, (Abdullah
ibni Abbas) tənha qoyaraq Müaviyənin qoşununa təslim oldular.
Müaviyənin qoşununa başçılıq edən Bəsir ibni əbi Ərtah asanlıqla şəhəri ələ
keçirir və bir çox Yəmənliləri qətlə yetirir. Abdullah ibni Abbas özü Küfəyə
qaçsada övladları Ərtahın əsgərləri tərəfindən şəhadətə yetişirlər.76
3. Yəməni o dövrdə Kufə, Bəsrə, Mədain kimi böyük şəhərlərlə müqayisə etmək
olmazdı. Yəmən şəhəri, imam Hüseyn üçün heç bir cəhətdən əlverişli deyildi.
Bundan əlavə Yəmən şəhəri, kiçik şəhərlər sırasına daxil olduğu üçün, orada
qiyam üçün qoşun toplamaq olduqca çətin idi.
4. Peyğəmbərin vəfatından sonra Yəmən qəbilələrinin arasında ixtilaf və ayrılıq
düşdüyü üçün, oranı, qərargah və mərkəzi qərar vermək olmazdı. Həmçinin bir çox
qəbilə baçıları bəni- üməyyə hakimiyyətinin tərəfdarı idi.
5. Yəmən şəhəri, coğrafi baxımından digər müsəlman şəhərlərindən uzaqda
yerləşdiyi üçün, Yezidin qoşunu çox asanlıqla qiyamı dəf edə bilərdi.
6. Yəmənlilər Kufəlilərə nisbətdə, imamı çoxda ciddi dəvət etməmişdilər.
Bundan əlavə, Yəmənlilər imam (ə)- ı dəvət etsələrdə, onların qiyam etmək
fikirləri yox idi. Həmçinin Yəmənlilər üçün əməvilərin və ya ələvilərin
hakimiyyətdə olmasının heç bir fərqi yox idi.77
Mətində istifadə olunan mənbələr.
7
Yeddinci Sual
Kufəlilərin imam Hüseynə (ə) xəyanəti
Sual:
Kufəlilərin imam Hüseynə (ə) xəyanəti nə üçün Kufəlilər imam (ə) böyük eşq və
izdihamla Kufəyə dəvət edərək ona xəyanət edib, onun əleyhinə çıxdılar?
Cavab:
Bu suala cavab verməzdən öncə onu iki geniş suala bölürük. Birincisi budur ki,
"Kufəlilərin imam Hüseyni Kufəyə dəvət etməkdə məqsədləri nə idi?
İkinci sualımız da bundan ibarətdir ki, "Abdullah ibni Ziyad imamın qiyamını
yatırdmaq üçün, hamısı alətlərdən, vasitələrdən bəhrələndi"?
Hər şeydən öncə gərək, imamın (ə) Kufəyə nə zaman dəvət olunmasına diqqət edək.
Hicrətin 60- cı ili, Ramazan ayının onundan Kufəlilər tərəfindən imama (ə) dəvət
məktubu yazılmağa başladı. Bunu da qeyd edək ki, artıq imam (ə) o zaman Məkkə
şəhərində sakin idi.78 Qeyd etdiyimiz tarix etibarı ilə imama (ə) gün ərzində
çoxlu sayda məktublar gəliridi. Demək olar ki, bu məktubların sayı, gün ərzində
600- 700 ədədə çatdırdı. Bu minvalla çox az bir vaxtda bu məktubların sayı on
iki min ədədə çatır.79
Məktubu yazanların şəxsiyyətləri barəsində, dəqiq tarixi araşdırmalarapardıqdan
sonra, deyə bilərik ki, dəvətçilər yalnız eyni xarakterli insanlar deyildirlər.
Onlar, müxtəlif qəbilələrə və hədəflərə malik olan insanlar idilər. həmçinin
onların arasında şiənin həqiqi tərəfdarlarından olan, Süleyman ibni Sərd Xəzai,
Musəyyib ibni Nəcbə Xəzari, Rəfağət ibni Şəddad və Həbib ibni Məzahiri görmək
olar.80
Bunların müqabilində isə imama daha da dəqiq məlumatlar yazan və özlərini imamın
gəlişinə fəda edən və qoşun hazırlayıb imamın yolunu səbirsizliklə gözləyən
bəni- ümməyə tərəfdarları var idi. O cümlədən, imamın qətlə yetirilməsinə görə
məsciddə şükr namazı qılan Şəbs ibni Kəbi,81 aşura günü Səədin sərkərdələrindən
olan və imama məktub yazdığını danan Həccar ibni Əbcəri,82 aşura günü ibni
Ziyadın himayəçilərindən olan və imama məktub yazdığını danan Yezid ibni Haris
ibni Yezidi,83 Ömər Səəd tərəfindən aşura günü atlı döyüşçülərə başçılıq edən
Üzrət ibni Qeysi,84 beş yüz nəfər ilə fərat çayının sahillərində keşik çəkən,
imamın balalarını suzuz qoyan, həzrət Abbası ox atəşinə tutan Ömər ibni Həccar
Zubeydini görmək olar.85 Əvvəldə qeyd etdiyimiz kimi bu münafiqlər imama, onun
yolunu səbirsizliklə gözlədiklərini və əhdlərinə sadiq qalacaqlarını
yazmışdırlar.86
Amma tarixdə imam (ə) məktub yazıb, onu dəvət edən addi insanların adları elə də
vazeh açıqlanmamışdır. Bunu da əsas səbəbi, onlarn hər hansı bir qəbilənin
himayəsində olmaları və eyni zamanda da mənafe, dünya sərvəti gündən insanların
olmaları idi. O insanlar üçün imamət məsələləri haqq, ədalət və hakimin kim
olmas elə də mühüm deyildi. Onlar, yaranmış vəziyyətdən öz şəxsi mənafeləri üçün
istifadə edən insanlar idilər ki, tez bir zamanda hakimiyyətin cingiltisi qulaq
batıran sikkələrinə aldandılar, bu insanların on səkkiz min nəfəri Müslim ibni
Əqillə əhd bağladıqları bir vaxtda onu, ibni Ziyadın sikkələrini gördükdə tənha
qoydular. Təbiidir ki, ibni Ziyadın minlərlə qoşunun müqabilində heç bir qələbə
şansı olmayan imam Hüseynə tərəf getməyəcəkdilər bu insanlar. Çünki imam
Hüseynin gəlişi o zaman onlar üçün faydalı və qənaətbəxş olardı ki, o gəliş
onların şəxsi mənafelərinin xeyrinə olsun. Daha maraqlısı budur ki, onlar imamı
sevə- sevə meydanda tək qoymuşdular. Yəni dünya və axirətin seçimi gəldikdə,
axirət sevgisi ilə dünyanı seçmişdilər. bunun nümunəsini Mucmə inbi Abdullah
Aizinin imama (ə) xitabında görmək olar:
«... و اما سائرالناس بعد فان افئدتهم تهوی الیک و سیوفهم
غداً مشهورة علیک...»
"İnsanın (küfəlilərin) çoxunun ürəyi səninlədir. Amma sabah qılınclarını qından
sənin əleyhinə çıxaracaqlar."87
Onların bəziləri də aşura günü qətilgahın bir tərəfində durub döyüşə tamaşa
edərək deyirdilər: "İlahi özün Hüseynə kömək ol!"88
Deməli, belə nəticə ala bilərik ki, məktubların çox olmasına baxmayaraq, onların
imamın gəlişinə nəzərləri eyni deyildi.
Nəzərlər müxtəlif olduğu üçün, imamın Kufəlilər tərəfindən tək qalmasının səbəbi
də müxtəlifdir:
1) Birinci dəstə insanlar imamın həqiqi tərəfarları və hakimiyyətin əleyhinə
çıxan insanlar idilər. Onlar, imam Hüseyni əsil hakim və xəlifə kimi qəbul edir,
Yezidin fasiq olduğunu iddia edirdilər. o cümlədən Həbib ibni Məzahir və Müslim
ibni Usəcə insanlara "hakimiyyət yalnız imam Hüseynin (ə) haqqı olduğunu" başa
salırdılar.
Amma təəssüflər olsun ki, onların sayı o biri dəstələrdən olduqca az idi.
2). Kufəlilərin bir çoxu isə, imam Əlinin (ə) hakimiyyətinin ədalətin yada salır
və onu 20 illik bəni- üməyyə hakimiyyəti ilə müqayisə edirdilər. Onlar, bəni-
üməyyənin zülmündən cana doyub imam Hüseyni Kufəyə dəvət etmişdilər. Bu dəvətdən
də əsas məqsədləri, Yezidin hakimlərinin zülmündən yaxa qurtarmaq idi.
3). Bir dəstə Kufəlilər isə nə imama nə də Yezidə görə namə yazmışdır. Onların
imamı Kufəyə dəvət etməkdə əsas məqsədləri Kufənin mərkəzi şəhər olması idi.
Əgər imam Kufəyə gəlib qiyam etsəysi, qalib gəldikdən sonra Kufəni islam
dünyasının mərkəzi təyin edəcəkdi, ikinci bir tərəfdən, Kufəlilərin rəhbərliyi
və qüdrəti olduqca çox olacaqdı. Həmçinin imam Hüseyn (ə) hakimliyi ilahi yolla
olduğu üçün, Yezidin hakimiyyətindən fəzilətli olacaqdı.
4). Bəzi qəbilə başçıları, o cümlədən, Şəbs ibni Rəbi, Həccac ibni Əbcər və
sair. insanların içində öz qüdrətlərini və nüfuzlarını qorumaq üçün imama dəvət
məktubu yazdılar. Çünki, onlar artıq elə fikirləşirdilər, imam qalib gələcək və
bəni- üməyyə xilafəti imama (ə) təslim edəcəklər. bu səbəbdən imamın (ə)
hakimiyyəti dövründə də məqam və nüfuz sahibi olsunlar deyə Kufəlilərin "məktubu
selin"ə qoşuldular.
5). Bir dəstə insanlar isə gündəlik güzəranları yaxşı olsun deyə, məktub
yazanların sırasına qoşulmuşdular.
Amma ibni Ziyadın imam Hüseyn qiyafəsində Kufəyə daxil olması, bəni- üməyyə
tərəfdarlarına rahatlıq bəxş etdi. Onlar, tez ibni Ziyadın ətrafına toplaşaraq
Kufənin ictimai siyasi xəbərlərini bir- bəbir ona xəbər verdilər.89
Bu səbəbdən ibni ziyad, öz siyasi hiylələrindən istifadə edərək, Kufədə yaşayan
tərədarlarının köməyi ilə qiyamı yaratmağa başlayır. İbni Ziyadın türütdüyü
siyasəti psixoloji, iqtisadi və ictimai təhlil etmək üçün aşağıdakı mənbələrə
diqqət yetirmək lazımdır.
1. Psixoloji (təsir) siyasət.
İbni Ziyad Kufəyə daxil olduğu gündən başlayaraq Kufəlilərə hədə- qorxu gəlməyə
başladı. O, məscidə gedərək Kufəlilərə moizə edəcək. Onlara belə xəbərdarlıq
edir: "Mən sizin mehriban atanızam. Hər kəs mənə tərəf gəlsə öz himayəmdə ona
yer var. amma hər kəs mənim əleyhimə addım atsa, onu öz qılıncımdan keçirəcəyəm.
İndi özünüz bilin."90
Bundan əlavə, Müslüm ibni Əqilin Kufədə ilkin qiyamı zamanında o, Kufəliləri Şam
qoşunları ilə qorxudaraq onlara belə dedi. "Şam qoşunları indi yoldadır. Bura
çatan kimi heç kəsə rəhm olunmayacaq."91
Kufəlilər Şam qoşunlarının adını eşitcək lərzəyə düşdülər. Çünki onlar, Şam
qoşunlarının qüdrətini imam Həsənin (ə) vaxtında görmüşdülər. bu səbəbdən də heç
vaxt onlarla üz- üzə gəlmək istəmirdilər. Bundan əlavə, Şam qoşununa qalib
gəlmək heç onların ağlından belə keçmirdi. Bu səbəbdən onlar hərəsi bir bəhanə
ilə Müslim ibni Əqili meydanda tək qoydular və qiyam etməkdən daşındılar.92
O gün ki, Müslim ibni Əqil dörd min nəfərlə ibni Ziyadın qərərgahında mühasirəyə
almışdı. Axşam artıq Kufənin küçələrində tək və köməksiz dolaşırdı. Çünki, bütün
bu əks təbliğatlar imanı zəif insanlarda öz təsirini qoymuşdur.93
2). İctimai siyasət.
Nə vaxta qədər ki, Abdullah ibni Ziyad Kufəyə daxil olmamışdı, bir çox qəbilə
başçıları, o cümlədən yuxarıda adlarını qeyd etdiyimiz Şəbs Rəbi və başqaları,
Müslim ibni Əqilin ətrafına toplaşaraq ona beyət etmişdilər. bununla yanaşı
bütün işlərdə onunla məsəhət edir və imamın (ə) yolunu səbirsizliklə
gözləyirdilər.
Amma Abdullah ibni Ziyadın Kufəyə daxil olması və onun təhdidlə danışması,
onların bütün işlərini alt- üst etdi. O kəslər ki, öz mənsəb və ictimai
nüfuzlarına görə Müslimə beyət etmişdilər, artıq çaşqınlıq içində nə
edəcəklərini bilmirdilər. nəhayət ibni Ziyadın onlara vədə verdiyi pulu,
rüşvəti, məqamı və əks təqdirdə isə qılıncdan, keçməyi gördükdə Müslümü tək
qoyub ibni Ziyada tərəf keçdilər. həmçinin ibni Ziyad da onları öz ətrafına necə
toplamağın və onlardan istifadə etməyin yolunu yaxşı bilirdi. O Kufənin bütün
şərafətli insanların və qəbilə başçmıların öz tərəfində toplayaraq, imamın
əleyhinə onlardan istifadə etməyə başladı.
Kufənin bütün xəbərlərini yerli- yerində dəqiq bilən, Müslimə ibni Abdullah Aiz
Kufədən çıxıb imamın (ə) dəstəsinə qoşularkən, Kufənin vəziyyətini imama belə
tərif etmişdir:
«اما اشرافالناس فقد اعظمت رشوتهمو ملئت غرائرهم یستمال
و دهم و یستخلفی به نصیحتهم فهم ألب واحد علیک...»
"Kufənin tanınmış şəxsiyətləri və qəbilə başçıları, bütün yaxşılıqdan əl
çəkərək, sənin əleyhinə çıxdılar. Onlar (İbni Ziyadın sarayında) ciblərini qızıl
sikkələrlə və xurcunlarını- buğda- arpa ilə dolduraraq hər şeyə göz yumdular."94
Abdullah ibni Ziyadın ictimai siyasətdə bəhrələndiyi ikinci qurup insanlar isə
"ağsaqqallar idi. Kufə şəhərində bu terminə "Ürəfa" deyirdilər. onlar,Ş Kufə
əmirliyi tərəfindən ictimai asayişin qorunması üçün seçilmiş şəxslər idilər.
yəni, o insanlar ki, Kufə şəhərində sakin idilər və heç bir qəbiləyə tabe
deyildilər, bu ağsaqqallar onları himayət edirdilər. onların sayı iyirmi
nəfərdən başlayaraq, yüz nəfərə kimi ağsaqqalların nəzarətində idilər.95
Həmiçinin ağsaqqallar da onların tam hüququ şəxs kimi bütün işlərinə cavabdeh
idilər.96 o insanlar bu işə görə Ağsaqqallara pul da verirdilər.97 Bundan əlavə
Ağsaqqalların bir vəzifələri də himayəsində olan insanların neçə nəfər qadın,
kişi, uşaq olmasını və həmçinin ölənlərin və dünyaya gələnlərin kimliyini və
sayını hər ay Kufə hakimiyyətinə xəbər vermək idi. Onlardan kimsə hökumət
əleyhinə iş görərdisə, ağsaqqal onu tanımalı və əmirliyə təhvil verməli idi.
Həmçinin əmirliyin sabit qalması üçün əllərindən gələni əsirgəməməli idilər.98
Abdullah ibni Ziyad, Kufədə necə hökümranlıq etməyi, uzun illər Kufənin hakimi
olmuş atası Ziyaddan öyrənmişdir. O, Kufə məscidində söhbətin bitirən kimi,
saraya qayıdar və "Ürəfanı" öz hüzuruna çağtdıraraq onlara deyir:
«اکتبوا إلی الغرباء و من فیکم من طلبة امیرالمؤمنین و
من فیکم من الحروریة و اهل الریب الذین رأیهم الخلاف و الشقاق، فمن کتبهم لنا فبرئ
و من لم یکتب لنا احدا فیضمن لنا ما ما فی عرافته إلا یخالفنا منهم مخالف و لا یبغی
علینا منهم باغ فمن لم یفعل برئت منه الذمة و حلال لنا ماله و سفک دمه و ایما عریف
وجدنی عرافته من بغیة امیرالمؤمنین احد لم یرفعه الینا صلب علی باب داره و القیت
تلک العراقة من العطاء»
"Tez bir zamanda, o kəslər ki sizin himayənizdədir və nankorluq edib əmirəl
möminin Yezidə qarşı çıxıb, adlarını yazıb mənə təhvil verin. Bundan əlavə
şübhələndiyiniz kimsə olarsa və adını bizə verməzəniz, özünüz onun cinayətində
şərik olacaqsınız. Sizin himayənizdə olanlardan kimsə bizə qarşı çıxarsa, malı,
qanı və namusu bizə halal olacaqdır. Əgər ağıllı və zəkalı olsanız bizim sizinlə
işimiz yoxdur. Amma "ərif"in (ağsaqqalın) özü bizə qarşı və əmirəlmöminin Yezidə
qarşı (Yezid) çıxarsa, onu evinin içində dar ağacından asacaq və bütün ürəfanı
aldığı puldan mərhum edəcəyəm."99
İbni Ziyadın təhdid dolu sözləri bütün ürəfanı qorxuya saldı. Demək olar ki,
ürəfanı ibni Ziyaddan qorxaraq ona tabe olması, Müslümün Kufədə tək qalmasının
əsas səbəblərindən biri oldu. Ürəfa qorxaraq ibni Ziyadın bütün göstərişlərini
dəqiq yerinə yetirərək, himayəsində olan insanları tam nəzarət altına aldılar.
3). İqtisadi siyasət
O zaman Kufə əhalisinin əsas gəlir mənbələri, Kufə hakimiyyətinin büdcəsi idi.
Belə ki, İran imperatoru ilə döyüşdən qayıdan insanlar Kufədə sakin olduqdan
sonra, Kufənin hakimi tərəfindən büdcədən bütün Kufəlilərə hər ay oul, xurma,
buğda, arpa və yağ verilirdi. İş o yerə çatmışdır ki, Kufənin sakinləri işləmir
və heç bir sənəti də ərəbin şəninə uyğun bilmirdilər. Kufədə işləyən yalnız əcəm
"(əsli və milləti ərəb olmayan) "məvalilər" (əsliyəti ərəb olmayan və ərəblə
əhd- peyman başlayan şəxslər) idilər. bu səbəbdəb bütün sənaye və əkinçilik
işlərin ərəbolmayan müsəlmanların öhdəsində idi.100
Həmçinin Kufə hakimiyyətinin bu işi bütün Kufə müsəlmanların öz təsiri altına
almışdır. Bu səbəbdən bir çox işlərdə hakimiyyət dairələri ilə həmkarlıq
etməkdən boyun qaçırdılar.
Abdullah ibni Ziyad ürəfa (ağsaqqallar) ilə müşavirə keçirərkən, onları,
hakimiyyət tərəfindən aldıqları aylıq kompensasiyalardan məhrum edəcəyi ilə
təhdid etdi. Həmçinin əgər başqa ağsaqqallarda kiminsə xəyanət etdiyini görüb
susardısa, onun və himayəsində olanların bütün gəlirlərdən mhrum olacağaını
söylədi.
Bundan əlavə, Müslim hökumət sarayın mühasirəyə aldığı vaxt, ibni Ziyadın
carçıları Kufədə elan etdilər ki, "hər kəs Müslümü tərk edərsə onun aylıq gəliri
iki dəfə artırılacaq və əks halda bütün hüquqlardan məhrum olacaqdır."
Bildiyimiz kimi Müslümü qəsrinn kənarında dörd mindən çox adam toplaşmışdı. Amma
bunu eşitcək Şam namazına kimi onun ətrafından dağıldılar. Getməyənləri də
arvad- uşaqları məcbur apardılar.101
İbni Ziyad yaranmış bu fürsətdən istifadə edərək, onlara çoxlu vədələr verib
imam Hüseynə qarşı toplamağa başlayır. Onlara aylıq gəlirin dəfələrlə
aratacağını söz verir. Onlarında qəlbi (üzdə) imamla olsada dünya malından keçə
bilmirlər. Bu minvalla Kufədən imama (ə) qarşı neçə min hərəkət edir. Bəzi
tarixi mənbələr bunu belə qeyd edir:
"Ürəyində imam məhəbbəti olan102 30- min qoşun103 Kərbəlaya Fərata yollanır".
İmam Hüseyn (ə) aşura günü Kufəlilərə üzünü tutub belə deyir:
«کلکم عاص لأمری مستمع لقولی، قد انخزلت عطایاتکم من
الحرام و ملئت بطونکم من الحرام فطبع علی قلوبکم»
"Hamınız mənim əleyhimə üsyan etdiniz. Mənim sözlərimi eşitmək belə
istəmirsiniz. Amma mən bunun səbəbini bilirəm. Sizin aylıq gəlirinizi haram
puldan artırmağı sizə söz veriblər. İndidə qarnınızı o qədər haram tikə ilə
doldurmisunuz ki, qəlbiniz möhürlənib və haqq söz artıq sizə təsir etmir"104
8
Səkkizinci Sual
Kərbəlada susuzluq
Sual:
Kərbəlada susuzluğun atəşi hansı həddə idi?
Cavab:
Etibarlı tarix mənbələrinə istinad edərkək, ibni Ziyadın əmrinə əsasən suyun
qarşısının alındığının şahidi oluruq.
Məhərrəm ayının yeddisi Ubeydullah ibni Ziyad tərəfindən Ömər ibni Səidə belə
bir göstəriş gəlir: "Hüseyni furat suyuna həsrət qoy və bir damcı belə onlara o
sudan vermə".105
Həmçinin ibni Ziyad bu işlə Osmanın qisasını aldığını demək istəyirdi.
Ömər ibni Səid. Bu əmri alan kimi Ömər ibni Həccacı 500 nəfərlə birlikdə fəratın
sahillərinə göndərdi.
İmam (ə) və tərəfdarları "aşura"gününə kimi bir neçə dəfə su gətirmək üçün
çalışsalarda, Ömər Səidin məmurları buna imkan vermədilər.106 Heç bir daldanacaq
yeri olmayan qızmar səhrada həm imamın (ə) səhabələri, həm də qadın və uşaqlar
üçün susuz qalmaq təsəvvür oluna bilməyəcək qədər çətin idi.
Bəzi tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, imam (ə) çadırların
ətrafında quyu qazmaq istəsədə Ömər Səidin əsgərləri tərəfindən bu işə mane
olduğundan imam (ə) fikrindən daşınmışdır.107
Həmçinin həzrət Abbasın və Hafe ibni Hilalın başçılığı ilə otuz altı və iyirmi
piyada döyüşçü ilə, gecə vaxtı Ömər ibni Həccacın qoşununa hücum etmələri
tarixdə qeyd olunmuşdur. Həzrəti Abbas (ə) bu hücumda iyirmi su məşqini su ilə
doldurmaq çadırlara tərəf qayıtmışdır.108
«و لما استد علی الحسین و اصحابه العطش»
Bəzi tarixi mənbələrdə isə "aşura" günü xanım Zeynəbin qəşş etdiyi və imam
Hüseynin (ə) onun üzünə su tökdüyünü oxuyuruq.109
Tarixin bu səhifələri "aşura" gecəsində suyun olmasını çatdırır. Mərhum Əllamə
Məclisi, Biharul- ənvar kitabında bu məsələyə dəqiq işarə etmişdir. Əllamənin
nəzərinə əsasən hətta aşuranın sübhü də su olmuşdur. Əllamə Məsclisi aşura
gününün gübhünü belə təsfir edir:
«ثم قال لأصحابه: قوموا فاشربوا من الماء یکن آخر زادکم و
توضؤوا واغتسلوا و إغسلوا ثیابکم لتکون اکفانکمک ثم صلّی بهم الفجر»
"İmam (ə) öz səhabələrinə buyurdu: Qalxın su için və dəstəmaz alın. Sonra qüsl
verib, paltarlarınızı yuyun. Qoy kəfənləriniz təmiz olsun. Çünki bu paltarlar
sizin kəfəniniz olacaq. Bunlar sizin dünyadan aparacağınız azuqə olacaqdır.
Sonra imam (ə) sübh namazın onlarla birlikdə qıldı."110
Bəzi mötəbər tarix kitablarında yazırlar ki, aşura gününün sübhü su qurtarır və
daha imamın və tərəfdarlarının əli suya çatmır.
«یکن آخر زادکم»
Onlar, döyüş başlayana kimi və ondan sonra susuz qalırlar səhranın istisi və
döyüşün ağırlığı hamını susuzluqdan əldən salmışdı.
Əllamə Məclisi, Ömər Səidin döyüşçülərindən biri olan Təmim ibni Həsin Xəzarinin
rişxəndini belə təfsir edir:
"Ey Hüseyn tərəfdarları furat çayın görürsünüzmü? O ilanın qarnı kimi qıvrılaraq
parlaq surətdə axır. And olsun Allaha ki, sizi ölənə qədər o suya həsrət
qoyacağam.111
Həmçinin imamın tərəfinə keçən Hürr, Kufəlilərə bu yoldan daşınmaq məsləhətini
verəndə, onu susuzluqları ilə məsxərə etdilər.112 həmçinin imamın şəxsən özü su
gətirməyə gedəndə Şimrlə üz- üzə çıxması Şimrin imama (ə) işdə mane olması və
imamın onu nifrin etməsi bir çox tarixi kitablarda qeyd olunmuşdur.113
Əllamə Məclisi, həzrət Abbasın (ə) imamın göstərişi ilə uşaqlar və qadınlar üçün
su gətirməsini və lakin o həzrətin şəhadətə yetişməsini bir çox hədislərdən
rəvayət etmişdir.114
Məşhur olduğu kimi Abbas su gətirməyə müvəffəq olmadı və qayıdanda şəhadətə
yetişdi.
9
Doqquzuncu Sual
Aşura günü İmam Hüseyn (ə) öz düşmənlərindən su istədimi?
Sual:
Aşura günü İmam Hüseyn (ə) öz düşmənlərindən su istədimi?
Cavab:
İmam Hüseyn (ə) və onun tərəfdarları "Aşura" günündə olduqca susuz olsalarda,
tarixin heç bir səhifəsində İmamın və onun dostlarının düşməndən su istəməsi
yazılmayıb.
Düzdür ki, bəzi kitablarda və mərsiyələrdə bu barədə bir sıra şişirdilmiş
mövzulara toxunulur, amma etibarlı tarix kitablarında, susuzluğun imama və
dostlarına, həmçinin döyüşün gedişatına çoxda mənfi təsir qoyduğuna rast
gəlmirik. Aşura səhnələri barəsində yazılmış qədim ədəbiyyatları diqqətlə
mütaliə etdikdə, oradakı şerlərdə və bir sıra yazılarda, susuzluğun imama və
tərəfdarlarına əks təsir göstərdiyini oxumaq əvəzinə, onların düşməni zəlil
etdiyini, şücaətdən dəm vurduqlarının şahidi oluruq.
Hətta düşmənin döyüş qaydalarını məcbur surətdə pozaraq, imamın (ə)
döyüşçülərini ox atəşinə tutduqlarını və bəzəndə tab gətirməyib imamın
əsgərlərinin qarşısından qaçdıqlarını oxuyuruq. İmamın döyüş meydanında ibni
Ziyada xitabını buna nümunə gətirə bilərik:
«ألا و ان الدعی بن الدعی قد رکزنی بین اثنتین بین السلة
و الذلة وهیهات مناالذلة یابی الله ذالک لنا و رسوله و المؤمنون و حجور طابت و طهرت
و انوف حمیة و نفوس أبیة من أن نؤثر طاعة اللئام علی مصارع الکرام»
Bilin ki, zinazadə oğlu, zinazadə (ibni Ziyad) mənim qarşıma iki məsələ qoyub.
Birincisi budur ki, gərək qılıncımı sivirib onunla vuruşum. İkincisi isə ona
beyət etməklə "zillət" paltarını əynimə geyinim. Amma bilin ki, "zillət" bizdən
uzaqdır. Bilin ki, peyğəmbər, imamlar və möminlər qeyrətli və izzətli
şəxslərdir. Biz izzətlə ölməyi zillətlə yaşamaqdan üstün bilirik.115
Amma təəssüflər olsun ki, bəzi kitablarda mərsiyələrdə etibarlı olmayan
tarixlərə əsaslanan iddalar vardır ki, onların heç bir həqiqəti yoxdur. Bəzi
mərsiyə oxuyanlarda məsələni elə çatdırırlar ki, dinləyicilər imamı şücaətli və
cəsur tanımaq əvəzinə, əksinə olduqca məzlum və zəlil kimi tanıyırlar. Təbii ki,
onlar bu sözləri heç bir tarixi məsələyə istinad etmədən danışırlar. Misal üçün
o yalan və uydurmalardan biri budur:
İmam (ə) Ömər Səidin yanına gedərək ondan üç şey istəyir. Onun ikincisi sudur.
Güya imam (ə) Ömər Sədə belə deyir:
«اسقونی شربة من الماء فقد نشفت کبدی من الظماء»
Ciyərim susuzluqdan yanır. Bizə bir az su verin: "Ömər Səd isə qəddarlıqla bu
istəyi rədd edir"116.
Düzdür ki, bu mərsiyələr, dinləyiciləri daha çox kədərləndirir və ağladır. Amma
bir tərəfdən də insanları şəkkə salaraq, düşmənlərə yeni bəhanə qapıları açır.
Ayrı bir tərəfdən isə imamın (ə) izzətinə və şərafətinə xələl gətirir.117
10
Onuncu Sual
İmam Hüseynin (ə)- ın mübarək başı harada dəfn olunub?
Sual:
İmam Hüseynin (ə)- ın mübarək başı harada dəfn olunub?
Cavab:
İmam Hüseyn (ə) və bir çox onun səhabələrinin mübarək başlarının necə və harada
dəfn olunması barədə şiə və sünni tarixlərinə nəzər saldıqda, bir- birindən
fərqli nəzərlər görmək olar. Əlbəttə bütün nəzərlər barədə geniş və dəqiq təhqiq
etmək lazımdır. Amma bir çox süni və şiə tarixçilərin nəzərlərinə əsasən orta
məxrəcə gəlib bunu demək olar ki, "İmam Hüseynin mübarək başı Kərbəlada
bədəninin yanında dəfn olunmuşdur. Amma bu barədə geniş məlumat ələ gətirmək
üçün aşağıdakı tarixi nəzərlərə diqqət yetirmək üçün aşağıdakı tarixi nəzərlərə
diqqət yetirmək lazımdır.
1)- Kərbəla
Məşhur şiə alimlərinin və o cümlədən Əllamə Məclisininnəzərinə əsasən imamın
mübarək başı Kərbəlada bədəninin kənarında dəfn olunmuşdur.118
Mərhum Şeyx Səduq həzrət Əlinin (ə) qızı və imam Hüseynin (ə) bacısı Fatimənin
sözlərinə istinad edərək, imamın mübarək başının Kərbəlada dəfn olunmasını iddia
edir.119 Amma mübarək başın gətirilməsi haqqında heç bir xəbər yazmır. Seyyid
ibni Tavus imamın başının Kərbəlaya gəlməsini ilahi möcüzə hesab edir və bu
haqda təhqiqat aparmağı da başlarına məsləhət bilmir.
Bəzi tarixçilər isə imam Səccadın (ə) mübarək başın Kərbəlaya gətirib dəfn
etdiyini yazırlar. Amma "ərbəin"120və ya başqa günlərdə gəldiyi haqqında
nəzərlər fərqlidir.121
Amma mübarək başı, imamın kənarında və ya elə boğazının üstünə qoyub dəfn etməsi
haqqında dəqiq məlumat verilmir.
Seyid ibni Tavus, bu barədə dəqiq təhqiqat aparmağı öz dövründə qadağan
etmişdir.122
Bəzi tarixçilərin nəzərinə əsasən, imamın mübarək başını Yezidin əmri ilə
Dəməşqin darvazasından asırlar.
Üç gün orada qaldıqdan sonra xilafətin qiymətli əşyalarının içində saxlayırlar.
Amma Süleyman ibni Əbdülməlikin dövründə onun göstəriçi ilə imamın mübarək
başını xilafətin qiymətli əşyalarının içindən çıxarıb, Dəməşqin müsəlman
qəbristanlığında dəfn edirlər.
Sonra isə Əbdülməlikin canişini Ömər ibni Əbdüləziz (99- 101 hakimiyyət)
hakimiyyətə gəlir və imamın mübarək başını Dəməçq qəbristanlığından çıxarıb
şəriətə əsasən Kərbəlada dəfn etdirir.123
Bunu da qeyd edək ki, görkəmli sünni alimləri, o cümlədən Şəbravi, Şəblənci və
Səbt ibni Nəvizi imamın mübarək başının Kərbəlada olduğunu yazırlar.124
2)- Nəcəfi əşrəfdə həzrət Əlinin (ə) qəbrinin kənarında olması.
Əllamə Məclisinin bəzi nəzərlərindən imam Hüseynin mübarək başının Nəcəf
şəhərində, atası Əlinin (ə) qəbrinin kənarında olmasını müşahidə etmək olar.125
Amma bu nəzərin ümdə iradı budur ki, həzrət Əlinin (ə) mübarək qəbri imam
Sadiqin (ə) harun ər- rəşidin dövrünə kimi) yaşadığı zamana kimi hamı üçün
naməlum olmuşdur. Yəni o vaxta kimi imamlardan savayı kimsə o həzrətin qəbrinin
yerini bilməmişdir. Necə ola bilər ki, Yezidin hakimiyyəti dövründə imamın
mübarək başını Nəcəfdə imam Əlinin (ə) qəbrinin kənarında dəfn etsinlər.
3)- Kufə
Səbti ibni Cuzi belə bir nəzər irəli sürmüşdür: "Ömər ibni Hureys Məxzumi,
imamın mübarək başını ibni Ziyadın vasitəsi ilə ələ gətirir və ona qusl verir,
ətir vurur və kəfənləyərək öz evində dəfn edir."126
4)- Mədinə
Təbəqatul Kubra kitabının müəllifi ibni Səəd imamın (ə) mübarək başının Mədinə
şəhərində olduğunu iddia edərək yazır:
"Yezid imamın başını Mədinənin hakimi olan Ömər ibni Səəd üçün göndərir. O, da
başa qüsl verib kəfənləyərək, anası Fatimənin yanında dəfn edir."127
Bu nəzəri bəzi əhli sünnə alimləri, o cümlədən, Xarəzmi, ibni İmad Hənbəli və
başqaları qəbul edirlər.128
Amma bu nəzərin də ümdə iradı budur ki, xanım Zəhranın (s.ə.) qəbri dəfn olunan
vaxtdan bu günə kimi məlum deyildir.
5. Şam
Bir çox əhli sünnə alimlərinin bir- birindən fərqli nəzərlərinə əsasən, imamın
mübarək başı Şam şəhərində dəfn olunmuşdur. Amma harada dəfn olunması haqqında
nəzərləri aşağıdakı kimidir:
1. Şamda, Fəradis darvazasının kənarında çünki, sonralar orada "məscidül rəs"
(baş məscidi) adında məscid də tikirlər.
2. Cami əməvi məscidinin bağında (ya onun kənarında).
3. Darul- imarədə, (Yəzidin sarayı)
4. Dəməşq qəbiristanlığında,
5. Tuma darvazasının yaxınlığında
6. Rəqqə
Rəqqə şəhəri kiçik şəhərlərdən olub, Fərat çayının sahilində yerləşir. Üçüncü
xəlifə Osmanın ailəsi və qohumları bu şəhərdə yaşayırdılar. Bəzi tarixçilərin
nəzərinə əsasən, Yezid imamın (ə) mübarək başını Osmanın qohumlarına göndərir.
Onlarda başa qüsl verərək, kəfənləyib evdə dəfn edirlər. Sonralar o ev, məscid
olur.129
7. Misir (Qahirə)
Bir çox tarixçilərin nəzərinə əsasən, Misirdə 260 il hakimiyyətdə olan
Fatimilər, şiə məzhəb olduqları üçün, imam Hüseyinin mübarək başını Fəradis
(Şamda) darvazasından çıxarıb Əsqəlana və oradan da Qahirəyə gətirmişlər.
Qahirədə imamın (ə) mübarək dəfn etdikləri yerdə "tacul Hüseyn" məqbərəsi
ucalaraq oranı ziyarətgaha çevirmişlər. (v- əsir)130
Böyük tarixçilərdən olan Muqrizi, imamın (ə) mübarək başının Qahirəyə
gətirilməsini 548- ci (h. q.) ilə təsadüf etdiyini yazır:
"İmamın (ə) mübarək baını Əsqəlanda qəbirdən çıxaranda, imamın mübarək başının
qanı hələ qurumamışdı.
Həmçinin imamın başında gözəl müşq ətri gəldiyini də bir çox tarixçilər nəql
edirlər."131
Müasir şiə alimlərindən olan Əllamə Seyid Möhsin Əmin Amili, imamın (ə) mübarək
başının Əsqəlandan Misrə gətirilməsini belə izah edir:
Mübarək başın dəfn olunduğu yerdə uca bir məqbərə və onun kənarında uca bir
məscid tikilmişdir. Mən 1311 (h. q.)- ci ildə oranı ziyarət etdikdə, orada çoxlu
sayda qadın və kişilərdən ibarət olan ziyarətçilərdə gördüm. Əsqələndan o yerə
gətirilən "baş" barəsində mənim heç bir şəkk- şübhən yoxdur.
Amma o başın həqiqətən imamın mübarək başının olub olmamasında kiminsə dəqiq
məlumatı yoxdur. Yəni şəkk, başın gətirilməsində deyil. Kimin başının
olmasındadir"132
11
On birinci Sual
İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi?
Sual:
İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi?
Cavab:
İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını qiyam etmədən öncə bilirdi. Allahın
dinini qorumaq üçün hər şeyini qurban verməkdən başqa bir yolun olmadığını
anlayırdı.
Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta olunmuş "qeyb- elmi"
vasitəsilə bunu bilirdi.133
Bundan əlavə İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə)
şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi.134 Kərbəla müsibəti barəsində
nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi.135 Belə
olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək düzgün olmazdı. Qardaşı
İmam Həsən (ə) da, vəfatından əvvəl ona belə söyləmişdi: "Ey qardaşım! Heç bir
müsibət sənin qətlə yetiriləcəyin günə bənzəməz.
Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə hücum edər, öldürər,
ailəni ərir tutarlar..."136
Onlar Kufəlilərin vəfasız, etibarsız olduğunu söyləyərək, hətta Kufəlilərin
İmamı (ə) qətlə yetirmək haqqında artıq düşmənlərlə fikir ortaqlığına
gəldiklərini də, xəbər vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını
bildiyini buyurmuş və bu yolun ən düzgün seçim olduğuna təkid etmişdir.
Abdullah ibni Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, belə demişdi: "Ey əmim
oğlu! Mən sənin ayrılığına dözə bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə,
sənin şəhid olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki İraqlılar vəfasız
adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı məktubda yazdıqları kimi
həqiqətən də səni istəyirlərsə, onda əvvəlcə şəhər valisini, öz düşmənlərini
oradan qovsunlar. Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, Məkkə,
Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu Məkkədə qal. Əgər Məkkədən
getməkdə israrlısansa, yaxşı olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə)
orada çoxlu şiələri var. bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca və
əlçatmaz dağları olan bir məntəqədir". İmam (ə) ona təşəkkür edib buyurdu: "And
olsun Allaha, bunlar qanımı tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə
yetirdikləri üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə
yaşayacaqlar..."137
Abdullah ibni Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi təklifin cavabında da
İmam Hüseyn (ə) belə buyurdu: "Ey Zübeyrin oğlu! Əgər Fərat çayının kənarında
dəfn olunsam, mənim üçün Kəbə astanasında öldürülməkdən daha yaxşıdır".138
Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi məsləhət görərək dedi: "Qardaş!
Sən Kufə camaatının atan Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin
şahidi oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi- peymana xilaf çıxsınlar.
Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə qalasan. Yaxud da Yəmənə get".
İmam ona belə cavab verdi: "Allahın rəsulu (s) yuxumda buyurdu: "Hüseyn (ə),
qiyam et! Çünki Allah bunu istəmişdir. Allah sənin şəhid olmanı və ailənin əsir
düşməsini iradə etmişdir".139
Abdullah ibni Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün məşhur ərəb şairi Fərəzdəq,
bəzi köçəri ərəblər də Kufəlilərin hiyləsindən İmamı (ə) xəbərdar etmiş,
"Kufəlilərin qəlbi səninlə, amma qılıncları sənin əleyhinədir" kimi ibarətlərlə
vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) da öz növbəsində bütün
bunları bildiyini buyurmuşdur.140
Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bəzi mənbələrə istinadla İmam
Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən qabaq Məkkə şəhərindəki nitqi də, buna
əsaslı sübutdur: "Şükr Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir.
Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir qüvvə yoxdur. Allahın
rəsuluna (s) salamı olsun.
Qızların boynuna boyunbağı lazım olduğu kimi insan övladına da ölüm vacibdir və
ondan qaçıb qurtarmaq olmur. Yaqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə
həvəsli idisə, mən də ata- babamı görməyi o qədər arzulayıram. Mənim üçün bir
qətlgah təyin olunmuşdur və mən orada düşəyəcəyəm. Sanki çöl yırtıcılarının
(Kufə qoşunu) Nəvasis və Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi
tikə- tikə edərək, ac qarınlarını və boş xurcunlarını doldurduğunu öz gözlərimlə
görürəm...
Agah olun! Kim bizim yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını
şəhadət uğrunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin. Mən inşaallah sabah
sübh Kufəyə doğru hərəkət e- dəcəyəm".141
12
On ikinci Sual
İmam Hüseyn (ə) şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Sual:
İmam Hüseyn (ə) şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Cavab:
Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, Peyğəmbərlər və İmamlar adi
həyatlarında Allahın onlara bəxş etdiyi "elmi- qeyb"ə (qeyb aləminə) əsasən
davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman
və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam Peyğəmbəri Həzrət
Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən
Hənzələnin şəhid olacağını bilirdi amma ona döyüşə atılmağa icazı verdi. Bi
ilahi ədalətin tələbidir. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi.
Allahın izni olmadan "qeyb elmi" ilə bildiklərini gündəlik həyatda üzləşdiyi
məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də "qeybi elm"indən
istifadə etməz və buyurardı: "Mən buradakı sübut və dəlillər əsasında hökm
verirəm. Sizlərdən bəzisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının
malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu
bilsin".142 Həmçinin İmam Hüseyn (ə) da öz vəzifəsini yerinə yetirdi.
Qurani- kərimin Bəqərə surəsi, 195- ci ayəsində: "Öz əlinizlə özünüzü təhlükəyə
atmayın!" Əmri isə "lazımsız yerə özünüzü təhlükəyə atmayın!" deməkdir. Bu əmr
şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki
dinimizin "Cihad" adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq
üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf
sayılaraq, şəhidlik məqamına layiq görülür. Quranda şəhidlər haqqında zikr
olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi
əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin
cihada aid olmadığını söyləyə bilərik.
Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-
kərim, "özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə,
onlara qarşı çıxma"- deyə əmr etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz
vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə)
qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi.
Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni "özünüzü təhlükəyə atmayın;" yəni
"cihaddan qaçmayın" kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki
şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım
bilir.143
Bir çox Quran ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi
səadətlə müjdələnir.144 İmam Hüseyn (ə) da Allah- Taalanın əmrinə boyun əyib, öz
şəhadəti ilə ən ali səadətə nail oldu".145
Necə ki, Qurani- kərim buyurur: "Allah (cənnətin) əvəzinə möminlərin canını və
malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də
belələrindəndir). Bu Tövrat, İncil, və Quranda söylənilən haqqın vədidir. Kim öz
əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki,
13
On üçüncü Sual
Nə üçün İmam Hüseyn (ə) ailəsini özü ilə qiyama apardı?
Sual:
Nə üçün İmam Hüseyn (ə) ailəsini özü ilə qiyama apardı?
Cavab:
Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin
qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara
qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?
Bu sualın cavabını belə bəyan edirik:
1- İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu bildiyi üçün öz
ailəsini Mədinədə başsız qoymağa qorxdu. Ona görə ki, bu despot hökumət qadın və
uşaqları girov götürüb İmamı (ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin isə
qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla olursa- olsun beyət
almaq idi. Hətta əgər bu iş İmamın (ə) arvad- uşağını girov götürüb zindana
salmaqla belə mümkün olsaydı.
O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü azacıq mülayim insan olsa
da onun ətrafında olan Mərvan kimi canavarlar onu hər bir çirkinliyə vadar
edirdilər. Elə İmamın (ə) qiyamı ərəfələrində Əhli- beytə (ə) düşmənçiliklə
məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin olundu. O İmam Hüseynin (ə)
şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa İmam Hüseynə (ə)
əzadarlıq saxladıqlarına görə belə müraciət etdi: "Siz gərək yalnız Osman üçün
ağlayıb ona əza saxlayasınız. Hüseyn ibni Əliyə yas tutmaq əbəs bir
işdir".146Hətta o, İmamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni Haşimə aid
olan evləri xarabalığa çevirsinlər.147
Təbiidir ki, İmam Hüseyn (ə)
Belə bir şəxsin hakim olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə
qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də İmam (ə) məcbur
qalıb ona yaxın olan bütün qadın və uşaqları özü ilə apardı.
2- İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları Peyğəmbər (s) şəhəri
sayılan Mədinədə qoymamasının mənası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin
namuslu olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın hakimiyyət etdiyi
dövlətdən hər bir iyrənc iş gözləyir.
İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin dövlətinə böyük zərbə
sayılırdı. Ona görə ki, İmamın bu işi ilə hamının zehninə belə bir sual
gələcəkdi ki, nəyə görə İmam Hüseyn (ə) belə bir ağır səfərə qadın və uşaqlarını
da özü ilə apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və uşaqlarını belə
etibar edə bilmir?
3- Bəzi rəvayətlərə görə İmamın (ə) ailəsini özü ilə aparması Tanrı istəyi ilə
həyata keçdi. Uca Allah, o Həzrətin zalım hökumətə qarşı mübarizəyə qalxıb bu
müqəddəs yolda şəhid olmasını və bu yolda əzizlərinin, bacısının, həyat
yoldaşının oğul- qızlarının və başqa sevdiklərinin onun kənarında bütün
müsibətlərə qatlanmalarını istəmişdir. İmam Hüseyn (ə) Tanrının hər bir istəyinə
əməl etdiyi kimi bu istəyinə də yüksək səviyyədə əməl edib bütün Əhli- beytini
hətta yeni dünyaya gəlmiş körpəsini də özü ilə mübarizə yoluna apardı.
4- Hər bir qiyamın iki əsas ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın
yaranması və əbədi yaşamasında böyük rol oynayırlar. O ünsürlərin biri
fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə
çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər əhəmiyyət
daşıyırsa, digər ünsür də bu qədər əhəmiyyət daşıyır.
Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu
qiyamın fəlsəfəsini, Bəni- Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmam
Hüseynı (ə) tək qoymaqlarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar.
Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz
hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün
hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin
yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.
Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərdən
biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa
çatdırmaq olmuşdur.
Xatırladırıq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın düzgün cavabı
sayılır. Yəni, İmam Hüseynin (ə) ailəsini özü ilə aparmaqdan məqsədi onların
hökumət tərəfindən girov götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut
etmək, Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra onun
fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin etmək olmuşdur.
14
On dördüncü Sual
Nə üçün İmam Hüseyn möcüzə ilə düşmənini məhv etmədi?
Sual:
Nə üçün İmam Hüseyn möcüzə ilə düşmənini məhv etmədi?
Cavab:
Uca Tanrının insanları yaratmaqda məqsədi, onları imtahan etmək, sınaqdan əla
qiymətlə çıxanları mükafatlandıraraq onlara behişt və əbədi səadəti nəsib
etməkdir. Necə ki, Allah- taala Qurani- kərimdə buyurur: "Tanrı dünyanı və ölümü
yaratdı ki, sizi imtahan etsin və hansı birinizin daha yaxşı əməl sahibi
olduğunu yoxlasın..."148
Təbiidir ki, onlara haqq və batili, xeyir və şəri, dost və düşməni tanıtdırmış
lakin bunların seçimində insanları azad buraxmışdır. Rəbbimiz bu məsələni
Qurani- kərimdə belə bəyan edir: "Biz insanlara düzgün yolu göstərdik, onlar
Allaha şükr və küfr etsələr də, özləri öz yollarını seçmişlər".149
Deməli insan özüdür ki, öz yolunu təyin edir və seçimini seçir. Elə Tanrı bəşəri
yaratdığı gündən bəri də işin bu minvalla getməsini istəmiş, insanın öz
seçimində tam azad olması üçün bütün qeyri- təbii prosesləri aradan
qaldırmışdır. Məsələn, əgər Allah- taala bütün insanların onun göndərdiyi
Peyğəmbər və İmamlara itaət etməsini, Tanrı qarşısında baş əyib ibadət
etmələrini məcburi şəkildə də olsa belə ifadə etsəydi, məlumdur ki, bu iş İlahi
qüdrəti altında bir an içində baş verərdi. Çünki, uca Allah hər bir şeyə
qadirdir. Amma Allah- taala bu cür etməmiş, insanları ona ibadət və ya küfr
etməksə azad qoymuşdur. Elə bu səbəbə görə də, tarix boyu Peyğəmbər və İmamların
bütün buyurduqlarına əməl edib və əksər hallarda onların kənarında şəhid olanlar
da olmuş, onlara qarşı çıxıb qətlə yetirənlərdə tapılmışdır. Lakin Peyğəmbərlər
və İmamlar dini kütləvi şəkildə yaymaq üçün nə ardıcıl halda möcüzələrdən
istifafə etmiş və nə də öz canlarını qorumaq üçün qeyri- təbii vasitələrə əl
atmışlar. Əksinə onlar çox yüksək əxlaqla İlahi dini məntiqi surətdə xalqa
çatdırmış və bu yolda hər bir əziyyətə qatlanmışlar. Çox az hallarda xalqın
onların İlahi tərəfdən göndərilmələrinə xatircəm olmaları üçün möcüzə göstərir,
və bu işi yalnız zəruri hallarda Tanrının izni ilə yerinə yetirirdilər. Çünki,
uca Allah möcüzələrin zərurət miqdarını keçdiyi zaman insanların qorxu üzündən
dinə üz gətirmələrini bildiyi üçün bu işin onların sınaq məqsədi ilə yaranmasına
zidd olduğunu nəzərə alaraq buna icazə vermirdi. Sözsüz ki, əgər İmam Hüseynə
(ə) Aşura günü Yezidin qoşununu möcüzə ilə məhv etməyə Tanrı tərəfindən hər
hansı bir göstəriş olsaydı, o bu işi görərdi. Amma Allah- taala İmam Hüseynin
(ə) təbii şəkildə zalımlara qarşı mübarizə aparmasına və bu yolda şəhid olmasına
əmr etdi. Aləmlərin rəbbi, Həzrət Məhəmməd Peyğəmbərin (s) gətirdiyi müqəddəs
İslam dininin Bəni- Üməyyənin çirkin əməlləri nəticəsində sarsıldıqdan sonra,
İmam Hüseynnin (ə) qanı ilə yenidən dirçəlməsini tələb etdi. Və bu yolu bütün
bəşəriyyətə örnək qərar verdi. Elə bu səbəbə görə də bəzi rəvayətlərə əsasən,
Aşura günü İmam Hüseynə (ə) qeybi qüvvələr tərəfindən kömək təklif olunanda İmam
(ə) qəbul etmir. O, təbii olaraq yalnız insanları Tanrı uğrunda düşmənlərə qarşı
köməyəçağırır: "Bir kəs varmı ki, mənə Allah yolunda kömək etsin?"150
15
On beşinci Sual
Kərbəla qiyamında qadınların nə kimi rolu olmuşdur?
Sual:
Kərbəla qiyamında qadınların nə kimi rolu olmuşdur?
Cavab:
Məhəmməd Peyğəmbərin (s) gəlişi ilə cəmiyyətdə tam insani hüquqlu şəxsiyyətə
çevrilən qadınlar daim İslam dininin inkişafı və müdafiəsi yolunda özünəməxsus
əhəmiyyətli rol oynayaraq, böyük nüfuz qüvvəsinə malik olmuşdur. Biz İslam
tarixini diqqətlə izlədikdə, bu dinin yarandığı gündən etibarən Həzrət Xədicə
(ə) kimi namuslu, cəsur qadınların tərəfindən maddi və mənəvi cəhətdən mühafizə
olunaraq, dəstəkləndiyinin şahidi oluruq. O, bütün var- dövlətini İslam dininin
qorunması və inkişafı yolunda xərcləməklə yanaşı sevimli Peyğəmbərimizi (s) ən
böhranlı vaxtlarda belə tərk etmədi. Böyük mal- mülkə sahib, zəngin bir xanım
olan Xədicənin (ə) bütün sərvətini İslam yolunda sərf edərək, sonda isə
müşriklərin yaratdığı iqtisadi blokadanın nəticəsində aclıq ucbatından dünyasını
dəyişməsi də, möhtəşəm qadın fədakarlığının möhtəşəm nümunəsidir.151 Həmçinin
Həzrət Fatimə (s) kimi dəyərli xanımların atasının və yaxınlarının qürbətinə,
ayrılığına dözməklə bərabər, İslam yolunda öz vətənindən belə köçüb, yad
şəhərlərə hicrət etməsi, onun simasında müsəlman qadınının əzmindən xəbər
verir.152
Təsadüfi deyildir ki, Əmmar Yasirin (ə) anası Süməyyə düşmənlərin ən ağır
işcəncələrinə dözərək əqidəsindən, imanından dönməmiş elə buna görə də,
müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki, o, İslam
dünyasının ilk şəhidi sayılır.153
Peyğəmbərin (s) dövründə müharibələrdə döyüşçülərə qulluq edən, onların
qayğısına qalan müsəlman qadınlar bundan əlavə hətta ən çətin anlarda da, döyüş
meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir ləqəbli Nəsibənin Ühüd
döyüşündə, Həmzənin bacısı Səfiyyənin Xəndək döyüşündə düşmənə qarşı vuruşaraq
göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt vəd etməsi də buna
misal ola bilər.154
Müsəlman xanımlar öz atalarını, ərlərini, qardaşlarını və övladlarını
Peyğəmbərin (s) düşmənlərilə mübarizəyə həvəsləndirməklə birgə, onların şəhid
olduğunu eşitdikdə də, daim qürur hissi ilə yüksək səbr və dözüm nümayiş
etdirmişlər. Ühüd döyüşündə qardaşının, dayısının və ərinin şəhid olduğunu
eşidən Himmə binti Cəhişin vüqarla "hamımız Allah tərəfindən yaranmışıq və
hamımız ona doğru geri dönəcəyik" deyə, söyləməsi, müsəlman qadının hər şeyə
qadir olduğuna bir örnək sayıla bilər.155
Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi ardıcıllıqla gedişini
izlədikdə, onun hər dəqiqəsində ləyaqətli müsəlman xanımının da öz rolu olduğunu
anlayarıq. Belə ki, İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas olan
xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında kamil şəkildə görürük.
Qiyamın əvvəlindən etibarən bir çox müsəlman qadınlar İmam Hüseynə (ə) kömək
etmək üçün öz səylərini göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə
olunaraq, özünəməxsus təsir gücünə malik olmuşdur:156
1- Elçilərə himayəkarlıq etdilər
Bəzi qadınlar ağır şəraitdə, düşmən nəzarətinin ən güclü və təhlükəli olduğu
mühitdə İmam Hüseynə (ə), onun tərəfdarlarına öz himayələrini əsirgəməmiş, böyük
rəşadətlə onları müdafiə etmişdir. Kərbəla qiyamında, Tuə kimi xanımın İmamın
(ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz evində pənah verdiyini,
düşmənlərdən gizləyərək, qoruduğunun şahidi oluruq.157 Bir halda ki, Həzrət
Hüseyni (ə) on səkkiz min məktubla Kufəyə dəvət edən Kufəlilər Müslim ibn Əqili
şəhər küçələrində, ibn Ziyadın qoşununun təqibi altında yalnız buraxaraq, onu
tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə əhli hətta evlərinin qapısını da
bağlamışdılar. Amma Tuə adlı bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq, onu
öz evində gizlətdi. Və İmanın qorxuya üstün olduğunu sübut etdi.
2- Dəyərli məsləhətlər verdilər
Bir çox qadınlar Həzrət Hüseynin (ə) dəvətini qəbul etmək üçün tərəddüd edən
ərlərini İmama (ə) qoşulmağa meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər
verirdilər.
Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin məhz həyat yoldaşı Dilhəm
binti Əmrin məsləhəti sayəsində haqqın yolunu taparaq, İmam Hüseynə (ə)
qoşuldu.158
Züheyr ibn Tin İmamın (ə) tərəfdarı kimi tanınmırdı. O, hətta Həzrət Hüseynin
(ə) onu dəvət etmək üçün göndərdiyi elçiyə də, rədd cavabı verdi. Amma, belə
olduqda arvadı Dilhəm, Züheyrə: "Sübhanəllah! Sən Peyğəmbər övladının dəvətini
qəbul etmirsən? Utanmırsan? Heç olmazsa get, səninlə nə işi olduğunu öyrən!-
dedi. Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən Züheyr ibn Tin
İmamın (ə) yanına gedib, onunla görüşdü. Sonra isə Dilhəmin yanına qayıdaraq,
Hüseynə (ə) qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə aparacağını
söylədi. Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi üçün qorxurdu. Dilhəm
isə öz növbəsində ərinə dedi: "Züheyr get! Allah sənə kömək olsun. Əgər şəhid
olsan, Allahın izni ilə qiyamət günü Peyğəmbərin (s) və Hüseynin (ə) kənarında
mənə şəfaət tələb edərsən".
Belə olduqda Züheyr İmamın (ə) yanına qayıtdı. Və Aşura günü igidlik nümayiş
etdirdikdən sonta, şəhid oldu.
Həbib ibn Məzahir də, İmam Hüseynin (ə) çağırış məktubunu alarkən, xanımı ona
dedi: "Həbib, səni and verirəm Allaha ki, ağamız Hüseynə (ə) kömək etmək üçün
səhlənkarlıq etmə!"159
Həbib ibn Məzahir isə onu sınamaq məqsədilə belə söylədi: "Mən necə Kərbəlaya
gedim ki, qorxuram övladlarım yetim qala?" Amma Həbibin həyat yoldaşı cavabında
dedi: "Sən Allahın Rəsulu Məhəmmədin (s) Hüseyn ibn Əli (ə) barəsində buyurdu:
"Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridir". Kəlamını
eşitməmisənmi? İndi isə nə üçün Peyğəmbər övladının köməyinə tələsmirsən? Ey
Həbib, get və İmam Hüseyni (ə) görsən, mənim əvəzimdə də, onun əllərini,
ayaqlarını öpərsən. Salamımı ona yetirərsən".
3- Mənəvi dayaq oldular
Səsur müsəlman qadınları Kərbəlada öz ərlərini döyüşə atılmağa həvəsləndirir,
onlara mənəvi dayaq olurdular.
Müslim ibn Ovsəcənin160 Ümm Xələf adlı161 arvadı ərinin şəhid olduğunu öz
gözləriylə seyr etdikdən sonra, oğlu Xələfi döyüş meydanına göndərdi. Amma İmam
Hüseyn (ə) Xələfin anasının kimsəsiz qalmaması üçün düdi: "Ey cavan! Atan
igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan, anan Qmm Xələf köməksiz qalar və
bu azğın səhrada kimə pənah aparar?" İmamın (ə) söylədiklərini diqqətlə dinləyə
Xələf ibn Müslim azca tərəddüd edərək, geriyə anasının yanına qayıtdı. Lakin
rəşadətli, cəsur qadın olan Ümm Xələf oğluna belə əmr etdi: "Oğlum, döyüşə
getməsən, Peyğəmbərin övladı Hüseynə (ə) kömək edərək, düşmənlərinə qarşı
vuruşmasan həyatın boyu səndən razı olmayacağam!"
Xələf anasının əmrilə ruhlanaraq döyüşə atıldı və şəhid oldu.
Əmr ibn Cünadənin anası Bəhriyyə xanım162 da əri Cünadə ibn Kəəb Ənsarinin
düşmən tərəfindən qətlə yetirildiyini gördükdən sonra on bir yaşlı oğlunu
vuruşmaq üçün göndərdi. İmam Hüseynin (ə) gözləri Əmr ibn Cünadəyə sataşdıqda,
ona buyurdu: "Bu cavanın atası indicə şəhid oldu. Onun da, vuruşub şəhid olması
anası üçün ağır bir dərd olar." Amma Əmr ibn Cünadə İmama belə dedi: "Ey
Peyğəmbərin övladı anam özü mənə döyüşməyə əmr etdi". Belə olduqda Həzrət Hüseyn
(ə) Əmrə döyüşmən üçün icazə verdi və o, qəhrəmanlıqla şəhid oldu.
4- Səbir və dözüm dərsi verdilər
Kərbəlada müsəlman qadınları yüksək əzm və dözüm nümayiş etdirərək bütün
azadələrə ibrət dərsi oldular.
Vəhər ibn Abdullah Xəbab Kəlbinin anası163 ərinin ardınca oğlunun da şəhid
olduğunu izlədiyi zaman, daşürəkli düşmən qoşunu oğlunun kəsilmiş başını
götürüb, vüqarla düşmənə doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi:
"Biz Allah yolunda verdiklərimiz qurbanları geri almırıq!"
5- Əhli- beyti himayə etdilər
Vəfalı mömin qadınlar, ən ağır acınacaqlı hallarda belə İmam Hüseynin (ə)
ailəsini tənha qoymayaraq, onları tərk etmədilər. Özlərinin sığınmağa pənahgahı
olduqları halda da, Əhli- beytlə (ə) birlikdə əsirliyə qatlanaraq, çoxlu əzab-
əziyyətə dözdülər. şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi öz
tərəfdarlarını bir yerə toplayaraq, şəhid olacaqlarını, arva- uşaqlarının əsir
düşəcəyini xəbər verdi. Elə buna görə də, əshabına öz ailələrini yaxınlıqda
məskunlaşan Bəni- Əsəd qəbiləsinə apararaq, onlara tapşırmalarını təklif etdi.
Əli ibn Məzahir164 bunu eşitdikdə ayağa qalxıb xeyməsinə, öz ailəsinin yanına
getdi və İmamın təklifini ona söylədi. Amma bunu eşidən həyat yoldaşı elə
həyacanlandı ki, başını xeymənin dirəyinə vuraraq dedi: "Sən necə rəva bilirsən
ki, Peyğəmbərin (s) övladlarını göz yaşları içində, əsir tutaraq əzab verə- verə
aparsınlar, amma sənin ailən Bəni- Əsəd qəbiləsinin pənahında rahat yaşasın? Sən
necə qıyırsan ki, Peyğəmbərin (s) ailəsini qarət etsinlər amma mən onları tənha
qoyaraq Bəni- Əsəd qəbiləsinin xeyməsində vicdanımın mühakiməsindən qaçaraq,
asudə ömür sürüm? Necə olar bilər ki, sən İmam Hüseynə (ə) kömək edib, qiyamət
günü Peyğəmbərin (s) hüzurunda üzü ağ olasan, lakin mən yalnız özümü düşünərək,
onun ailəsini bu dəhşətli günlərdə tənha qoyub, Həzrət Fatimənin (s) yanında
üzüqara olum? Allaha and olsun ki, mən Əhli- beyt (ə) xanımlarını köməksiz
qoymayacağam! Mən heç bir yerə getməyəcəyəm".
6- Cihad etdilər
Aşura günü qadınlar özləri də, böyük cəsarətlə əlinə silah alıb döyüşə
qatıldılar. Ümm Vəhəb165 (Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası) xeymənin
dirəyini yerindən çıxardaraq, düşmən qoşununa hücum etdi. İki nəfəri öldürdükdən
sonra, İmam Hüseynin (ə) əmrilə geriyə döndü. Əzra (Adı çəkilən Vəhəbin həyat
yoldaşı), Bəhriyyə binti Məsud Xəzrəci (Əmir ibn Cünadənin anası) və Abdullah
ibn Ümeyrin anası da,166 xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı.
Ancaq İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri verməsilə geri döndülər.
7- Şəhid oldular
Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan ərlərinə, qardaşlarına
və övladlarına döyüşün ən böhranlı, dəhşətli anlarında belə yaxından dəstək
oldular. Hətta onların bəzisi bu yolda şəhadət mərtəbəsinə də yüksəldilər.
Ümm Vəhəb (Abdullah ibn Ümeyr Kəlbinin həyat yoldaşı) ərinin yaralı bədəninin
cansız şəkildə savaş meydanına düşdüyünü gördükdə, yanına gedərək, onu ağuşuna
aldı. O, göz yaşları içində deyirdi: "Behişt sənə halal olsun! Mən Allahdan
sənin məqamını ən ali dərəcədə ucaltmasını və məni də sənə qovuşdurmasını
diləyirəm". Elə bu zaman Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını çəkərək onu
qətlə yetirdi. O Kərbəlada şəhid olan ilk qadındır.167
Həmçinin Haniyə və Müsim ibn Əqilin qızı Atikə də düşmən tərəfindən Aşura günü
amansızcasına öldürüldü.168
8- Cinayətkarlara etiraz etdilər
Kərbəla cinayətkarlarından bəzilərinin arvadları öz ərlərinin insaniyyətdən uzaq
mənfur əməllərinə qarşı etiraz edərək, onları kəskin çıxışları ilə tənqid
etdilər. Bu bir halda baş verirdi ki, Hüseynin (ə) qatilləri dırnaqarası
qələbəsini təntənə ilə qeyd edirdi. Hər an onların qəzəblənərək, etiraz edən
şəxsləri öldürmək qorxusu var idi. Yezid ibn Müaviyənin arvadı Hind binti
Abdullah ibn Amir onun cinayətlərinə etiraz edərək dedi: "Ey Yezid, Allah sənə
lənət etsin. Sən artıq mənim ərim deyilsən. Vay olsun sənə! Qiyamət günü nə üzlə
Allahın və Peyğəmbərin (s) qarşısında dayanacaqsan?"169
Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını ibn Ziyada aparan şəxsin)
arvadları Əyyuf və Nivar da ona etiraz edərək arxa çevirdilər. Və bir daha heç
vaxt onunla danışmadılar.170
Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər ibn Sədin qoşununun
namərd əməllərini gördükdə qeyrəti cuşa gəldi. O, qılıncını çəkərək Şümrün
qoşununda yer alan qəbilə kişilərinə dedi: "Ey Bəkr ibn Vail qəbiləsi! Nə üçün
sakitcə durub, Peyğəmbərin (s) ailəsinin xeymələrinin qarət edilib,
yandırılmasına tamaşa edirsiniz? Kişiliyiniz və qeyrətiniz yoxdurmu?" Amma onun
qəbiləsinin üzvləri qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar.171
9- Kərbəla şəhidlərini dəfn etdilər
Aşura vaqiəsindən sonra Bəni- Əsəd qəbiləsinin qadınları Əhli- beyt xanımlarına
mənəvi dayaq olmaq üçün Kərbəlaya gəldilər. Onlar şəhid olmuş şəxslərin
bədənlərinin dəfn olunmadığını görüb, qəzəbli halda ərlərinin yanına qayıdaraq
belə söylədilər: "Siz Hüseynə (ə) kömək etmədiyinizə görə Allah- Taalanın
hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey bədbəxtlər, heç olmasa qalxın,
şəhidlərin doğranmış bədənlərini dəfn edin".
Bunu eşidən Bəni- Əsəd qəbiləsinin kişiləri xəcalət çəkərək, utandılar. Və
Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola düşdülər.172
Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə qadın əzəmətinin və
iqtidarının müqəddəsliyini sübut etməklə yanaşı, haqla batilin savaşı sayılan
Kərbəla qiyamına hər kəsin məsuliyyətlə yanaşmalı olduğunun vacibliyini
anlatdılar.
16
On altıncı Sual
Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi?
Sual:
Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi?
Cavab:
Bu sualın mənşəyi bəzi azsaylı kitablarda yazılmış bir sıra mətləblərlə sıx
bağlıdır. Bu kitablarda "Aşura müsibətindən sonra Yezidin İmam Hüseyni (ə)
öldürməyə əmr etmədiyini, o Həzrətin (ə) şəhadətinə görə təəssüf hissi keçirib,
ağlayaraq ibn Ziyadın özbaşınalıq etdiyini bildirərək, onu lənətləməsi"
yazılmışdır. İndi isə bir neçə nöqtəyə diqqət edək:
1- Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və mütəfəkkirləri "İmam
Hüseyni (ə) qətlə yetirməyin" Yezidin birbaşa öz əmri olduğunu və onun
görünməmiş səbirsizliklə buna israr etdiyini yazmışlar.173
2- Yezidin, ibn Ziyadı Kufə şəhərinə vali təyin etməsi,174 Hüseynlə (ə) bağlı
bütün işlərdə birbaşa onun özü ilə məşvərət etməsinə dair göstərişi,175 Mədinə
valisi Vəlidə məktub yazaraq; "ya beyət al, ya da onu tez öldür!"- deyə tapşırıq
verməsi,176 Məkkədə belə onu terror etməyə çalışması,177 İbn Ziyada, "Kərbəlada
işi uzatma, onu öldür!" məzmunlu məktub yazması,178 Şimr ibn Zilcövşəni oraya
göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid tərəfindən
planlaşdırıdığına danılmaz bir sübutdur.
İbn Abbasın Yezidin məktubuna yazdığı cavabda da, buna təkid olunub: "Elə
bilirsən ki, sənin Hüseyni (ə) və Əbdülmüttəlib cavanlarını şəhid etdirdiyini
unutmuşam?! Hər nəyi unutsam da, Hüseyni (ə) Peyğəmbərin (s) hərəmindən
uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, oradan da, hiylə və
məkrlə Kufəyə tərəf səfər etməyə sövq etdiyini unutmamışam. Sonra isə
"Mərcanənin oğlun"a (İbn Ziyada) dəfələrlə məktub yazaraq Hüseynlə müzakirəni
uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, ibn Ziyad Hüseyni (ə)
və Əbdülmüttəlib cavanlarını öldürdü. Halbu ki, onlar Peyğəmbərin (s) pak Əhli-
beyti (ə) olaraq, Allah tərəfindən hər cür çirkinlik və pislikdən uzaq
olmuşlar".179
Unutmayaq ki, Abdullah ibn Ziyadın özü də bunu təsdiqləyirdi.180
Yezidin oğlu Müaviyə bu barədə deyir: "Atam, Peyğəmbərin (s) Əhli- beytini (ə)
şəhid etdi, onlara ehtiramsızlıq göstərdi..."181
3- İmam Hüseynin (ə) kəsilmiş başını Yezidə verdikdə, o şadlıq edərək, bu işin
şərəfinə böyük bir ziyafət təşkil verdi. Orada İmamın başını ortaya qoyaraq,
əlindəki dəmir çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə
şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi.182 O, İmam Hüseynin (ə)
başını üç gün dar ağacında saxladı.183
4- Yezid necə tövbə edə bilər ki, heç vaxt İmam Hüseyni (ə) öldürdüyü üçün ibn
Ziyadı cəzalandırmadı, əksinə ona yüksək bəxşişlər, ənamlar hədiyyə etdi.
Aşura müsibətindən sonra ibn Ziyad, Yezidin yanında daha da hörmətli və sevimli
oldu. O, Yezidin şəxsi eyş- nuş və kef məclislərinin ən əziz qonağı sayıldı. Və
Yezid ölənə qədər ibn Ziyad Kufə, Bəsrə valisi vəzifəsində qaldı.184
Təbəri və digər tarixçilər yazırlar: "Hüseynin (ə) başını Yezidin sarayına
gətirdikdə, Yəhya ibn Həkəm iki beyt şer oxuyaraq ibn Ziyadı bu işinə görə
tənqid etdi. Yezid əsəbiləşərək onun sinəsinə zərbə ilə bir yumruq vurub dedi:
"Sakit ol! Onunla işin olmasın!"185 O, hətta ibn Ziyada ibn Zübeyrin mədinədə
ki, qiyamını yatırtmaq üçün ona kömək etməyə əmr etdi.186 Tövbə etmək isə onun
heç xəyalına gəlmirdi.
5- Əvvəldə söylədiyimiz kimi Yezid dinsiz və imansız şəxs idi. Onun qurduğu
şərab məclisləri, ağılasığmaz əxlaqsız hərəkərləri və söylədiyi şerlər də, bunu
yetirir.187 İmam Hüseyni (ə) şəhid etdikdən sonra Məkkə üsyanını amansızca
yatırması,188 Mədinə əhalisini qətlə yetirmək, namuslarını üç gün öz əsgərlərinə
halal etməsi189 və bu kimi digər insanlıqdan uzaq hərəkətləri də buna sübutdur.
Günahsız insanları qətlə yetirmək onun üçün sanki bir "əyləncə" xarakteri
daşıyırdı. Təbiidir ki, daim eyş- işrətə məşğul olan Yezid tövbə haqqında
fikirləşmək belə istəmirdi.
6- Yezidin zahirdə İmam Hüseynin şəhid olmasına təəssüflənməsi və ibn Ziyadı
lənətləməsinin tək bir səbəbi vardır. Aşura hadisəsindən sonra Mədinə, Məkkə,
Kufə, Bəsrə və hətta Şam şəhəri də. Yezidə nifrət etməyə başladı.190
Hər bir yerdə əzadarlıq mərasimləri quruldu. Hətta Yezidin öz sarayında belə ən
yaxın adamları, həmçinin səhabələr və xarici səfirlər də, ona şiddətli şəkildə
çəkinmədən, öz etirazlarını bildirdilər. Çoxsaylı saray adamları Yezidin
qəzəbinə və sərvətinə azacıq da olsa belə etina etmədən, ondan üz çevirib
getdilər.191
İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) və bibisi zeynəbin (ə) ona baş əyməməsi,
böyük cəsarət və şücaət göstərərək Yezidə etiraz etmələri, onun saxta qürurunu
sındırdı. O, artıq rüsvay olduğunu anladı. Vəziyyətdən çıxış yolunu "siyasi
qaçış" metodunu işə salmaqda gördü. "Mənim bu hadisədən xəbərim yoxdur, ibn
Ziyad özbaşınalıq edib"- deyə, özünü təmizə çıxarmaq istədi. Amma onun bu
hiyləsi də, baş tutmadı.
Doktor Taha Hüseyn (Misirli mütəfəkkir) yazır: "Bəzi şəxslər elə güman edirlər
ki, Yezid İmam Hüseyni (ə) belə faciəli şəkildə şəhid etdikdən sonra peşman
olaraq tövbə etdi. Və özünün belə fərman vermədiyini söyləyərək, ibn Ziyadın
özbaşınalıq etdiyini, yalnız onun günahkar olduğunu demişdir. Maraqlıdır, əgər
belədirsə, nə üçün Yezid azacıq da olsa ibn Ziyadı cəzalandırmadı? Nə üçün onu
vali vəzifəsindən uzaqlaşdırmadı?"192
17
On yeddinci Sual
Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?
Sual:
Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?
Cavab:
Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardı
ki, biz onlardan yalnız bir neçəsini nəzərinizəçatdırırıq:
1- Məhəbbət
Qurani- kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd Peyğəmbərin Əhli- beytini
(ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir.
Şura surəsi, 23- cü ayədə buyurulur: "(Ya Məhəmməd) de ki, Əhli- beytimə
məhəbbət və sevginizdən başqa sizdən heç bir şey istəmirəm!"
Və həmçinin Peyğəmbərimiz (s) buyurur: "Hüseyn məndən və mən də Hüseyndənəm. Hər
kəs Hüseyni sevsə məni sevmiş olur".193
Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq
dotluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri
də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü və kədərli olduğu
vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir.194 Elə buna görə də,
hədislərdə Əhli- beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə
qüssələnməyə təkid edilmişdir. Həzrət Əli (ə) buyurur: "Bizim dostlarımız
fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar.195
Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi
və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda- qanunlarından
sayılır.
2- Mənəvi tərbiyə
Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mənəvi
xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa
açıqlamaqla "nümunəvi insana" xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və
ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq
mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin
halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. Və İmam Hüseyndən
(ə) ilham alaraq fərdi və ictimai həyatında mənəvi islahata sarı meyllidir. Necə
ki, İmam Sadiq (ə) buyurur: "İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də,
ibrət deməkdir".196
Gördüyünüz kimi, hal- hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur,
olduğu kimi qeyd edildikdə. Yalnız insani hisslərin cəmiyyətimizdə
formalaşmasına və mənəvi dəyərlərin hakim olmasına xidmət göstərir.
Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir
qətrə göz yaşına behişt vəd edilmişdir.197 Peyğəmbərlə (s) birgə cihad etmək
kimi dəyərli məqamla bərabər tutulmuşdur.198
Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz
şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq, daxilimizdəki mənəvi
boşluğun hökm sürdüyü biz zamanda, onlara necə də ehtiyaclı olduğumuzu gözəl
anlayırıq.
3- İlahi xatirəni əbədiləşdirmək
Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin
izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi
insanları Allahı yad etməyə, ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri
unutmamaq, onları həmişə diri saxlamaq Qurani- kərimdə vacib edilmişdir. "Hər
kəs İlahi şüarlarını deirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin)
təqvasından xəbər verir". (Həcc surəsi, ayə 32).
Unutmayaq ki, mərhəmət və izzət sahibi uca Tanrı, onun yolunda sidq ürəklə
candan keçməyə hazır olan şəxsləri "özünün sadiq dostları" adladıraraq onların
xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl
(ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə
çevrildi. Artıq min illərdir ki, "qurbanlıq bayramı" bütün dünya müsəlmanları
tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün
yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Deməli Aşura
mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu İlahi xatirəni əbədiləşdirmək,
hər müsəlmanın borcudur.
4- Milli- mənəvi dəyərlərimizin qorunması
Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük təsir göstərir.
Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu
gün o hadisəni yad etmək və diri saxlamala, həmin nəticəyə yetişmək olar.
Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından
keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri
saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik.
Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir.
Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş
şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. biz
də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız
olan Qurani- kərim uğrunda canından və hətta Əhli- əyalından belə keçən
şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.
18
On səkkizinci Sual
İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?
Sual:
İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?
Cavab:
Həzrət İmam Hüseynin (ə) qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır.
Onlardan bir neçəsinə işarə edirik:
1- Bildiyimiz kimi Əhli- beytə (ə) olan sevgi və məhəbbət Qurani- kərimdə vacib
sayılmışdır.199 Bundan əlavə əziz Peyğəmbərimiz (s) "Hər kəs Hüseyni (ə) sevsə
məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur".200 Və buna oxşar
buyurduqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə aparan yol,
eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi məhəbbətdir.
2. Allah dostlarını unutmamaq, İlahi şüarlarını daim yaşatmaq hər bir müsəlmanın
borcudur. Necə ki, Qurani- kərim buyurur: "Hər kəs İlahi şüarlarını dirçəltsə
şübhəsiz ki, bu qəlblərin və onun qəlbinin təqvasından xəbər verir".201
İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, şəhadət və izzət simvolu
olaraq, müsəlmanların ziyarətgahına çevrilmişdir.
3. Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda özünü qurban vermiş İmam
Hüseynin (ə) ziyarətinə gedərək onu Allaha vasitə qərar verir, dua və
istəklərinin qəbul edilməsində yardım etməsini diləyirlər.
Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa tapmış və neçə- neçə
çətinliklərlə üzləşmiş şəxslərin müşkilləri həll olmuşdur. Belə ki, Qurani-
kərim də duanın tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti olan
şəxsləri, vasitə etməyi məsləhət görmüşdür. Necə ki, Maidə surəsi, 35- ci ayədə
buyrulur: "Allaha yaxınlaşmaq üçün vasitə axtarın".
4- İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz kövrəlir, səmavi hisslərlə
dolur və etdiyimiz bir çox pis əməllərimizə görə peşman oluruq. Allahın sevimli
dostlarının ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı bizi
düşünməyə və tövbə etməyə vadar edərək, sanki çirkinliklərdən yuyub təmizləyir.
Xoş duyğular, səmavi hisslər insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu
ab- havası bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla ziyarətinə
gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, tövbə etməyən bir müsəlman
tapmaq çox çətindir. Həzrət İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını
ziyarət etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq hərəkətlər
etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla ziyarəti həyatımızda Allaha dönüş
nöqtəsi olaraq "hidayət edici" rolunu oynayır.
Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman bizə, "sən
Kərbəlayisən, bu sənə yaraşmaz!"- deyə müraciət olunur. Biz isə əməlimiz
barəsində düşünür çox vaxt nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı
buraxaraq işimizin doğru olub- olmadığı barədə tərəddüd edirik.
Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: "Kərbəla müsəlmanlar üçün
ibrət və qayıdış (tövbə) məkanı, qeyri- müsəlmanlar üçün isə adi səyahət
yeridir. Amma əsl həqiqətdə belə müqəddəs torpaq mənəviyyatdan azca anlayışı
olan hər insan övladının ziyarətgahına və onunla bərabər tövbə məkanına
çevrilməlidir".202
19
On doqquzuncu Sual
Aşura qiyamının nəticəsi nə oldu?
Sual:
Aşura qiyamının nəticəsi nə oldu?
Cavab:
İmam Hüseyn (ə) zalım hökumətə qarşı məlum səbəblər üzündən qiyam edərək öz ailə
və əshabı ilə birlikdə şəhadət məqamına nail oldu. Lakin bu məğlubiyyət demək
deyildi: Çünki İmam Hüseynin (ə) qiyamı müsəlmanların ayılması, İslamın yenidən
dirçəlməsi və bu kimi böyük səmərələrlə nəticələndi. Və biz o səmərələrin bir
neçəsini nəzərinizə çatdırırıq:
1). Bəni- Üməyyə dövlətinin rüsvay olması
Bəni- Üməyyə hakimləri müxtəlif metodlarla öz hökumətlərini dini göstərməyə
çalışıb və bu hədəf yolunda öz şənlərinə hədislər qondarıb, şerlər yazdırsalar
da, Aşura faciəsi onların iç üzünü açıb xalqın arasında rüsvay etdi.
Yezidin qoşununun Aşura günü suyun qabağını bağlaması, uşaqları öldürüb
qadınları əsir götürməsi, İmamın (ə) başını kəsib mübarək cəsədinin üstündə at
çapması və bu kimi namərd hərəkətləri mövcud hakimiyyətin dinsiz- imansız
olduğunu sübut etdi. Mücahid, o günləri görən bir şəxs kimi deyir: "Allaha and
olsun ki, bütün camaat Yezidə nifrət hissi ilə lənət göndərirdilər".203
Yezidin Aşura hadisəsindən sonra olan qüruru və sevinci çox çəkmədi. O, xalqın
İmam Hüseyni (ə) öldürdüyü üçün ona qarşı olan nifrət və qəzəbini yaxından hiss
etməyə başladı. Xalqın ona qarşı olan ikrahına dözə bilməyən Yezid, İmamın (ə)
ölümünü Kufənin hakimi Ubeydullah ibn Ziyadın boynuna atdı.
Tarixçilər bu barədə yazır:
Yezid Aşura hadisəsindən sonra sevinclə Ubeydullahı Dəməşqə dəvət edib ona çoxlu
ənamlar bəxş etdi. Onu öz yanında əyləşdirib dərəcəsini yuxarı qaldırdı. Sonra
onu öz hərəmsərasına aparıb birlikdə qadınlarla əyyaşlığa məşğul oldular...204
Amma xalqın kütləvi şəkildə ona qarşı çıxmasını gördükdə dözə bilməyib İmam
Hüseynin (ə) qətlini Ubeydullahın üstünə atdı. Və bu məğlubiyyəti öz üzərindən
götürmək üçün əlindən gələni etdi.
İbni Əsir yazır:
"İmam Hüseynin (ə) kəsilmiş başını Yezidin yanına gətirdilər. Yezid bu vəziyyəti
gördükdə şad oldu. Və Ubeydullahı tərifləyərək onu mükafatlandırdı. Lakin çox
keçmədi ki, Yezidə camaatın qəzəblənməsini, söyüş və lənət göndərməsini xəbər
verdilər. Bu üzdən Yezid İmam Hüseyni (ə) öldürməkdən peşman olub deyirdi:
"Allah Mərcanənin oğluna (Ubeydullaha) lənət etsin!... O Hüseyni (ə) qətlə
yetirməklə camaatın mənə qarşı çıxmasına səbəb oldu. İndi xalq məni lənətləyir
və məni özlərinə düşmən bilirlər. Mərcanənin oğlu mənim başımı bəlaya saldı.
Əgər bilsəydim Hüseyni (ə) öldürtdürdüyümə görə lənətlənəcəyəm heç vaxt onu
öldürtdürməzdim".205 Həmçinin Yezid əvvəllər Aşurada əsir düşmüş uşaq və
qadınlara qarşı təkəbbürlə rəftar etdi. Onların xarabalıqda məskunlaşdırılmasına
əmr etdi. Lakin az bir müddətdə xalqın etiraz səsi qalxdı. Yezid məcbur qalıb
əsirlərə qarşı öz rəftarını dəyişdi. Və onların istədikləri vaxt Mədinəyə
qayıtmalarına icazə verdi.206
İmadəddin Təbəri yazır: "Həzrət Zeynəb Yezidin yanına bir nəfər göndərdi ki,
onların əzadarlıq keçirmələrinə icazə verilsin. Yezid göstəriş verdi ki, əsirlər
"Darul- hicarə"yə aparılsın və orada istədikləri qədər ağlasınlar. Əsirlər yeddi
gün əza məclisi təşkil etdilər. Əza məclisinin təsiri altına düşən camaat hətta
Yezidin sarayına girib onu öldürmək fikrinə düşdülər".207
Yezid Aşura faciəsindən sonra dörd ildən çox yaşamadı, lakin insanların nifrət
və lənətini həmişəlik Bəni- Üməyyə üçün miras qoydu.
2). Şəhadət ruhiyəsinin dirçəlməsi
Şəhadət hər bir xalqın ən üstün mənəvi dəyərlərindən biri sayılır. Hər bir
millətin qüruru o millətin cavanlarının ölümdən qorxmaması və həmişə din, namus
və ölkəsi uğrunda şəhadətə hazır olmasıdır. Lakin İslam dinində şəhadət, bütün
məsləklərdən fərqli olaraq özünə məxsus bir məfhuma malikdir. İslamın şəhidə
bəslədiyi xüsusi rəğbəti Quran ayələri və hədislərdən daha yaxşı başa düşmək
olur. Qurani- kərim şəhidlər haqqında buyurur: "Allah yolunda şəhid olanlara ölü
deməyin. Onlar diridirlər, lakin siz bunu dərk edə bilmirsiniz".208
Başqa bir ayədə buyurur: "Allah yolunda şəhid olanlara ölü deməyin! Çünki onlar
diri və Tanrı yanında ruzidən bəhrələnirlər. Siz isə bunu dərk edə
bilmirsiniz".209
Gördüyünüz kimi Qurani- kərim şəhidlərin diri olmasına israr edib və bu
həqiqətin gərçəkliyini onların İlahi ruzisindən bəhrələnmələri ilə izah edir.
Necə ki, şəhidin savabı haqqında da, belə buyurur: "Hər kim Allah yolunda cihad
edib qalib gələ və ya şəhid ola biz ona çox böyük mükafat əta edərik".210
Məhəmməd Peyğəmbər (s) Quranın şəhidlər barəsində olan ayələrini belə şərh edir:
"Hər bir yaxşı əməldən, başqa bir üstün əməl vardır. Lakin şəhidlik məqamından
daha üstün yaxşı bir əməl yoxdur".211
Başqa bir rəvayətdə buyurur: "Heç bir qətrə Tanrı yanında şəhidin qanından düşən
qətrə qədər sevimli deyil".212
İslamın ilk yaranma tarixinə də baxdıqda yeni İslama iman gətirmiş müsəlmanların
Allah yolunda cihad etməyə və şəhid olmağa nə qədər həvəsli olmaqlarının şahidi
oluruq. Həzrət Əli (ə) İslam uğrunda şəhid olmaq barəsində belə buyurur: "Allaha
and olsun ki, mənim şəhadətə olan sevgim, körpə uşağın anasının südünə olan
sevgisindən daha güclüdür".213
Həzrət Əli (ə) həmişə şəhadət arzusu ilə yaşayıb və bu məqsədə yetişmək üçün
bütün cihadlarda ön cəbhədə qərar tuturdu. Hətta bir gün Ühüd döyüşündə çox
qəhrəmancasına döyüşdükdən sonra Həzrət Həmzənin və bir neçə səhabənin qana
bulaşmış cəsədlərini görüb qəm- qüssəyə batdı və Peyğəmbərin (s) yanına gəlib
narahat halda "mən nə vaxt şəhadət məqamına yetişəcəyəm?"- deyə söylədi.
Peyğəmbər (s) onun cavabında buyurdu: "Sənə müjdə verirəm ki, şəhid olacaqsan".
Həzrət bu sözləri eşidib sakitləşdi.214
Həmçinin, Xeysəmə və Səd ata- oğul idilər. Onlar Allah yolunda şəhadətə yetişmək
üçün səy edirdilər. Elə bunun üçün də cihada getmək söhbəti ortaya gələndə
onların hər biri özünün cəbhəyə getməsini, digərlərinin isə evdə ailənin başı
üstə qalmasını lazım bilirdi.
Səd atasına deyir: "Atacan! Əgər bilsəydim ki, behişt və əbədiyyət qarşıda
yoxdur, o zaman sənin döyüşə getməyini və özümün evdə qalmağımı tərcih verərdim.
Lakin neyləyim ki, Tanrı yolunda şəhid olub behiştə daxil olmaq istəyirəm".
Xeysəmə oğlunun cavabında deyir: "Oğlum! İcazə ver qoy mən cəbhəyə gedim, sən
isə evdə ailəyə başçılıq et".
Səd atasının təklifini qəbul etmək istəmir. Ata deyir: "Oğlum! Başqa çarə
yoxdur. Gərək ikimizdən biri cihada gedib, o birisi evdə qalıb şəhadət məqamına
yetişməkdən məhrum qalsın".
Bu zaman Səd atasına püşk atmağı təklif edir. Atası bu təkliflə razılaşır. Püşk,
Sədin cəbhəyə getməsi ilə nəticələnir.
Nəhayət Səd Peyğəmbərin (s) kənarında İlahi düşmənlərinə qarşı döyüşdə şəhadətə
yetişməklə öz arzusuna çatır.
Şəhadət eşqi ilə alışıb yanan ata, Məhəmməd Peyğəmbərin (s) hüzuruna gəlib ərz
etdi: "Ey Rəsulullah! Mən "Bədr" döyüşündə iştirak edib şəhid olmaq arzusunda
idim. Amma nə edim ki, püşk oğlumun adına çıxdı. Tanrı onu bu məqama layiq
gördü. Buna baxmayaraq mən də şəhadətə yetişmək arzusundaydım. Mən də bu ülvi
məqama yetişmək istəyirəm. Dünən gecə oğlumu yuxuda behişt bağlarının arasında
gördüm. O mənə deyirdi: "Ata! Bizim yanımıza gəl, behiştdə bizimlə ol. Tanrının
cənnətə aid verdiyi bütün vədələri haqdır". Allaha and olsun ki, cənnətə oğlumun
yanına getmək istəyirəm...
Ey Allahın Rəsulu (s)! Tanrıdan istə ki, mənə tezliklə şəhadət, behişt və Sədin
kənarında olmağı nəsib etsin".
Peyğəmbər (s) onun arzusunu Tanrıdan istəyir. Və Xəysəmə Ühüd döyüşündə al- qana
bulanıb şəhadət məqamına çatır.215
Şəhadət hissi ilə yaşayan müsəlmanlar Bəni- Üməyyə tayfasının hakimiyyətə
gəlməsilə bu müqəddəs hisslərini günbəgün əldən verməyə başladılar. Hətta iş o
yerə çatdı ki, camaat sakit və aram yaşayışlarını itirməmək üçün hər bir zülmün
və zalımın qarşısında sükut etməyə razı oldular. Bu vəziyyət Müaviyənin ömrünün
axırlarında öz son həddinə yetişmişdi. Həmişə dindar kimi tanınan kişilər və
habelə qəbilə şeyxləri dünyapərəst olmuş və öz vicdanlarını mal və sərvətə görə
satırdılar.
İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsi bu acınacaqlı vəziyyətin
dəyişməsinə səbəb oldu. İmam (ə) öz qiyamı ilə müsəlmanlara xatırlatdı ki,
İslamda dünyanı qazanmaq müqabilində vicdanın satılmasına icazə verilmir. İlahi
dinində zülmə qarşı döyüşüb ölmək şəhadət və mənəvi zirvəyə yetişmək, zülmü
qəbul edib yaşamaq isə alçalmaq və zəlillikdir.
İmam Hüseynin (ə) şəhadəti, şəhadət ruhiyyəsini müsəlmanların arasında yenidən
dirçəltdi. Aşura hadisəsi bütün azadlıq sevərlərə örnək dərsi oldu. Aşuradan
qabaq iyirmi il istibdadın qarşısında sakit qalmaq, Aşuradan sonra isə ardıcıl
qiyamların başlanması söylədiklərimizə bir daha aydınlıq gətirir.
Doğrudan da Kərbəla faciəsindən sonra müsəlmanların vicdanlarının oyanması,
Məhəmməd Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın və şəhadət kimi mənəvi
dəyərlərin yenidən dirçəlməsi bu qiyamın zəruri olmasına ən böyük dəlil sayılır.
3). Bən- Üməyyənin əleyhinə qiyamlar
Aşura vaqiəsindən sonra Bəni- Üməyyənin əleyhinə ardıcıl şəkildə qiyamlar, bu
vaqiənin əsas nəticələrindən biri kimi sayılır. Ona görə ki, bu qiyamların
rəhbərləri Aşura hadisəsindən ilham alır və özlərini İmamın (ə) ardıcılları və
fədailəri kimi tanıtdırırlar. Biz bu qiyamların bir neçəsini çox ixtisarla bəyan
etmək istəyirik:
1- Abdullah ibn Əfifin qiyamı
Abdulah mömin və mücahid bir şəxs idi. O Əhli- beytə (ə) olan zülm və sitəmlərə
dözə bilməyib Ubeydullah ibn Ziyada qarşı qiyama qalxdı. Abdullah qorxmaz və
cəsur olduğu üçün Ubeydullahla sərt danışır və bu işi camaatın gözü qabağında
edirdi. Abdullahın şücaəti böyük bir qrupun ürəyindən qorxunu götürüb Ubeydulaha
qarşı üsyan etməyə həvəsləndirirdi. Və nəhayət bu qəhrəman şəxsin rəhbərliyi
altında xalqın bir qismi Yezid və Ubeydullahın hakimiyyətinə qarşı ayağa
qalxdılar.216
2- Mədinəlilərin qiyamı
Kərbəla qəhrəmanı sayılan Həzrət Zeynəb (ə) qardaşı oğlu İmam Zeynülabidinlə (ə)
birgə bu hadisənin təbliğatçısı sayıldılar. Bütün müsəlmanların qeyrətini cuşa
gətirən bu iki İlahi şəxsiyyət Mədinə camaatının da ayağa qalxmalarına səbəb
oldular. Hətta iş o yerə yetişdi ki, Mədinənin hakimi Ömər ibn Səid, Mədinə
camaatının hakimiyyətə qarşı çıxmasını xəlifə Yezidə yazdı və Yezid Həzrət
Zeynəbi xalqdan uzaq saxlamağı əmr etdi.217
3- Təvvabin (tövbə edənlər) qiyamı
Təvvabin İmam Hüseynin (ə) qiyamı zamanı ona kömək etməyən və sonradan peşman
olaraq bir yerə cəmləşib Yezidin əleyhinə qiyam etmək istəyən tövbə edənlər idi.
Peşmançılıq hissi və vicdan əzabına dözə bilməyən bu kütlə, günahlarının
bağışlanmasını İmamın (ə) qatillərini öldürməkdə və bu yolda cihad etməkdə
gördülər. Bu kütləyə rəhbərlik edən Süleyman ibn Surəd Xəzai Aşura hadisəsindən
sonra xalqı Bəni- Üməyyə əleyhinə təhrik etməyə başladı. Bu iş Yezidin ölümünə
qədər davam etdi.
İnqilabçılar hicrətin 65- ci ili Yezidin ölümündən sonra İmam Hüseynin (ə)
qəbrini ziyarət etmək üçün yola düşdülər. İmamın (ə) mübarək mərqədinə çatdıqdan
sonra fəryad çəkərək zar- zar ağlamağa başladılar. Ah- nalə içində qərq olmuş
Təvvabin hönkür- hönkür ağlayaraq deyirdilər: "İlahi! İmam Hüseyn şəhid və
şəhidin oğlu, haqqa yönəlmiş, haqq sahibinin oğlu, doğru danışan və vicdanlı
kişinin oğlu idi. Ey Rəbbimiz, özün onu rəhmətinə qərq et! İlahi! Biz İmamımızın
(ə) dinində və onun yolunda olmağımıza şəhadət veririk. Biz İmamın (ə) dostları
ilə dost, düşmənləri ilə düşmənik. İlahi! Biz Peyğəmbərin (s) balasını tək
qoyduğumuz üçün tövbə edirik və sən özün bizi bağışla..."218
Dualarını oxuduqdan sonra Şam şəhərinə tərəf hərəkət etdilər. Çünki, Təvvabin
İmam Hüseynin (ə) qətlini yalnız Şamda yerləşən hökumət idarəçiliyində görürdü.
Yolun yarısında Üməvilərin qoşunu ilə üzbəüz gələn Təvvabin çox gərgin
vuruşmalardan sonra şəhadətə yetişsələr də onların bu qiyamının Üməvilərin
hakimiyyət sütunlarının titrəməsində çox böyük rolu oldu.219
4- Muxtarın qiyamı
Təvvabin İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə yetişdiklərindən sonra, bu
ağır vəzifənin davamını Muxtar Səqəfi öz öhdəsinə götürdü. Muxtar İmam Hüseynin
(ə) qanının intiqamını almaq üçün başına 24- mindən çox qoşun toplaya bildi.220
O, Həzrət Əlinin övladlarından biri olan "Məhəmməd ibn Hənəfiyyə"dən öz qiyamı
üçün göstəriş almağını deməklə xalqın bu qiyama olan etimadını bir az da
çoxaldırdı.
Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala bildi. O, hətta bir
gündə Kərbəla qatillərindən 280 nəfəri həlak etdi. Və cinayət başçılarından bir
çoxunun evlərini viran etdi. Xarab olmuş evlərin arasında Kərbəlada baş vermiş
cinayətlərdə böyük rolu olan "Məhəmməd ibn Əşəs"in də evi var idi. Muxtar
göstəriş verdi ki, o evin ləvazimatı ilə Ziyad ibn Əbihin əmrinə əsasən sökülmüş
Həzrət Əlinin (ə) yavərlərindən olan "Hicr ibn Ədi"nin evini bərpa etsinlər.221
4- Abbasilərin qiyamı
Aşura hadisəsindən sonra Üməvi hakimiyyətinin süqutuna səbəb olan ən böyük
qiyam, Abbasilərin qiyamı idi. Abbasilər hicrətin 132- ci ilində dövlət
çevrilişi etməklə hakimiyyətə gəldilər. Abbasilərin qələbəsində rol oynayan ən
böyük amil, Bəni- Üməyyə hakimiyyətinin Bəni- Haşimə və xüsusi ilə də İmam
Hüseyn (ə) və onun ailəsinə olan zülmləri xalqa xatırlatmaq oldu.
Tarixçilər yazırlar:
"Üməvilərin axırıncı hakimi Mərvanın kəsilmiş başını Abbasilərin ilk xəlifəsi
Əbul- Abbasın yanına gətirdilər. O, şükür səcdəsi etdi. Sonra səcdədən qalxıb
Mərvanın kəsilmiş başına baxaraq dedi: "Allaha şükürlər olsun ki, mənim
intiqamımı səndən və sənin qəbiləndən aldı... Artıq mənim üçün nə vaxt öləcəyim
mühüm deyil. Çünki, Bəni- Üməyyədən iki min nəfər öldürməklə İmam Hüseynin (ə)
intiqamını aldım".222
20
İyirminci Sual
Kərbəla qiyamı bizə nə öyrədir?
Sual:
Kərbəla qiyamı bizə nə öyrədir?
Cavab:
1) Azadlıq dərsi
İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad
insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər- bəzəklərin qarşısında
əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, Adəm övladının ürək
bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü ən və çox sevdiyi
yaxınlarını Allah yolunda qurban verdi. Onun; "şərəfli ölüm, zillətlə yaşamaqdan
üstündür!"223 kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.
O, Yezidin qoşunundakı insanlara üzünü tutaraq belə buyurdu: "Əgər dininiz
yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar
olun!"224 Amma düşmən qoşunu nəfsani istəklərin insanı hər növ iyrənc əməllərə
və cinayətlərə sövq etdiyini bütünlüklə özündə əks etdirdi.
Həqiqətən də İlahi kamilliyə ucalmaq məqsədilə yaranmış bəşər övladının, öz
dünyəvi istəklərini təmin etmək üçün çirkin əməllərə əl atması, necə də
acınacaqlı görünür. Həzrət Əli (ə) buyurur: "Məgər bir azad insan yoxdurmu, bu
yarıçeynənilmiş tikəni (dünyanı) öz hərislərinə buraxsın? Axı siz insanların
dəyəri yalnız behiştdir. Özünüzü satmayın!"225
İbn Əbil- Hədid deyir: "Şərəfli ölümü, zillətlə yaşamaqdan üstün tutan Hüseyn
ibn Əli (ə) bütün azad insanların rəhbəridir".226 Qazi Əbdülcəbbar: "İmam
Hüseynin (ə) qiyamı İslam dininə öz əzəmətini qaytardı. Biz bir müsəlman ümməti
olaraq, Peyğəmbərimizin yeganə sağ qalmış yadigarının, hər şeyini Allah yolunda,
dinin və xalqın islahı uğrunda qurban verməsi ilə fəxr edirik".227
2). Axirət aləminə inam dərsi
Axirət dünyasına inam da dinimzin bünövrəsini təşkil verən əsas etiqadlardan
biridir ki, cənnət və cəhənnəm həqiqətdə İlahi ədalətin simvolu sayılır. Bu
dünyada yaranmışları imtahana çəkən uca yaradan o biri dünyada yaxşıların saleh
əməllərini qiymətləndirmək üçün və həmçinin bədxah şəxslərin pis işlərinin
cəzasız qalmaması məqsədilə axirət aləmini xəlq etdi. Əgər belə olmasaydı dünya
həyatı mənasız olardı. Necə ki, müqəddəs kitamıbızda buyrulur: "Biz göyləri və
yeri və onların arasında olanları oyun- oyuncaq (əyləncə) məqsədilə
yaratmadıq.228 Biz yerləri və göyləri, onun arasında olanları (bihudə deyil),
yalnız haqq olaraq yaratdıq. Və qiyamət günü mütləq gəlib çatacaqdır.229 Pis iş
gərənlər elə güman edirlər ki, onların yaşayışını və ölümünü, iman gətirən,
yaxşı əməl sahibləri ilə bərabər edəcəyik? Necə də, pis hökm verirlər. Allah
yerləri və göyləri haqq olaraq yaratdı ki, hər kəs öz əməlinə görə
qiymətləndirilsin.230 Hər kəs bir zərrə qədər də, olsa xeyir iş görərsə, onun
şirin nəticəsini görəcək. Və hər kəs zərrə qədər şər iş görərsə, onun (acı)
nəticəsini görəcək".231
Beləliklə qiyamət gününə və axirət aləminə olan inam bizi daim öz əməllərimizdə
diqqətli olmağa, çirkinliklərdən çəkindirərək, pak əməllər etməyə sövq edir.
Etiraf etmək lazımdır ki, insanların günah işlərdən çəkinməsi və savab işlərə
doğru meyllənməsi məhz axirət dünyasına olan inamdan sərçeşmə tutur.
İmam Hüseynin (ə) inqilabı da axirətə inam məktəbi sayılaraq bu həqiqətə israr
etmiş, insanları əbədi həyata doğru səsləmişdir. Kərbəlada onunla birgə olan hər
kəs, hətta qadınlar da bəşəriyyətı "ruhun ölməzliyi" adlı inam dərsi verdi. Ən
ağır müsibətlərə şərəflə qatlanan bu insanlar məhz axirət aləminə imanları
sayəsində öz yenilməzliklərini qoruyub saxladılar. Kərbəla inqilabına diqqət
yetirdikdə, onun bu inam üzərində qurulması gərçəkliyini anlamaq, heç də çətin
deyildir. Belə ki, Müslim ibn Əqilin şəhadət xəbərini İmam Hüseynə (ə) verdikdə,
buyurdu: "Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir".232
O, Aşura axşamı öz əshabını bir yerə yığıb buyurdu: "Bilin ki, dünyanın şirini
və acısı bir yuxudur. Ayıqlıq, əsl həyat axirətdədir. Axirətdə səadətə yetişən
doğrudan da, xoşbəxtdir. Və axirət əzabına düçar olansa, əsl bədbəxtdir".233
İmam Hüseyn (ə) Bəni- Haşimə ünvanladığı məktubda axirət aləminə inamı ön plana
çəkərək, onu qazanmaq üçün şəhid olmağı "fəth" sayır. Belə ki, buyurur: "Hər kəs
mənə qoşulsa şəhid olacaq. Və hər kəs mənə qoşulmasa, fəthə yetişə bilməyəcək".
(Yəni əbədi səadəti, behişti fəth edə bilməyəcək).234
Bəşər övladını İlahi kamilliyə səsləyən İmam Hüseyn (ə) onlara dünyanın zahiri
gözəlliklərinə, keçici- müvəqqəti ləzzətlərinə uymamağı tövsiyə edir. Dünyanın
maddi ləzzətlərinə aldanan insanlara, bu həyatın yuxu kimi qısa və aldadıcı
olduğunu söyləyərək, onları gərçək və əbədi həyata doğru səsləyir. Həzrət Hüseyn
(ə) buyurur: "Doğrudan da, dünyanın acısı və şirini yuxu kimidir. Gerçək ayıqlıq
və həyat axirət aləmindədir. Həqiqi xoşbəxt o şəxsdir ki, axirətdə xoşbəxt ola.
Həqiqətən o insan bədbəxtdir ki, axirət dünyasında bədbəxt ola.235 Ölüm yalnız o
biri dünyaya bir keçid, körpü sayılır. Allah yolunda çəkdiyimiz bütün
çətinliklər insanı behiştə və onun saysız- hesabsız nemətlərinə doğru aparır.236
Elə bil ki, sanki dünya heç başlanğıcdanyox idi. Amma axirət həmişə olub,
olacaqdır".237
3. Səbr və dözüm dərsi
İnsan övladı həyatı boyu şirin xatirələrlə birgə acı anları da yaşamalı olur.
Çox zaman nəinki xəyalarında yaşatdığı arzularına yetişmir, hətta ağır,
məşəqqətli həyat sürməsinə baxmayaraq, gözlənilməz bəlalara da düçar ola bilir.
Dinimiz belə hallarda səbirli olmağa, küfr etməməyə tövsiyə edir.238 Amma buna
hər kəsin qüdrəti çatmır. Hətta bəzi zəif iradəli insanlar bunun qeyri-
mümkünlüyünü vurğulayan ifadələr də işlədirlər. Lakin biz İmam Hüseynin (ə)
qiyamının əvvəlindən sonunadək şahidi oluruq. Bu isə bütün insanlara layiqli
ibrət, qiymətli həyat dərsi sayıla bilər. İmam (ə) Kərbəla səfərində hamıdan
əvvəl Kufəlilərin vəfasızlığını ona xəbər verən, ərəb şairi Fərəzdəqə belə
buyurur: "Bütün işlərin hakimi Allahdır. Allah bizi sevdiyimiz, xoşladığımız
işlərə qovuşdursa, ona təşəkkür etməli, nemətlərinə görə minnətdarlığımızı
bildirməliyik. Əgər bizi ümidlərimizdən, arzularımızdan uzaq saxlasa yenə də
niyyəti pak, təqva sahibi olan şəxs İlahi iradəsinə baş əyərək, onu
bəyənməlidir. İstər bu yolda öldürülək, istərsə də qələbə çalaq, hər bir halda
Tanrı iradəsini xeyir bilirik".239
Əmisi oğlu Müslim ibn Əqilin şəhid olduğunu ona xəbər verdikdə buyurdu:
"Hamımızı Allah yaratmış və hamımız onun dərgahına dönəcəyik! Allah onlara
rəhmət etsin!"240
O, Aşura gecəsi Bəni- Haşim qəbiləsini oradakı üzvlərinə və sədaqətli
silahdaşlarına, sabahkı gün şəhid olacaqlarını anladaraq buyurdu: "Allah-
taalaya ən gözəl şəkildə şükür edirəm. Çətinliklərə, asudəliklərə, əzablı
zamanlarımıza və rahat vaxtlarımıza və bizlərə əta etdiyi nemətlərinə görə ona
minnətdaram".
Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə və ailəsinə xəbər
verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: "Bacı, səbirli və mətanətli ol! Bil
ki, dünyanın bütün insanları bir gün ölümə məhkumdur. Göylərin sakinləri
(mələklər) də, əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız aləmi öz
qüdrətilə xəlq etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. Atam,
anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları halda o biri dünyaya köçdülər.
Mən, onlar və bütün müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də
əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü- Gülsüm, Fatimə, Hübab! Mən öləndən sonra
yaxanızı cırmayın! Üzünüzə sillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə
gətirməyin!"241
İmam Hüseyn (ə) Aşura günü ən həssas, kədərli anlarda belə yüksək dözüm və
yenilməzliklə Allaha həmd- səna söyləyib, zikrlər oxuyurdu. Düşmən ordusu İmamın
(ə) altı aylıq körpə oğlu Əliəsğəri onun qucağında oxlayıb şəhid etdikdə o
Həzrət belə buyurdu: "Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür".242
Bəli, İmam Hüseyn (ə) və onun silahdaşları kimi seçilmiş bəndələr, ən çətin
zamanlarda, belə Yaradanın hər bir hökmünə baş əyib, yalnız ona pənah apararaq,
həmd- səna oxuyurlar. Onlar bəlaların və müsibətlərin bizə üz gətirdiyi vaxt
dözümlü olmağı, möhkəm iradə göstərərək, rəşadət nümayiş etdirməyi öz əməlləri
ilə öyrətdilər. Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura günü son nəfəsini
çəkərək söylədiyi kəlamlar bəşər övladına ən dəyərli amal kimi ərməğan olundu:
"İlahi sənin qəzavü- qədərin qarşısında səbirliyəm. Ey şəriki və misli olmayan
Allah! Ey fəryad edənlərin köməyinə çatan! Mənim səndən başqa məbudum yoxdur.
Sənin hökmünə, təqdirinə dözümlü və səbirliyəm".243 " İmam Hüseynin (ə) bacısı
xanım Zeynəbin (s) ibn Ziyadın məsxərə ilə gördünmü Kərbəlada Allah sizinlə nə
etdi?" sualına verdiyi cavab isə, insanı heyrətə gərirərək düşünməyə vadar edir.
O bu sualın cavabında tam vüqarla belə buyurdu: "Mən Kərbəlada gözəllikdən başqa
bir şey görmədim!"244
4. Fədakarlıq dərsi
İslam dininə görə özü ehtiyacı və ya çətin vəziyyətdə olduğu halda başqalarını
düşünərək, onlara kömək etmək, yaranmış yaxşı vəziyyətdən digərlərinin xeyrinə
istifadə etmək ən gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı
insanların xeyrini öz mənfəətinə üstün bilmək çox fədakarlıq sayılaraq, dini
terminlərdə "iysar" adlandırılır. Qurani- kərim buyurur: "Öz nəfslərinə
(çətinlik çəkdirib) iysar edirlər (başqalarının xeyrini öz xeyirlərinə üstün
sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs simiclik etməsə
nicat tapmış (qurtulmuş) dur".245
Heç kimə gizli deyildir ki, Kərbəla qiyamındakı iysarın, fədakarlığın ən kamil
nümunələri bütün dünyaya ibrət dərsidir. Burada onlardan bir- neçəsinə işarə
edirik:
1- İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və döyüşü davam etdirmək
üçün suya ən çox ehtiyacı olduğu halda əzab- əziyyətlə özünü suya yetirdi, amma
ailəsini çətin vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta sürətlə
geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi.246
2- Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb, Əmr ibn Həccacın
başçısı olduğu silahlı qoşunun qəsb etdiyi çaya doğru irəlilədi. Əmr ibn Həccac
onu görüb dedi: "Sən və yanındakı dostların istədiyiniz qədər su içə bilərsiniz.
Amma Hüseyn ibn Əliyə bir damcı da, su aparmağınıza icazə verməyəcəyəm".
Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə baxmayaraq, dedi: "And
olsun Allaha ki, Həzrət Hüseyn (ə) susuz olduqca, mən bu sudan içməyəcəyəm".
Sonra o, vuruşaraq zorla su alıb, xeymələrə gətirdi.247 Həzrət Abbas248 və
Büreyd ibn Xəzir249 də su gətirmək niyyətilə çaya getdikdə, düşmənin eyni
təklifi ilə üzləşdi. Lakin bundan imtina edərək düşməni məyus etdi.
3- Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin qardaşlarının
həyatını qorumaq, hətta az da olsa onların həyatını uzatmaq üçün çalışırdı.
Aşura gecəsi Həzrət Abbas Bəni- Haşim cavanları ilə birlikdə sabahkı gün hər
kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına gəldilər. Onlar başqa qəbilələrdən
olan insanların həyatını düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa
qərar verdilər.
Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də, başqa döyüşçüləri bir
yerə toplayaraq, dedi: "Sabah savaş başladığı zaman biz gərək birinci olaraq
döyüş meydanına çıxaq. Çünki Bəni- Haşimi qorumaq bizim borcumuzdur". Məclisdəki
silahdaşları Həbibin sözünü təsdiqlədilər".250
5. İslami dəyərlərin qorunması
Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan məsələlərdən biri də
insanları, irqinə, millətinə, qohumluq əlaqəsinə və maddi şəraitinin yüksək
olmasına görə deyil, ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir.
Həmçinin irqi- milli və sair kimi məsələlərə diqqət edərək, insanların
zəhmətlərini, gözəl əməllərini heçə vermək, lazımınca dəyərləndirməmək İslam
dininə ziddir. Qurani- kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün
insanlar bir atanın (Adəm (ə) ) və bir ananın (Həvva (ə) ) övladıdır. Zahiri-
maddi imtiyazlar heç vaxt üstünlük meyarı ola bilməz. Üstünlük yalnız saleh
əmələ, ləyaqətli şəxsiyyətə, pak və təmiz qəlbə, bir sözlə "təqva"ya görə
olmalıdır. "Ey camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-
qrup və qəbilə- qəbilə böldük ki, bir- birinizi tanıyasınız. Sizin Allah yanında
ən üstün olanınız daha çox təqvalınızdır".251
Bu meyar Əhli- Beyt (ə) İmamları tərəfindən daim dəstəklənmiş və xüsusi
əhəmiyyət verilərək ictimai həyatda ön plana çəkilmişdir. Böyük və əzəmətli
məktəb olan Aşura qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında
məhz bu meyar əsasında davranmışdır.
Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can verərkən atası Həzrət
Hüseyn (ə) oğlunun yanına gedib, öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua
etdi.252
İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı qulunun can verdiyini
görüb, onun yanına gedib başını qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub,
ona da dua etdi.253
Gördüyünüz kimi İmam (ə) öz doğma oğlu ilə türk əsilli qulun arasında heç bir
fərq qoymadan, onlarla ləyaqətlərinə görə davrandı. Bu da bizə insanlara gözəl
əməllərinə, layiqli işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın,
mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi, digər insanların
işlərini də həqiqi şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami
dəyərlərin qorunub saxlanmasını ön plana çəkir.
6. Tanrı hökmünə baş əymək
Allahın əzəmətini tanıyan, onun sonsuz qüdrətindən, elmindən və hikmətindən
xəbərdar olan bir şəxs, heç vaxt Tanrı hökmünə qarşı çıxmaz və onun bütün
əmrlərinə sevə- sevə itaət edər. Belə bir şəxs həmişə Allahından razı və Allahı
da ondan razıdır. Qurani- kərimin bir çox ayələri bu məsələni aydın şəkildə
bəyan etmişlər: "Həqiqətən Allaha iman gətirib gözəl əməl edənlər yaranmışların
ən yaxşılarıdır. Onların İlahi dərgahında olan mükafatları aşağısından çay axan
bağlarada (cənnətdə) əbədi qalmalarıdır. Allah onlardan və onlar da Allahdan
razıdırlar. Bütün bunlar öz Rəbbinin qüdrətini tanıyıb (məsuliyyət hissindən)
qorxanlara şamil olur".
(Bəyyinə surəsi, ayə 7- 8) Biz bu razılığın və Tanrı hökmünə boyun əyməyin ən
gözəl nümunəsin Kərbəla qiyamında müşahidə edirik. İmam Hüseyn (ə) Məkkə
şəhərini tərk etdiyi zaman xütbə oxuyaraq, belə buyurur: "Allah nə istəyirsə,
biz Əhli- beyt ona razıyıq".254 Həmçinin Aşura günü döyüşün ən çətin anında və
İmamın (ə) ən yaxınlarının şəhadət vaxtı o, üzünü uca yaradana tutub ərz edir:
"İlahi, sənin hər bir hökmünə razı və hər bir əmrinə təslimik. Ey möhtacların
dadına çatan, səndən başqa heç bir məbud yoxdur".255
Belə əhval- ruhiyənin İmamın (ə) Əhli- beytində və digər səhabələrində də olması
heç bir tarixşünasa gizli deyil. Necə ki, Məhəmməd Qəzzali deyir: İmam Hüseyn
(ə) qəhrəmanlıqla şəhid olaraq tarixin ədalət axtaranlarına yeni doğru yolu
göstərdi".
7. Əxlaqi səciyyələrə riayət etmək
Həzrət Peyğəmbər (s) uşaqlıq vaxtından vəfatına qədər, ədəb- əxlaq qaydalarına o
qədər gözəl riayət etdi ki, Allah- Taala onun visfində belə buyurdu: "Sən çox
üstün əxlaqi dəyərlərə maliksən". (Qələm surəsi, 4- cü ayə) Allahın rəsulu (s)
öz besətinin (Peyğəmbərliyinin) məqsədini bəyan edərkən də buyurmuşdur: "Mən
əxlaqi dəyərləri kamilləşdirmək üçün Peyğəmbərliyə seçildim".256
Deməli, Həzrət Məhəmmədin (s) risalətindən məqsədi ədəb- əxlaq dəyərlərini
kamilləşdirmək olmuşdursa, o zaman İslam dininə "Ədəb- əxlaq dini" demək,
məntiqli və düzgün sayılardı.
Kərbəla qiyamına gəldikdə isə, burada əxlaqi dəyərlərin ən yüksək formada
cilvələnməsini müşahidə etmək olar. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirin:
A). İmam Hüseyn (ə) Yezidin hakimiyyətinə qarşı qiyam məqsədi ilə Mədinəni tərk
etmək istədiyi zaman, əvvəl babası Rəsulullah (s)257 sonra anası Həzrət
Fatimeyi- Zəhra (s) və qardaşı İmam Həsənin (ə) mübarək qəbirlərini ziyarət
etdi, onların məzarları kənarında İlahi dərgahında namaz qılaraq, onlarla
xudahafizləşdi.258 Və bununla da öz ədəbini böyükləri qarşısında nümayiş
etdirdi.
B) Aşura günü məlunlardan biri İmama (ə) söyüş söyəndə, o Həzrət həmin şəxsi
nifrin edib, ondan Tanrı dərgahına şikayət edirdi. Və heç bir zaman söyüşə
söyüşlə cavab verməzdi.259
V). İmam Hüseyn (ə) artıq Hürrün qoşunu ilə üzbəüz idi ki, namaz vaxtı yetişdi.
İmam (ə) onlar xəcalət çəkməsinlər deyə, buyurdu: "Ey Hürr, əgər istəyirsənsə
biz burada namazımızı qılaq və sizə hara rahatdırsa orada öz qoşununuzla
namazınızı qılın". İmam Hüseyn (ə) istəmədi ki, ona Peyğəmbərin (s) nəvəsi
olduğu üçün iqtida etmək məcburəyyətində qalsınlar. Və bu, Həzrətin yüksək ədəb-
əxlaq sahibi olduğunu göstərir. Lakin Hürr də öz ədəbini İmamın (ə) qarşısında
qoruyaraq dedi: "Siz öz səhabələrinizlə başlayın, biz sizə iqtida edəcəyik".
Sonra hər iki qoşun İmama (ə) iqtida etdilər.260
C). Məkkə şəhərinin valisi Səid İmama (ə) bu məzmunda məktub yazır: "Məkkədə
qal, çalış buranı tərk etmə. Sən burada amandasan". İmam (ə) onun təklifini
qəbul etməsədə İslam ədəbini riayət edib ona təşəkkür edərək belə buyurdu: "Əgər
sən bu məktubunla mənə yaxşılıq etmək istəyirsənsə, Allah sənə dünya və axirətdə
xeyir versin".261
G). Şimr ibn Zilcövşən İmam Hüseynin (ə) qardaşlarını özlərinə cəlb etmək üçün
səsləyir və onların İmamdan (ə) ayrıldıqları halda amanda olacaqlarını bildirir.
İmam Hüseyn (ə) –öz qardaşlarına buyurur: "Hətta o fasiq də belə olsa, baxın-
görün sizinlə nə işi var..."262
8- Başqalarını dinləmək
İnsanlarla məsləhətləşmək və onların məntiqli məsləhətləri əsasında rəftar
etmək, İslam dininin dəyər verdiyi ədəblərdən biri sayılır. Hətta Mehriban
Allah, ən üstün bəşər və ismətində heç bir şəkk- şübhə olmayan Müqəddəs
Peyğəmbərimizə (s) işlərində müsəlmanlarla məsləhətləşməyə əmr edir. Necə ki,
Qurani- kərimdə buyurur: "Müsəlmanların səhvlərini bağışla. (İlahi dərgahından)
bağışlanmalarını istə və onlarla məsləhətləş..." (Ali- İmran surəsi, ayə 159).
Biz bu məsələnin əhəmiyyətini Kərbəla qiyamında da müşahidə edirik. Məsələn,
Kərbəla qiyamı ərəfələrində ibn Əbdürrəhman İmam Hüseynin (ə) hüzuruna gəlib
dedi: Gəlmişəm ki, sənə məsləhət edim, əgər məsləhət qəbul edirsənsə sənə
məsləhət "vermək istəyirəm".
İmam (ə) buyurdu: "Söylə".
"İraqa getmə! İraq camaatı dinar və dirhəm quludurlar".
"Allah özü sənə xeyir versin!... Mən sənin nəzərinə əsasən rəftar etməsəm də,
sən xeyirxah və yaxşı insansan".263
İmam Hüseyn (ə) hətta düşməni də ona nəsihət, məsləhət edərkən, onu dinləyirdi.
Məsələn, Mədinə şəhərində Mərvan o Həzrətə dedi: "Sənə nəsihət etmək istəyirəm".
İmam (ə) buyurdu: "Eşidirəm səni".
"Yezidə beyət et".264
Həmçinin Əbu Bəkr ibn Əbdürrəhman İmam Hüseynə (ə) nəsihət etdikdə İmam (ə) ona
təşəkkür edir.265
Əslinə qalanda İmam Hüseynin (ə) nə nəsihətə ehtiyacı var idi və nə də
məsləhətə. Ona görə ki, o Həzrət Allah- taalanın yer üzərində olan məsum İmamı
idi. Uca Tanrı ona bütün həqiqətləri ilham edirdi. Və İmamın (ə) nəsihət
edənləri və məsləhətçiləri dinləməsi o Həzrətin sonsuz təvazökarlığını və
insanlara olan hörmətini göstərirdi.
Təbiidir ki, bir şəxsin nəsihətini və məsləhətini dinləmək, ona əməl etməyin
vacibliyini bildirmir. İnsan gərək Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və
vicdanının hökmünə uyğun məsləhətlərə əməl etsin.
Bunlardan qeyri halda yalnız nəsihət və məsləhəti dinləyib öz doğru bildiyimizə
əməl edəcəyik. Necə ki, İmam Hüseyn (ə) belə etdi.
21
İyirmi birinci Sual
Aşura namazı və onun dəyəri
Sual:
Nə qədər lazımlı idi ki, İmam Hüseyn (ə) Aşura günü düşmən qoşunları arasında
zöhr namazı qılsın və öz köməkçilərindən buna xatir şəhid olsunlar?
Cavab:
Namaz dinin sütunudur,266 insanla Mövla arasında olan ən möhkəm rabitədir. Mömin
namazla tanınar və onun nərdivanıyla İlahi ərşinə yüksəlib ona yaxın olmağa
qədəm qoyar.267
Namaz, Allahla rabitə yolu və Peyğəmbərin (s) gözünün nurudur.268 Namaz
Peyğəmbərlərin ilkin və sonuncu sifarişidir.269 Namaz pis və çirkinlikdən
ayırandır.270 Hətta ruhsuz və naqis namaz insanla günah arasında olan bir
maneədir.271
"Müaviyə ibni Vəhəb" İmam Sadiq (ə)- ın yaxınlarındandır ki, o Həzrətdən
soruşur: Ən yaxşı şey ki, insanları Allaha yaxın edir və Allah yanında ən yaxşı
iş nədir?
Həzrət buyurur:
«ما اعلم شیئا بعد المعرفه افضل من هذه الصلوه»
"Allahı tanıdıqdan sonra, namazdan fəzilətli bir şey bilmirəm".272
Əgər Hüseyn ibni Əlinin (ə) inqilabı haqqın bərpa olması, İlahi dinin qorunub-
saxlanması və xurafatlardan azadlıq və zülmkar insanlardan qorumaqdırsa, İlahi
dinin sütunu da namazdır:
Bəs nə üçün dinin və Məhəmməd (s) şəriətinin mühafizəçisi, Kərbəla vaqiəsində
dinin sütununu din düşmənlərinin amansız hücumları qarşısında eşq namazını
qılmaqla möhkəm və payidar etməsin? "Əbu Səmamə Seydavi" (ki, oz Mövlası
Hüseynin (ə) məhəbbətindən ayaqlarıyla başı arasında fərq qoymur) Aşura günü
günorta vaxtı düşmənin sıx mühasirəsi zamanı, İmama yaxınlaşaraq zöhr namazının
vaxtının çatmasını bildirir; arzu edir ki, İmamla namaz qıldıqdan sonra, öz
Rəbbinin hüzurunda hazır olsun. İmam Hüseyn (ə) onun cavabında buyurur: "Sən
namazı mənim yadıma salırsan, Allah səni namaz qılanlar sırasında qərar
versin".273
İmam Hüseyn (ə) və onun yaxınlarından bir dəstəsi, düşmən tərəfindən yağan oxlar
qarşısında zöhr namazlarını qıldılar və o Həzrətə sadiq olan insanlardan bir
dəstəsi isə namaz vaxtı qana boyanaraq torpağa düşdülər bu halda şəhid olub
İlahi görüşə tələsdilər.
Aşura gecəsi o həzrətin və onunla birlikdə olan insanların Quran oxumaq, munacat
və ibadət səhnəsi, bəndəliyin ən gözəl nişanəsidir. Əba Əbdullah namaza olan eşq
və Allahla sirləri necə paylaşmaq dərsini atasından öyrənmişdir. İbni Abbas,
Siffeyn döyüşünün ən çətin anlarında, o həzrəti (ə) gördü ki, başını göyə tərəf
qaldırıb nə isə gözləyir. Soruşdu: Ey Əmirəl möminin! Bir şeydən nigaranmısan?
Buyurdu: Bəli, namaz vaxtının çatmasını gözləyirəm. İbni Abbas dedi: Belə bir
qorxulu vaxtda döyüşdən əl çəkib namaz qılaq?
Əmirəl möminin (ə) buyurdu:
«إنما قاتلنا هم علی الصلوه»
(biz namaz üçün onlarla döyüşürük) həqiqətən bizim rəhbərlərimiz döyüş və cihad
səhnəsində də namaz üçün bu cür dəyər qail olmuş və bir sözlə o çətin anlarda
namazı bərpa etmişdirlər. Aya bizim namazda tənbəllik etməmiz (ki, rahatlıqda və
o çətin səhnələrdən kənarda) rəvadırmı? Aya məntiqli və qəbul edilməlidir ki, o
pak və böyük məsiyyətlərə qarşı eşq və məhəbbətli olduğunuzu iddia edib özümüzü
onların davamçısı bilək, o halda ki, namaz onların hər bir işlərinin əvvəlidir
və bütün onların fədakarlıq, döyüş və cihadları onu yaşadıb payidar saxlamaq
üçündür, öz həyatımızda onun üçün həqiqi bir yer ayırmayaq?!
Özümüzdən soruşaq namaz, dua və İlahi kitabın oxunmasında hansı nişanə və ləzzət
gizlənmişdir ki, İmam Hüseyn (ə) bir ah həsrətini düşmən ürəyində qoyub və onun
"həyhat minnəz- zillət" şüarı (ki, eşq lövhəsində qanla yazılaraq göylərdə
asılmış və bütün dünya bundan azadlıq, inqilab və payidarlıq dərsi alır). Tasua
(doqquzuncu gün) günü, günortadan sonra münafiq qoşununu İmamın xeymələrinə
tərəf üz tutduraraq müharibəyə hazır oldular.
Qeyrətli qardaşı Abbası onların yanına göndərib və ona buyurdu: Əgər mümkündürsə
döyüşü səhərə kimi təxirə sal və sonra buyurdu:
"Bəlkə bu gecə Rəbbimiz üçün namaz qılaq və onun dərgahında dua edib və
bağışlanmağımızı istəyək. Allah bilir ki, onun üçün namaz qılmaq və onun
kitabını oxumağı, dua və bağışlanmağı diləməyi sevirəm."274
Namaz, dua və Allahla rabitə yaratmaq nə qədər əzəmətlidir ki, İmam Hüseyn (ə)
bunun üçün, düşməndən döyüşün təxirə salınmasını istəyir.
İKİNCİ BÖLÜM
ƏZADARLIĞIN HÖKÜMLƏRİ
Obraz (şəbih çıxartmaq)
22 Sual:
Hüseyniyələrdə, məscidlərdə, şəhər meydanlarında və kəndlərdə Aşura qiyamını
insanlara çatdırmaq üçün bəzi insanlar Yezidin və İmamın obrazını oynayaraq bu
hadisəni canlandırırlar. Həmçinin bu qədim adətin insanlara böyük təsiri olur.
belə mərasimlərin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər:
Əgər bu obraz yalan tərkibli olmasa, zaman və məkan etibarı ilə şiəliyə xələl
gətirməzsə eybi yoxdur. Amma bunun yerinə əza, mərsiyə və başqa insanları
maarifləndirən məclislər keçirilsə daha yaxşı olar.275
Ayətullah Safi Gülpayqani:
Onlar əgər bu işlə harama düşməzlərsə eybi yoxdur.276
Əzadarlıq bayrağı (ələm)
23 Sual:
İmam Hüseynin (ə) əza məclislərində ələm gəzdirmək, onu məclisin ortasında yerə
sancmaq və ya məclisin baş tərəfində qərarlaşdırmaq nə dərəcədə düzdür və ya
bunun hökmü nədir?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Lənkərani, Ayətullah Şirazi,
Ayətullah Sistani: Heç bir iradı yoxdur.277
Ayətullah Xamineyi: Özü özlüyündə iradsızdır. Heç bir maneəsi yoxdur. Amma bu iş
dinin (məzhəbin) əsaslarından sayılmamalıdır.278
Ayətullah Safi Gülpayqani: Bayraq gəzdirmək əzadarlığın ünsürlərindən sayılır
heç bir məneəsi yoxdur.279
Ayətullah Nuri Həmədani: Orta həddə istifadə olunsa maneəsi yoxdur.280
Əza məclislərində musiqi alətlərindən istifadə etmək (təbil, baraban, şeypur)
24 Sual:
Əzadarlıq məclislərində musiqi alətlərindən istifadə etməyin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər: (Ayətullah mərhum Bəhcət və Ayətullah Safi Gülpayqanidən
başqa): Əgər o alətlərdən haram məclislərdə istifadə edilərsə onlardan əza
məclislərində istifadə etmək olmaz. Amma müştərək musiqi alətlərindən olsa haram
etməmək şərti ilə onlardan istifadə etməyin eybi yoxdur. Əza məclislərini çənlik
məclislərindən ayırmaq üçünmusiqi meyar deyildir.281
Ayətullah Bəhcət və Ayətullah Safi Gülpayqani: Ümumi şəkildə musiqi alətlərindən
istifadə etmək haramdır. Həmçinin əza və şənlik məclisləri musiqinin hökmündə
qeyd edilməmişdir.282
25 Sual:
Şeypur, ney və flutun əza məclislərində çalınmağının hökmü nədir?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Xamineyi və Ayətullah Lənkərani: Musiqi
alətlərindən əyləncə üçün istifadə etmək haramdır.283
Ayətullah Bəhcət və Ayətullah Safi Gülpayqani: Bəli. Hər surətdə iradlı bir
işdir.284
Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Şirazi, Ayətullah Həmədani və
Ayətullah Vəhid Xorasani: Günah məclislərində oxuyub çalmaq haramdır (hətta
əyləncə üçün olsa belə).285
Qeyd:
Ümumiyyətlə verilən fətvalardan belə nəticə almaq olur ki, bihudə və əyləncə
üçün çalıb- oxumaq haramdır. Amma bundan başqa surətdə olsa (surud oxumaq və...)
eybi yoxdur.
26 Sual:
Təbildən və sinicdən (İran musiqi aləti, saza oxşayır) əzadarlıq məclisində və
bundan savayı istifadə etmək olarmı?
Cavab:
Bütün mərcəi təqlidlər (Ayətullah Safidən və Ayətullah Bəhcətdən başqa): Əgər
haram həddində istifadə olunmazsa, eybi yoxdur.286
Ayətullah Safi və Ayətullah Bəhcət: Onlardan istifadə etmək eybli sayılır.287
Baş yarmaq
27 Sual:
Əza məclislərində baş yarmaq olarmı?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Xamineyi və Ayətullah Lənkərani: Baş yarmağa hazır
ki dövrümüzdə heç bir ünvanla haqq qazandıra bilmirik və heç bir insan zehni də
bunu yaxşı bir iş kimi tanımır. Bununla yanaşı baş yarmaq məzhəbin əslinə xələl
gətirən bir iş olduğu üçün bu işdən hamı çəkinməlidir.288
Ayətullah Təbrizi və Ayətullah Məkarim Şirazi: İmam Hüseynə (ə) və Peyğəmbər (s)
ailəsinə əzadarlıq etmək dinin və şiəliyin əsas rənglərindən biridir. Amma
əzadarlıq edən şəxslər mərasimlərdə şiəliyin gözdən düşməsinə və təhqir
olunmasına səbəb olan işlər etməməlidirlər. Çünki İslam və Əhli- beyt düşmənləri
bundan sui istifadə edirlər.289
Ayətullah Safi Gülpayqani: Əgər bədənə ciddi ziyan verməsə İmam Hüseyn
məclisində baş yarmağın maneəsi yoxdur.290
Ayətullah Nuri Həmədani: Baş yarmağın iradı vardır. (Yəni olmaz).291
28 Sual:
Gizlin surətdə baş yarmaq olarmı?
Cavab:
Ayətullah Xamineyi: İlkin surətdə bunu qeyd edək ki, baş yarmaq ümumi insanların
nəzərində (el içində) hüzn əlaməti sayılmır. Bununla yanaşı bu iş İmamların
dövründə və ona yaxın zamanda baş verməmişdir. Həmçinin bu işi yerinə yetirmək
məzhəbə xələl gətirir. Bütün bu sadalananları nəzərə alsaq baş yarmaq heç bir
şəkildə düzgün deyildir.292
Zəncir vurmaq
29 Sual:
Bədənə zəncir vurmağın hökmü nədir?
Cavab:
Ayətullah Xamineyi: Əgər el arasında hüzn və əzadarlıq əlaməti sayılsa və bdənə
ziyan vurmamaq şərti ilə olsa eybi yoxdur.293
30 Sual:
Elə zəncir vardır ki, başınsa kəsici alətlər və ucuşiş dəmirlər bağlanmışdır.
Belə zəncirlərin bədənə vurulmasının hökmü nədir?
Cavab:
Ayətullah Xumeyni, Ayətullah Xaminei, Ayətullah Təbrizi, Ayətullah Məkarim
Şirazi və Ayətullah Fazil Lənkərani: Əgər belə zəncirlər şiəliyə (məzhəbə) xələl
gətirərsə və ya bədənə ziyan vurarsa istifadə etmək olmaz.294
Ayətullah Safi Gülpayqani: Əgər bədənə ziyan olmasa İmam Hüseyn məclisində
istifadə etməyin eybi yoxdur.295
Ayətullah Həmədani: Keçmişdəkilərin adət- ənənələrinə uyğun əzadarlıq etməyin
heç bir eybi yoxdur.296
31 Sual:
Sinə vuran zaman soyunmağın hökmü nədir?
Cavab:
Bir çox Mərcəi təqlidlərin nəzəri: Əgər fəsada səbəb olmazsa eybi yoxdur.
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacibə əsasən olmaz.297
32 Sual:
İmam Hüseyn (ə) məclisində kişi və qadın birlikdə olan zaman soyunub sinə
vurmağın hökmü nədir?
Cavab:
Ayətullah Xumeyni və Ayətullah Lənkərani: Əgər fəsada səbəb olmazsa eybi yoxdur.
Bu zaman qadınlara da vacibdir ki, gözlərini naməhrəmin bədənindən
qorusunlar.298
Ayətullah Bəhcət: Vacib ehtiyata əsasən bədənlərini naməhrəmə göstərməkdən
çəkinsinlər.299
Ayətullah Cavad Təbrizi: Heç bir eybi yoxdur.300
Ayətullah Safi Gülpayqani: Əgər qadınlar görməzsə eybi yoxdur.301
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacib budur ki, kişilər bu işdən
çəkinsinlər.302
33 Sual:
Əzadarlıq zamanı (sinə vuran zaman) atılıb düşməyin hökmü nədir?
Cavab:
Ayətullah Xamineyi: Möminlər gərək İmam Hüseyn (ə) məclisinə layiq olmayan
əməlləri əzadarlıq zamanı etməsinlər. O cümlədən sualda qeyd olunan əməl
əzadarlığa xələl gətirməzsə eybi yoxdur.303
Mərsiyə demək
34 Sual:
Bəzən qadınların əzadarlıq məclislərində səs gücləndiricinin çoxluğundan onların
səsi küçədən keçən naməhrəmin qulağına çatır. Bu əməlin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər (Ayətullah Məkarimdən başqa): Əgər onların səsi şəhvətə
və naməhrəmin fəsadına səbəb olacaqsa bu əməl düzgün deyil.304
Ayətullah Məkarim Şirazi: Xeyir. Düzgün deyil.305
Əzadarlıq və namaz
35Sual:
Əgər bir nəfər əza məclisində iştirak etməklə yanaşı hər hansı bir vacibatı tərk
edərsə (sübh namazı qıla bilməzsə) onun bu məclisdə iştirakı nə dərəcədə düzdür?
Cavab:
Bütün mərcəi təqlidlər: Aydın məsələdir ki, namaz kimi vacibləri yerinə yetirmək
bütün əza məclislərindən öndədir. Əgər əza məclisində iştirak etmək bəhanəsi ilə
namaz tərk olunsa düzgün deyildir. Amma vacib əməlləri yerinə yetirmək şərti ilə
ən savablı əməl əza məclisində iştirak etməkdir.
36Sual:
Camaat namazını ilk vaxtda yerinə yetirmək mühümdür yoxsa əzadarlığı davam
etdirmək?
Cavab:
Bütün mərcəi təqlidər: Camaat namazı mühümdür. Necə ki, İmam Hüseyn (ə) Aşuranın
zöhr namazını camaatla birgə qıldı. Budur ki, Əhli- beyt ardıcılları
bacardıqları qədər namazı təxirə salmamalı, onu vaxtında yerinə yetirməlidirlər.
Həmçinin bütün mərcəi təqlidlər: İmamların onların övladlarının şəhid
olmalarının əsas səbəbi dinin və şəriətin qalması üçün olmuşdur. Namazsız din
təsəvvür olunmur.306
37 Sual:
Məscidlərin və Hüseyniyyələrin minarələrindən Quran sədası və əza məclislərinin
səsi gəlir. Amma bu səs o qədər yüksək olur ki, insanların asayişinin
pozulmasına səbəb olur. Amma bəzi axundlar bunun davamının tərəfdarıdırlar. Bu
baxımda höküm nədir?
Cavab:
Bütün mərcəi təqlidlər: Əza məclislərinin və bəzi müstəhəb mərasimlərin təşkil
olunmasının savabı öz yerində. Amma bu iş elə olmamalıdır ki, kiminsə əziyyət
çəkməsinə səbəb olsun.307
Aşurada nəzr etmək
38 Sual:
Bir nəfər Aşura günü hədiy ehsan etməyi nəzir edir. O şəxs hədiyin yerinə sup və
ya başqa yemək verə bilər? Ya hədiyi muhərrəm ayının ayrı günlərinin birində
ehsan edə bilər?
Cavab:
Bütün mərcəi təqlidlər: Əgər nəzri şəri hökümlər əsasında əhd edibsə gərək
dediyi kimi yerinə yetirsin. Yox əgər özü bildiyi kimi nəzr edibsə ixtiyar
sahibidir.308
Məhərrəmlikdə bəzənmənin hökümləri
39 Sual:
Məhərrəmlik ayında qadının və kişinin bəzənməsi nə dərəcədə düzgündür?
Cavab:
Bütün mərcəi təqlidlər: Əgər İmam məclisinə təhqir ünvanında sayılmazsa eybi
yoxdur. Amma yaxşı olar ki, mömin və möminələrimiz bu işi başqa vaxta
saxlasınlar.
İmam Sadiq (ə) buyurub: Bizim şad günümüzdə sevinən və qəmli günlərimizdə
bizimlə olan insanlara Allah rəhmət etsin.
40 Sual:
Məhərrəm ayında əqd oxumaq və toy etmək olarmı?
Cavab:
Bütün mərcəi təqlidlər: Belə məclislər İmama ehtiramsızlıq əlaməti olmazsa eybi
yoxdur. Amma bu toy heç vaxt bərəkətli olmayacaqdır.
1 - Tarixi Təbəri, cild 4, səh 305
2 - Divani- İqbal Lahuri, səh 103
3 - Bu təqvim "Risalətul Hüseyn (ə)" jurnalının ikinci sayında, Əhməd Əlqazinin
"Əl bodoz- zəməni fis- sövrətil Hüseyniyyə" adlı məqaləsindən götürülmüşdür.
4 - Əl-imamətu vəl- siyasət, cild 1, səh 180
5 - Əl-imamətu vəl- siyasət, cild 1, səh 180
6 - Musuətu kəlamətul- əl- imamul Hüseyn (ə) səh 239.
7 - Əl- irşad, Mufid, səh 355.
8 - Nəhcül- bəlağə, 126- cı xütbə.
9 - Məqatilul talibin, səh 40
10 - Əl- irşad, səh 357.
11 - Musuətul- kəlamətul-imamul Hüseyn (ə) səh 209- 210.
12 - Əl- əxbarul- tul səh 227- Təcaribul uməm, cild 2, səh 39.
13 - Tarix ibn Əsakir, tərcumətul- imamul Hüseyn (ə) səh 7, hədis 5.
14 - Biharul- ənvar, cild 44, səh 212
15 - Tarixi Yəqubi, cild 2, səh 228, əl- imamətu vəl siyasət cild 1, səh 186.
16 - Yəgubi tarixi, cild 2, səh 228
17 - Əl- imamətu vəl siyasə, cild 1, səh 161- 164.
18 - Yəqubi tarixi, cild 2, səh 181
19 - Murucul zəhəb, cild 2, səh 395
20 - Yəqubi tarixi cild 2, səh 162
21 - Əl- kəmal fil tarix, cild 2, səh 393
22 - Əl- kəmal fil tarix, cild 3, səh 563- 579
23 - Yəqubi tarixi, cild 2, səh 404- 405
24 - Biharul- ənvar, cild 44, səh 24
25 - Vəqə- əl lütf, səh 75.
26 - İbni Ətəm, əl- futuh, cild 5, səh 12, vəqə- əl lütf/981
27 - Vəqə- əl lütf, səh 77.
28 - Vəqə- əl lütf, səh 85- 86.
29 - Qəsəs surəsi, 21- ci ayə
30 - Ali İmran surəsi ayə 97
31 - Vəqə- əl lütf, səh 103- 107
32 - Mətndə istifadə olunmuş mənbələr:
1)- Yəvmul təraviyyə" zil hiccə ayının səkkizinci gününə deyərlər."Yəni" sözü
"gün" və "təraviyyə" isə quyudan su çəkməyə və su yığmağa deyərlər" o cümlədən
"yəvmul təraviyyə" hacıların ərafat səhrasında qalmaları üçün su və azuqə cəm
etməsinə deyərlər. bildiyimiz kimi həccin vacib əmələri ərafat səhrasından
başlayır. Imam isə hacılar ərafata getməmiş Məkkəni tərk edir. Belə bir sual
yarana bilər ki, "əgər imam ərafata getməmişdirsə, bəs ərəfə duasını hansı
əsasla imama (ə) nisbət veririr?"
Cavab: İmam bu duanı qabaqkı həcc illərində Məkkədə, ərafatda olarkən oxumuşdur.
33 - Vəqə- əl əltəf səh 147.
34 - Vəsailuş- şiə, cild 1, səh 246, kitabı həcc, bab 7, ömrə babları, cild 2 və
3
35 - İbni Kəsir, əl- bidayətu vəl nəhafə, cild 8, səh 159
36 - Vəqə- əltaf, səh 152.
37 - Seyyid ibni Tavus, Luhuf kitabı, səh 82.
38 - Seyyid ibni Tavus, Luhuf kitabı, səh 82.
39 - İbni Əsir, əl- kəmil fil tarix, cild 2, səh 546.
40 - İbni Əsim Kufi, əl- futuh, cild 5, səh 67
41 - İbni Əsim Kufi, əl- futuh, cild 5, səh 66
42 - Əl- bidayətu vəl nəhayə, cild 8, səh 162
43 - Bidayətu vəl- nəhayə, cild 8, səh 162
44 - Biharul- ənvar, cild 44, səh 364
45 - Müqəddimeye ibni Xaldun, səh 24
46 - İbni Əsir, əl- kəmal fil tarix, cild 2, səh 545
47 - Usul kafi, cild 2, səh 28- 36
48 - Luhuf, səh 84
49 - Şəhid Fateh dər ayineye əndişe, Məhəmməd Sərdərudi səh 205- 231
50 - Şəhide Fateh, səh 239
51 - Tarixi Təbəri, cild 5, səh 403
52 - Biharul- ənvar, cild 5, səh 329, İbni Əsim, əl futuh, cild 5, səh 21
53 - Şəhide Fateh, səh 169
54 - Şəhide Fateh, səh 184- 190 və 205- 231
55 - Şəhide Fateh, səh 170
56 - Rusul Cəfəriyan, Cərəyənha və cənbeşhayi siyasi, İran, səh 208- 214
57 - Səhifeye nur, cild 1, səh 174
58 - Səhifeye nur, hədis 18, səh 130
59 - Səhifeye nur, cild 20, səh 190
60 - Biharul- ənvar, cild 44, səh 329
61 - Vəqə- əl- taf, əbi Məxnəf, səh 92
62 - Vəqə- ətil- taf, əbi Məxnəf, səh 91
63 - Vəqə- ətil- taf, əbi Məxnət, səh 91
64 - Yəqubinin tarixi, cild 20, səh 215- 216
65 - Müzəvvicul zəhəb, cild 3, səh 64, Şeyx Mufid, əl- irşad səh 383
66 - Vəqə- ətil- taf, səh 101
67 - Vəqə- ətil- taf, səh 112
68 - Əl- irşad, səh 418
69 - Diruni, əl- əxbarul Tuval, 203
70 - İbni kəsir, Əl- bidayətul vən- nəhayə cild 8, səh 163
71 - Təbərinin Tarixi, cild 5, səh 356, 357, və əlkəmal, fil tarix, cild 2, səh
535
72 - İbni Məskuniye, təcaribul imam, cild 2, səh 44, Əl- bidayə- vən- nəhayə,
cild 8, səh 152
73 - Əl- kəmal fil tarix, cild 2, səh 537
74 - Əl- kamilu fil tarix, cild 2, səhifə 545
75 - Əl- kamilu fil tarix, cild 1, səhifə 651
76 - Ə-l milu - ğarət.
77 - Əl- kamilu lil tarix, cild 2, səhifə 431.
78 - Vəqə- ətul- təf, səh 92
79 - Biharul- ənvar, cild 44, səh 344
80 - Vəqə- ətul- təf, səh 90- 91
81 - Tarixi Təbəri, cild 6, səh 22
82 - Tarixi Təbəri, cild 5, səh 425
83 - Tarixi Təbəri, cild 5, səh 425
84 - Tarixi Təbəri cild 5, səh 412
85 - Vəqə- ətul- təf, səh 93- 95
86 - Vəqə- ətul- təf, səh 95
87 - Təbəri tarixi, cild 4, səh 306
88 - Əbdürrəzzaq Müqərrəm, Məqtəlul Hüseyn kitabı, səh 189
89 - Vəqə- ətul- təf, səh 109
90 - Vəqə- ətul- təf, səh 110
91 - Vəqə- ətul- təf, səh 125
92 - Vəqə- ətul- təf, səh 125
93 - Vəqə- ətul- təf, səh 126
94 - Vəqə- ətul- təf, səh 174
95 - Təbəri Tarixi, cild 3, səh 152
96 - Əl- həyatul ictimaətu vəl iqtisadiyyə fil Kufə, səh 49
97 - Təbərinin tarixi, cild 3, səh 171
98 - Əl- həyatul ictimaiyyəte vəl iqtisadiyyə fil Kufə, səh 49
99 - Tarix Təbəri, cild 4, səh 267
100 - Əl- hidayətul- ictimaiyyəti vəl iqtisadiyyə fil Kufə, səh 219
101 - Təbərinin tarixi, cild 4, səh 277
102 - Həyatul imam Hüseyn (ə) kitabı, cild 2, səh 453
103 - Biharul- ənvar, cild 45, səh 4
104 - Biharul- ənvar, cild 45, səh 8
105 - Bilazəri, cild 3, səh 180
106 - Bilazəri, cild 3, səh 180.
107 - Əl- futuh, cild 5, səh 91
108 - Vəqə- əltaf, səh 152.
109 - Yaqubinin tarixi, cild 2, səh 244, Lutuf, səh 104, vəqə- əltaf, səh 201.
110 - Biharul- ənvar, cild 44, səh 317.
111 - Biharul- ənvar, cild 44, səh 317
112 - İnsanul- əşrəf, cild 3, səh 179, Əl- irşad, səh 453.
113 - Əbul- fərc isfəhani, məqatilul talibin, səh 86, Biharul- ənvar, cild 45,
səh 51
114 - Biharul- ənvar, cild 45, səh 41- 45.
115 - Luhuf kitabı, səh 123- 124
116 - Tərihi əl- muntəxəb, səh 439
117 - İmamın aşura günündə necə izzət və cəsarət nümayiş etdirdiyi barəsində
əlavə məlumat üçün, yarixçi və mühəqqiq Nemətullah Səfərinin, "İslam hökuməti"
jurnalında, "izzət tələbi dər nehzəti imam Hüseyn" məqaləsinə müraciət edə
bilərsiniz.
Köküməti islami jurnalı, 26- cı nömrə səhifə 79- 116.
118 - Nemətullah səfəri Fruşani, İslam kökuməti, jurnalı, 26- cı nömrə, səh 79-
116
119 - Biharul- ənvar, cild 45, səh 145
120 - Biharul- ənvar, ciild 45, səh 145
121 - Seyyid ibni Tavus, İqbalul əmal, səh 588
122 - Şəhid Qazi Təba- təbai, imam Hüseyn 40- 1 barəsində birinci təhqiq, cild
3, səh 304
123 - Luhuf, səh 231
124 - İqbalul əmal, səh 588
125 - Əmini, Məhəmməd Əmin, Mə- əl rikabul Hüseyni, cild 6, səh 324, Məqatəlul
Xarəzmi, cild 2, səh 75,
126 - Əmini, Məhəmməd, əmin, Mə- əl rikabul Hüseyni, cild 6, səh 324, Məqatəlul
Xarəzmi, cild 2, səh 75
127 - Biharul- ənvar, cild 45, səh 145- 178, Usuli kafi, sild 4, səh 571
128 - Biharul- ənvar, cild 45, səh 145- 178, Usuli kafi, cild 4, səh 571
129 - Təzkirətul- həvas, səh 259
130 - İbni Səəd, Təbəqat, cild 5, səh 112
131 - Mə- əl rikabul Hüseyni, cild 6, səh 330- 331
132 - Məəl rikabul- Hüseyni, cild 6, səh 330- 335
133 - Sin surəsi, ayə 26- 27.
134 - "Məqtəl- Xarəzmi", cild 1, səh 88; "Kənzül- ümmal", cild 12, səh 123, ibni
Həcər, "Səvaiqül- mühriqə", səh 192.
135 - "Məqtəl- Xarəzmi", cild 2, səh 167; ibn Macə, "Səhih", cild 2, səh 518,
"Müstədrək", cild 4, səh 464.
136 - Şeyx Səduq, "Əmali", səh 115- 116.
137 - "Tarixi- Təbəri", cild 5, səh 384; "Əl- fütuh", cild 5, səh 73; "Məqtəli-
Xarəzmi", cild 1, səh 217; "Kamil", cild 2, səh 546, "Ənsabül- əşraf", cild 3,
səh 162.
138 - "Tarixi- Təbəri", cild 5, səh 383; cild 3, səh 164.
139 - Seyyid ibni Tavus, "Lühuf", səh 65; "Musuətü- kəlimətil- İmam Hüseyn (ə)",
səh 238; İbn Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 174.
140 - "Tarixi- Təbəri", cild 5, səh 384; "Təzkirətül- hüffaz", cild 1, səh 338;
Şeyx Mufid, "İrşad", cild 2, səh 76; İbn Kəsir, "Əl- bidayə vən- nihayə, cild 8,
səh 169.
141 - Seyyid ibn Tavus, "Lühuf", səh 53; "Məsirül- əhzan", səh 21; "Musuətü-
kəlimətil- İmam Hüseyn (ə)", səh 364.
142 - Hürr Amili, "Vəsailüş- şiə", cild 2, səh 20.
143 - Zəməxşəri, "Təfsiri- kəşşaf", cild 1, səh 237.
144 - Bəqərə surəsi, ayə 54.
145 - Seyyid ibn Tavus, "Əl- məlfuf- əla qətlit- tafuf", səh 100.
146 - Müqərrəm, "Məqtəlül- Hüseyn (ə)", səh 334.
147 - Həmin mənbə, səh 335.
148 - Mülk surəsi, ayə 2.
149 - İnsan surəsi, ayə 3.
150 - "Əba Əbdullahül Hüseynin həyatı", səh 114.
151 - "Sirəti- ibn Hişam", cild 1, səh 274; "Kənzul- ümmal", cild 13, səh 275.
152 - "Məsumların həyatı", səh 41.
153 - "Kənzul- ümmal", cild 13, səh 630.
154 - "Sirət- ibn Hişam", cild 3, səh 45- 179; İbn Əbil Hədid, "Nəhcül-
bəlağənin şərhi", cild 3, səh 377- 388, "Kənzul- ümmal", cild 13, səh 632.
155 - "Tarixi- Təbəri", cild 2, səh 74; İbn Əbil Hədid, "Nəhcül- bəlağənin
şərhi", cild 3, səh 388- 395.
156 - Elə buna görə də hazırkı bəhsimizdə qadınların Kərbəla qiyamındakı
fəaliyyətlərini təhlil edərkən Əhli- beyt (ə) xanımlarının həll edici rolunu
müstəqil şəkildə, ayrı bir sual ətrafında araşdıracağıq.
157 - Zəbihullah Məhəllati, "Rəyahinüş- şəriə", cild 4, səh 374; "Biharul-
ənvar", cild 44, səh 350- 358; Şeyx Mufid, "İrşad", səh 401; Əbi Muxnəf, "Məlhuf
əla qətlil- tafuf", səh 112- 119.
158 - "Əyanüş- şiə", cild 6, səh 427; "Tarixi- Təbəri", cild 3, səh 302;
"Biharul- ənvar", cild 44, səh 372- 373; "Rəyahinüş- şəriə", cild 3, səh 307.
159 - Mürtəza Kermani, "Qəhrəman qadınlar", səh 74; K. Firişler, "İmam Hüseyn
(ə) və İran", səh 3- 5.
160 - Məhəmməd Fizuli, "Hədiqətüs- süəda" adlı əsərində Müslim ibn Ovsəcənin
milliyyətcə azəri türkü olduğunu iddia edir.
161 - Cavad Mühəddisi, "Aşura şüarları", səh 247; Doktor Əli Qaimi, "Aşura
tarixində qadınların rolu", səh 62- 63.
162 - Seyyid Ətaullah Muhacirani, "Aşura elçiləri", səh 44; Mürtəza Mütəhhəri,
"Hüseyn (ə) inqilabı", cild 2, səh 174; "Doktor Əli Qaimi, "Aşura tarixində
qadınların rolu", səh 72- 73.
163 - "Tarixi- Təbəri", cild 3, səh 322; Xərəzmi, "Məqtəl", cild 2, səh 12- 13.
164 - "Musuətu kəlimatil- İmamil- Hüseyn (ə)", səh 411; Zəhra Fəxr Ruhani,
"Qadınların Hüseyn (ə) qiyamında rolu", səh 19.
165 - Mutafa Əsrar, "Aşura qiyamçıları", səh 143; "Tarixi- Təbəri", cild 3, səh
322; Xarəzmi, "Məqtəl", cild 2, səh 12- 14.
166 - Səmihi, "Əbsarül- eyn", səh 206; Müqərrəm, "Məqtəlül- Hüseyn (ə)", səh
316, "Aşura qiyamçıları", səh 134; Nuhuddin Ziya, "Vəhəb xanidanı", səh 23;
Mürtəza Fəhim Kermani, "Tarixdə qadın rolu", səh 181- 186.
167 - Səmhi, "Əbsarül- eyn", səh 180 və 209; "Musuətu kəlimatil- İmamil- Hüseyn
(ə)" səh 433.
168 - Məhəmməd İştihardi, "Ali- Məhəmməd (s) müsibətindən", səh 212.
169 - Məhəmməd İştihardi, "Ali- Məhəmməd (s) müsibətindən", səh 484; Əbu Məxnəf,
"Məqtəlül- Hüseyn (ə)", səh 187- 189.
170 - Müqərrəm, "Məqtəlül- Hüseyn (ə)", səh 375; "Məalis- sibteyn", cild 2, səh
93.
171 - Şeyx Abbas Qumi, "Müntəhəl- əmal", cild 2, səh 289; Şeyx Abbas Qumi,
"Nəfsül- məhmum", səh 174.
172 - Məhəmməd İştihardi, "Ali- Məhəmməd (s) müsibətində", səh 405.
173 - Təftazani, "Şərhi- əqaidi nəsfiyyə", 181; Cahiz, "Rasil", səh 298; Alusi,
"Ruhül- məani", cild 26, səh 73; Şəbradi, "Əl- ithaf bi hubbil- əşraf", səh 62-
66.
174 - Tarixi- Təbəri", cild 4, səh 258; İbn Əsir, "Kamil", cild 3, səh 268; İbn
Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 164.
175 - "Tarixi- Təbəri", cild 4, səh 254- 285; "Kamil", cild 3, səh 298.
176 - "Tarixi- Yəqubi", cild 2, səh 241; "Əl- Fütuh", cild 5, səh 10- 11;
"Tarixi- Təbəri", cild 4, səh 251; "Kamil", cild 3, səh 264; İbn Kəsir, "Əl-
bidayə- vən- nihayə", cild 8, səh 157- 158; "Əl- ixbarut- təval", səh 228.
177 - "Tarixi- Təbəri", cild 4, səh 289; "Kamil", cild 3, səh 276; "Lühuf". Səh
82.
178 - Tarixi- Dəməşq", cild 14, səh 208 və cild 28, səh 19; "Əl- fütuh", cild 5,
səh 89- və 135; "Tarixi- Yəqubi", cild 2, səh 242; "Məqtəl", cild 1, səh 140;
"Əl- Əqdül- fərid", cild 5, səh 130; "Tarixül- xüləfa", səh 165.
179 - "Tarixi- Yəqubi", cild 2, səh 249; "Kamil", cild 3, səh 318; İbn Cövzi,
"Təzkirətül- xəvas", səh 275.
180 - "Əl- fütuh", cild 5, səh 150; "Məqtəl", cild 1, səh 140, "Təcaribül-
üməm", cild 2, səh 249.
181 - "Tarixi- Yəqubi", cild 3, səh 254.
182 - "Ər- rəddul- mütəssibul- ənid", səh 45; "Kamil", cild 3, səh 298; İbn
Kəsir, "Əl- bidayə vən- nihayə", cild səh; "Əl- xütut", cild 2, səh 289; "Siyru
əlamün- nübəla", cild 3, səh 319; Məsudi, "Mürucüz- zəhəb", cild 3, səh 77; İbn
Cövzi, "Təzkirətül- xəvas", səh 260; "Əl- fütuh", cild 5, səh 324; "Tarixül-
xüləfa", səh 208;"Tarixi- Təbəri", cild 4, səh 368.
183 - İbn Kəsir, "Əl- bidayə vən- nəhayə", cild 8, səh 222.
184 - "Kamil", cild 3, səh 219- 220 və 300; "Tarixi- Təbəri", cild 4 səh 288-
289; İbn Cövzi, "Təzkirətül- xəvasi", səh 238; "Tarixül- xüləfa", səh 208; İbn
Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 209- 254; "Əl- fütuh", cild 5, səh
252; Məsudi, "Murucüz- zəhab", cild 3, səh 77.
185 - Həmin mənbələr.
186 - "Təcaribül- üməm", cild 2, səh 77.
187 - Məsudi, "Murucuz- zəhəb", cild 3, səh 18 və 77; "Tarixi- Təbəri", cild 4,
səh 366- 369; "Vəl- əməl fit- tarix", cild 4, səh 103- 104; "Məqtəl", cild 2,
səh 58; ibn Cövzi, "Təzkirətül- xəvas", səh 216; ibn Kəsir, "Əl- bidayə vən-
nihayə", cild 6, səh 233.
188 - "Tarixi- Yəqubi, cild 2, səh 254; "Tarixül- xüləfa", səh 209; "Əxbari-
Məkkə", cild 1. səh 202.
189 - Məsudi, "Murucüz- zəhəb", cild 3, səh 79; "Tarixi- Təbəri", cild 4, səh
379- 372; "Kamil", cild 3, səh 310- 313; ibn Kəsir, "Əl- bidayə vən- nihayə",
cild 8, səh 219- 221; "Əl- İmamə vəs- siyasə", cild 1, səh 216; "Tarixül-
xüləfa", səh 209.
190 - Tarixün- nihayə", səh 90 və 132. İbn Cövzi, "Təzkirətül- xəvas", səh 240;
"Tarixi- Təbəri", cild 4, səh 356.
191 - "Kamil", cild 3, səh 298.
192 - "Əl- fitnətül- kəbir", cild 2, səh 265. s
193 - "Möcəmül- kəbir", cild 22, səh 247; "Kənzül- ümmal", cild 13, səh 662.
194- "Kamilüz- ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291
195 - "Əl- məhəbbə fil- kitab vəs- sünnə", səh 169- 170; "Suallar və cavablar",
səh 166.
196 - "Biharul- ənvar", cild 44, səh 287.
197 - "Kamilüz- ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291.
198 - "Kamilüz- ziyarət", səh 171
199 - Şura surəsi, ayə 23.
200 - "Möcəmül- kəbir", cild 22, səh 274; "Kənzül- ümmal", cild 13, səh 662.
201 - Şüəra surəsi, ayə 23.
202 - Mahmud Əqqad, "Əbüş- şəhid", səh 144.
203 - İbn Cövzi, "Təzkirətül- xəvas", 262.
204 - İbn Cövzi, "Təzkirətül- xəvas", 290.
205 - "Əlkamil fil- tarix", cild 4, səh 84.
206 - Cəfər Sübhani, "Məsumların həyatı", səh 216.
207 - "Tarixi- Təbəri", səh 302.
208 - Bəqərə surəsi, ayə 154.
209 - Ali- İmran surəsi, ayə 160.
210 - Nisa surəsi, ayə 76.
211 - "Aşura inqilabı", 73.
212 - "Aşura inqilabı", 74.
213 - "Nəhcül- bəlağə", xütbə 6.
214 - "İmam Əlinin (ə) döyüşləri", 143.
215 - "Məhəmməd Peyğəmbərin tarixindən hissələr", səh 176.
216 - "İmam Hüseyn (ə) Mədinədə", cild 1, səh 151.
217 - "Sərvətül- Hüseyn (ə)", səh 154.
218 - "Zeynəbül- Kübra", səh 142.
219 - "Əlkamil fil- tarix", cild 4, səh 178.
220 - "Həzrət İmam Hüseyn (ə) yaşayışı", səh 350.
221 - "Tarixi- ibn Əsir", cild 4, səh 214.
222 - İbn Əbil Hədid, "Nəhcül- bəlağənin şərhi", cild 7, səh 130.
223 - İbn Şəhr Aşub, "Mənaqib", cild 4, səh 68.
224 - "Musuətu- kəlimatil- İmamil- Hüseyn (ə)", səh 421.
225 - "Nəhcül- bəlağə, hikmət 456, "Biharul- ənvar, cild 1, səh 44.
226 - İbn Əbil Hədid, "Nəhcül- bəlağınin şərhi", vild 3, səh 240.
227 - "Əl- usulül- xəmsə", səh 142; "Ləvaül- İslam", jurnalı, 1965, nömrə 10.
228 - Duxan surəsi, ayə 38- ci ayə.
229 - Hicr surəsi, ayə 85- ci ayə.
230 - Casiyə surəsi, ayə 21- 22.
231 - Zəlzələ surəsi, ayə 7- 8.
232 - "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)", səh 404- 405.
233 - Həmin mənbə səh 398.
234 - İbn Şəhri Aşub, "Mənaqib", cild 4, səh 76.
235 - "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)", səh 397.
236 - "Nəfsül- məfhum", səh 135.
237 - "Biharul- ənvar", cild 45, səh 87.
238 - Bəqərə surəsi, ayə 155.
239 - "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)" səh 366; "Əyanüş- şiə", cild 1,
səh 597; "Tarixi- Təbəri", səh 290.
240 - Şeyx Mufid, "İrad".
241 - "Tarixi- Təbəri", cild 7, səh 324; "Kamil", cild 3, səh 285; Xarəzmi,
"Məqtəl", cild 1, səh 327; "Tarixi- Yəqubi", cild 2, səh 224.
242 - "Tarixi- Təbəri", cild 7, səh 660; "Kamil", cild 3, səh 285; Xarəzmi,
"Məqtəl", cild 2, səh 32; "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)", səh 477.
243 - "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)", səh 514.
244 - "Biharul- ənvar, cild 45, səh 116.
245 - Həşr surəsi, ayə 9.
246 - Müqərrəm, "Məqtəl", səh 346- 347.
247 - "Tarixi- Əbi- Müxnəf", cild 1, səh 488.
248 - Müqərrəm, "Məqtəl", səh 366.
249 - "Məalis- sibteyn", səh 319- 321.
250 - "Kibritül- əhmər", səh 497; "Musuətü- kəlimatil- İmamil- Hüseyn (ə)", səh
408- 409.
251 - Hücurat, surəsi, ayə 13.
252 - "Lühuf", səh 167.
253 - "Biharul- ənvar, cild 45, səh 30; Müqərrəm, "Məqtəl", səh 308.
254 - Cavad mühəddisi, "Aşura dərsləri", səh 164.
255 - "Həmaseye- Hüseyni", cild 3, səh 345.
256 - "Əl- İsabə", səh 26.
257 - "Biharul- ənvar", cild 4, səh 312.
258 - Məhəmməd Əli Rizayi, "Aşuradan tərbiyə dərsləri", səh 109.
259 - "Musuətü kəlimatil- İmamil Hüseyn", səh 501.
260 - Həmin mənbə, səh 355.
261 - Həmin mənbə, səh 322.
262 - "Aşuradan tərbiyə dərsləri", səh 32.
263- "Musuətü kəlimatil- İmamil Hüseyn", səh 284.
264 - Həmin mənbə, səh 284.
265 - Həmin mənbə, səh 288.
266 - Mizanul- hikmət, cild 5, səh 368, hədis 10243.
267 - Həmin, hədis 10238.
268 - Həmin, səh 367, hədis 10235.
269 - Həmin, hədis 10234.
270 - Ənkəbut surəsi, ayə (29) ayə 45.
271 - Mizanul hikmət, cild 5, səh 371, hədis 10254.
272 - Həmin, səh 369, hədis 10245.
273 - Biharul- ənvar, cild 45, səh 21.
274 - Biharul- ənvar, cild 44, səh 392.
275 - İmam Xomeyni, Şəri suallara cavab kitabı, cild 2 və məkasib mühərrəmə səh
70, Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1440, Məkarim Şirazi,
İstiftaat, cild 1, səh 572- 573, Fazil Lənkərani, Cameül məsail, cild 1, sual
2166- 2170, Nuri Həmədani, İstiftaat, cild 2, sual 596, Cavad Təbrizi,
İstiftaat, sual 2003- 2005 və 2014
276 - Safi Gülpayqani, Cameül əhkam, cild 2, sual 1599.
277 - Ayətullah Xumeyni, İstiftaat, cild 2, Məkasibe mühərrəmə, sual 72,
Ayətullah Təbrizi, İstiftaat, sual 2007, Ayətullah lənkərani, Cameül məsail,
cild 1, sual 2174, Ayətullah Şirazi, cild 1, sual 579, Ayətullah Sistani, sayt,
şüar dini, sual 6.
278 - Ayətullah Xamineyi, Əcvibətül istiftaat, cild 2, sual 598- 604
279 - Ayətullah Safi Gülpayqani, Cameül əhkam, cild 2, sual 1595.
280 - Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 598- 604.
281 - Ayətullah Xomeyni, İstiftaat, cild 2, Məkasibi muhərrəm, sual 30,
Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1164, Ayətullah Lənkərani,
Cameül- məsail, cild 1 sual 992, Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1,
sual 524- 525, və cild 2, sual 707- 710, Ayətullah Təbrizi, İstiftaat, sual
1054- 1065, Siratun- nicat, cild 1, sual 1005, Sistaninin Vəhidin və Həmədaninin
ofisi.
282 - Ayətullah Bəhcət, Tozihul- məsail, mütəfərriqə, məsələ 20, Ayətullah Safi,
cild 1, sual 1003- 1015- 1018.
283 - Ayətullah Xomeyni, İstiftaat, cild 2, məkasibe muhərrəmə, sual 45,
Ayətullah Xaminei, Əcvəbətul istiftaat, sual 1161, Ayətullah Lənkərani, Cameül-
məsail, cild 1, sual 988, 2176.
284 - Ayətullah Safi Gülpayqani, Tozihul- məsail, 2833- cü məsələ, Ayətullah
Bəhcətin ofisi.
285 - Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 516- 521 Ayətullah
Həmədani, İstiftaat, cild 2, sual 571, Ayətullah Təbrizi, İstiftaat, sual 2019,
Sistani. org, musiqi, sual 24, Ayətullah- Vəhid Xorasaninin ofisi.
286 - Ayətullah Xomeyni, İstiftaat, cild 2, məkasibul muhərrəmə, sual 27- 36
Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1441, Ayətullah Lənkərani,
Cameül- məsail, cild 1, sual 2174., Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1,
sual 516, Ayətullah Həmədani, cild 2, sual 604- 596 və cild 1, sual 448,
Ayətullah Təbrizi, İstiftaat, sual 2009 və Siratun- nicat, cild 6, sual 1477,
Ayətullah Lənkərani, Cameül- məsail, cild 1, sual 2174.
287 - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 1, sual 1602, Tozihul
məsail, 2833- cü məsələ Ayətullah Bəhcətin ofisi.
288 - Ayətullah Xomeyni, İstiftaat, cild 3, müxtəlif suallar, sual 37, Ayətullah
Xamineyi, Əcvəbətül istiftaat, sual 1461, Ayətullah Lənkərani, Cameül- məsail,
cild 1, sual 2173.
289 - Ayətullah Təbrizi, İstiftaat, sual 2003- 2012- 2014, Ayətullah Məkarim
Şirazi. org. Qəməzəni.
290 - Ayətullah Safi Gülpayqaninin ofisi.
291 - Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 597
292 - Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1461.
293 - Xamineyi, Əcvəbətül- istiftaat, sual 1463.
294 - Ayətullah Xomeyni, İstiftaat, cild 3, 34 və 37- ci suallar, Ayətullah
Xamineyi, Əcvəbətül- istiftaat, sual 1441, Ayətullah Təbrizi, İstiftaat, sual
2003- 2012, Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 574 və cild 2,
Məkarim Şirazi. org başı vurmaq, Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild
1, sual 2162- 2166- 2173.
295 - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1594.
296 - Nuri Həmədani, İstiftaat, cild 1, sual 1063 və cild 2, sual 601.
297 - Məkarim Şirazi. org.
298 - Ayətullah Xomeyni, İstiftaat, cild 3, müxtəlif suallar, sual 64, Ayətullah
Fazil Lənkərani, Cameül məsail, cild 1, sual 2163- 2165.
299 - Ayətullah Bəhcət, Tozihul məsail, 1937- ci məsələ.
300 - Ayətullah Təbrizi, İstiftaat, sual 2004, Tabrizi. org əzadarlıqda
soyunmaq.
301 - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1597.
302 - Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 2, sual 765.
303 - Ayətullah Xamineyinin ofisindən alınan cavab.
304 - Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild 1, sual 2182, Ayətullah
Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1681, Ayətullah Xamineyi,
Əcvibətül- istiftaat, sual 1145, Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2,
sual 545, Ayətullah Xomeyni, İstiftaat, cild 3, (əhkam nəzər) 57- 65, İstiftaat,
sual 1058, Ayətullah Vəhid Xorasani, Ayətullah Bəhcət, Ayətullah Sistaninin
ofisi.
305 - Məkarim, İstiftaat, cild 2, sual 764, cild 1, sual 785.
306 - Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild 1, sual 2176- 2177,
Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 599, Bütün mərcəi təqlidlərin
ofisi.
307 - Ayətullah Xamineyi, Əcvibətül- istiftaat, sual 1447, bütün mərcəi
təqlidlərin ofisi.
308 - Ayətullah Xomeyni, İstiftaat, cild 2, nəzr, sual 20- 26, Ayətullah Bəhcət,
Tozihul məsail, 2135- ci məsələ, Ayətullah Məkarim, İstiftaat, cild 2, sual
1255, və cild 1, sual 1013, Ayətullah Lənkərani, Cameül məsail cild 1, sual
8326. Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 725, Ayətullah Təbrizi,
İstiftaat, sual 1734, Xamineyinin Vəhidin və Safinin ofisi.
|